2 + 2 = 5

“Adamlar və kitablar” silsiləsindən

1984-orwell-web

2 + 2 = 5

Corc Oruellin “1984” romanı haqda

      “Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”. C. Oruell

150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr olunan kitabların tərtibat və poliqrafiya keyfiyyətinə söz yoxdu. Aşağı səviyyəli tərcümələr barədə fikrimi bəzi müəlliflərin özünə dediyimdən burda yazmağa ehtiyac duymuram. Amma yaddaqalan tərcümələr də az deyil, hazırkı yazının mövzusu bu olmadığından bəyəndiklərimdən yalnız ikisini qeyd edəcəm. Oxumağa davam et

İstiqlal cəfakeşi

İstiqlal cəfakeşi

(Arif Hacılının 50 yaşına)

Vahid Qazi

Səhər “Facebook”dakı səhifəmə “Azadlıqda olub məhbus ömrü yaşayanlar üçün ömürlük həbsə məhkum bir insandakı həyat eşqi hadisə deyilmi?” yazanda məhbus zabitimiz Ramil Səfərovun Macarıstan türməsində tərcümə elədiyi “Pal küçəsinin oğlanları” əsərinin təsirindəydim. Elə bilirdim ki, bu saat körpə Nemeçeki qollarımın üstünə alıb uğrunda öldüyü Meydançanı son dəfə görsün deyə ora aparacam və bununla bəlkə də həyatımda Allaha xoş gedəsi ən doğru hərəkətimi etmiş olacam. Əsərin qəhrəmanlarını uşaqlığımın məhlə oğlanları, müəllifini də macar yazıçısı yox, Ramilin özü kimi qəbul eləmişdim. Oxumağa davam et

Barrikada gül açanda

SONY DSC

Barrikada gül açanda

Rafiq Əliyevə

“İnsanlar az körpü salıb, çox divar hörürlər”.

Bu fikir bəlkə də Nyutonun ağlına o illərdə gəlmişdi ki, “Böyük taun epidemiyası” adamları oraq kimi biçirdi, Hollandiya ilə aparılan uğursuz müharibə ölkəni rəzil günə salmışdı, “Böyük London yanğını” şəhəri bürümüşdü.

İngiltərə “lənətlənmiş” total depressiya illərini yaşayırdı. Ardıcıl bəlalar şəhərləri boşaldır, adamları “qın”ına yığırdı. Dahi Nyuton da bağlanan kollecdən kitab-dəftərini, alətlərini evinə daşıyıb, təcrid olub, böyük kəşflərini elə burada eləməyə başlamışdı. Oxumağa davam et

Qəmli gözlərin süitası

                 H.Hacızadə Afrikada. Fevral 2004. Durban,CAR. Foto: V.Qazi

Qəmli gözlərin süitası

(Hikmət Hacızadəyə)

“Yaddaş ləpirləri” silsiləsindən

Analar inciməsin, məncə, oğul nigarançılığı çəkən qəmli ata gözlərindən təsirli heç nə yoxdur bu dünyada. Belə bir kədər yüklü GÖZLƏRlə rastlaşdım o gün…

***

“Mən həmişə ağdərililərin də, qaradərililərin də zorakı hökmranlığına qarşı mübarizə aparmışam. Mən bütün insanların birlikdə, harmoniyada yaşayacaqları və bərabər imkanlara malik olacaqları demokratik, azad bir cəmiyyətin qurulması xəyalları ilə yaşamışam. Bu xəyalları gercəkləşdirmək mənim həyatımın mənasını təşkil edir. Və əgər lazım gələrsə, mən onlar uğrunda ölməyə belə hazıram”. Oxumağa davam et

Qara çörəyin ağ üzü

Qara çörəyin ağ üzü

(Vitautas Landsbergis haqda)

“Yaddaş ləpirləri” silsiləsindən

Vahid Qazi

Nə qədər haqlı olmasına baxmayaraq səmimi deyilməyən sözü qəbul etməməyim, yəqin ki, şərqli emosionallığımdan gəlir. Sevgisiz, hətta nifrətlə deyilən haqlı sözü qəbul edənlər də var. Mən belələrindən deyiləm. Mənə təsir etmək üçün haqlı söz demək azdır, o, həm də səmimi olmalıdır. Sözün həm HAQLIsını, həm də SƏMİMİsini deyin, nə qədər acı və ağır olsa belə, qəbul edəcəm. Əmin olun! Oxumağa davam et

Xilas missiyalı ölüm

alg-crash-russia-jpg

Xilas missiyalı ölüm

(Lex Kaçinskiyə həsr olunur)

Sevdiyim neçə-neçə dostun vətənini qan gölünə çevirən ötən həftəki Qırğızıstan faciəsinə sarsılmışdım. Özü də elə dostların ki, bu ölkə üçün canlarını verməyə hazır olduqlarını dəfələrlə sübut eləyiblər. Mən onların vətənlərində azadlıq ağacı əkmək üçün uzun illər iynəylə quyu qazmalarının şahidi olmuşam. İndi də onların qırılmış xəyal sümüklərinin xırçıltısına şahidlik edirəm. Oxumağa davam et

Açılmayan süfrənin qonağı

P. Şustrova. Müəllif: V.Qazi

Açılmayan süfrənin qonağı

“Yaddaş ləpirləri” silsiləsindən

Əsgəran-Xocalı yolundan sağa, Şimal-Qərbə üz tutub Kolatağ, Dovşanlı kəndlərinin yaxınlığından ötüb, Saraysuyu və Xaçın çaylarını keçib Vəngdə Qanzasar alban kilsəsinə baş çəkməyi Dağlıq Qarabağa gedən çexiyalı jurnalist dostuma tövsiyə edəndə onun bu çətin yolu qət edəcəyinə və hətta “Boz dağlar qurtaran yer” adlı məqalə yazıb, fotolar çəkib göndərəcəyinə inamım az idi. Oxumağa davam et