Qarabağ aynasında Azərbaycan

Müəllifdən

…Bizim bölgəyə sülh axırıncı erməni sərhəddən yola salınanda gələcək. Qarabağ münaqişəsi 1988-ci ildə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası ilə başlayıb, ermənilər Azərbaycandan çıxarılanda bitəcək.

Ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq yazar kimi belə fikirləri dilə gətirmək asan deyil. Erməni faşizmi qohum-əqrəbamı, dost-tanışımı qətlə yetirsə də, nəslimi qaçqın ömrü yaşamağa məcbur etsə də, nənəmin, babalarımın qəbir yerini şumlasa da, şəhərimi Xirosima görkəminə salsa da, bunu yazmağı özümə rəva bilməməliyəm. Amma yazı-pozu adamının bir missiyası da həqiqətin məhrəm yerlərinə çəkilmiş örtüyü götürmək, əsl üzünü göstərməkdir. Həqiqət isə budur: Qarabağda erməninin qalması sülh üçün təhdiddir, növbəti münaqişəyə zəmindir – dünyada bu qədər dövlətin Qarabağda müharibə ocağının sönməsini istəməməsi bu həqiqətin çılpaq üzüdür! Ermənistanda azərbaycanlı qalmadığı kimi Azərbaycanda da erməni qalmır – yalnız başabaş dəyişim qalıcı sülhün təminatı ola bilər!

Oxumağa davam et

Bərəçi, mən və Vahid Qazi…

əntiqə

Bərəçi, mən və Vahid Qazi…

Deyilənə görə, Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət kəsiləndə onun şeir söylədiyini hiss edir: Oxumağa davam et

Narıncı yarış maşını

Rafael

Narıncı yarış maşını

İlk oyuncaq ilk sevgi kimidir – unudulmur. Xatırlayırsınızmı ilk oyuncağınızı? Sizi bilmirəm, mənim yadımda o, ilk sirdaşım kimi qalıb.

Oxumağa davam et

Şuşalı foto. 1 may düşüncələri

Sabir Əliyev Pərviz Qazıyev

Dayım Salmanoğlu Sabir (solda), atam Pərviz Qazıyev. Şuşa. 1981

Şuşalı foto

1 may düşüncələri

1981-ci ilin yayı yaddaşımda Şuşaya aşiq olduğum yay kimi qalıb. O yayın az qala hər günü dünən kimi yadımdadır. Hövsələni basıb yazsan, inanın, bir kitab eləyər… Oxumağa davam et

Bir şəklin tarixçəsi

mama 1967

Bir şəklin tarixçəsi

Evimizin mənə ən məhrəm əşyası nənəmin Nikolaydanqalma şifoneriydi. Şifoner deməzdin, deyərdin, bəs muzey hücrəsidir, sehrli aləmdir. Köhnə pal-paltarları, qədim şey-şüyləri orda saxlayardıq. Oxumağa davam et

Yusif üzlü kitablar. (“Ruhlar şəhəri” kitabından)

Biz tanış olanda 12 yaşımız vardı. Sinfimizə 1980-ci ilin payız tətilindən sonra gəlmişdi. İndi adama elə uzaq görünür ki 1980-ci il. Elə bil 38 yox, 3800 il keçib. İnsanın xəyal ölçülərində min il nədi ki… Bu gün kimi xatırlayıram indi Yer üzündən silinmiş o şəhəri, uşaqları dünyaya səpələnmiş o sinfi, o məktəbi. Xatirələrin ən duru yerində qalan 12 yaşlı Yusifi.

Sabah Yusif Rzayevin 50 yaşı tamam olur. Bu uzaq eldə təbrik üçün əlim nəyəsə çatmadı. Şəhərimizin kitab dünyasına onun gözüylə baxdığım bu essedən savayı.

Yubileyin mübarək, Yusif!

Yusif Vahid

Yusif üzlü kitablar. (“Ruhlar şəhəri” kitabından)

7 Noyabr 1980-ci il Böyük Oktyabr Sosialist İnqilabının növbəti ildönümü kimi, həmin günün səhəri Rzayev Yusif Məmməd oğlunun (indi “525-ci qəzet”in baş redaktor müavinidi) Ağcabədinin Rəncbərlər kənd orta məktəbindən sinfimizə gəlişi də əlamətdar hadisə idi. İndinin gözüylə baxsaq, Yusifin gəlişi Oktyabr inqilabının missiyası ilə müqayisədə humanizm mücəssəməsiydi. Hər halda milyonlarla insanın taleyini alt-üst eləyən inqilabdan fərqli olaraq bu gəliş mənim həyatıma yeni rəng qatdı. Oxumağa davam et

Gözləri buraxmırdı onu

Rafiq-17

Gözləri buraxmırdı onu

Rafiq Əliyevin “Gözlərin buraxmır məni” kitabından boy verən xatirə

Tanışlığımız cəmi-cümlətanı bir ildir. Şəxsi tanışlığı deyirəm, belədə eşitmişdim haqqında, böyük alim olduğunu bilirdim. Təxminən 10 il əvvəl ABŞ səfirliyinin ənənəvi 4 iyul qəbullarından birində kənardan baxmışdım da.

“Baxmaq hələ görmək deyil” – düz deyirmişlər.

İlk dəfə isə ötən il bir kitab təqdimatında gördüm, yaxınlaşıb “Siz “Ruhlar şəhəri” yazılarının müəllifi deyilsinizmi?” soruşmuşdu. Oxuyurmuş, özü də elə-belə yox, diqqətlə, hansı duyğularla oxuduğu söhbətindən bəlliydi. Həmin günün tanışlığı, sonrakı aylarda hər yazıdan sonra zəng edib dedikləri və nəhayət, o silsilə yazıların eyni adla nəşr olunduğu kitaba “Son söz” yazısı onu bütün varlığı ilə görməyə bəs elədi. Oxumağa davam et

Ağappaq bir ümid

Ağappaq bir ümid

Günay Ümid

Deyəsən, 10 yasım vardı. Kənddən, nənəmgilin həyətindən sarıçiçək gülü gətirmişdim. Ətri hələ də burnumdadı. Evdə dibçəyə əkmişdim, hər səhər su verirdim, elə həyəcanla gözləyirdim onun çiçək açmasını…

Bir gün məktəbdən gələndə gördüm ki, yarpaqlarını sərib yerə, dibçəkdə büzüşüb. Ağladım! Atamın “Yabanı çiçəkdi, dibçəkdə bitməz” sözünü o vaxt başa düşməmişdim. Sonralar anladım ki, hər bitki yalnız öz torpağında bitir.

Xatirələr onsuz da kövrək olur, amma bəzən insan onun ən əlçatmaz, ünyetməz dərinliklərinə baş vurur, onda ürək sızıltısını nəbzin kimi duyursan. Onda böyüdüyün ev, oynadığın həyət, hər budağında uşaqlığın gülümsəyən ağaclar, hətta sənə dəyərsiz gələn əşyalar bu gününün ən özəl və gözəl nəsnələrindən belə qiymətli olur. Oxumağa davam et

Yaşıl paltolu xatirə

Yaşıl paltolu xatirə

İllər öncə bir filmə baxmışdım. Yaşlı adam evə dönəndə otaqda balaca bir uşaq görür… və bu uşaq onun öz keçmişiydi…

Ağdam barədə son xatirəm o qədər də xoş deyil. Yaşıl palto geyinmişdim, əlimdə xırda çiçək naxışlı dəsmal varıydı, dayanmadan ağlayırdım. Göz yaşlarım qarşıdakı uzun illərdə məhrum olacağım, bir udum havasını belə içimə doyunca çəkə bilməyəcəyim Yurd üçün deyildi, balaca oyuncaq vedrəmə görəydi. Həmişə çox sevdiyim çiçəkləri suladığım bu oyuncaq vedrəni götürməmiş heç yerə getmək istəmirdim. Oxumağa davam et

“Ruhlar şəhəri”

Qapaq_RSh

MÜNDƏRİCAT

Ön söz yerinə. Ramiz Rövşən: “Mümkünsüz qayıdış”ın əzabı

Birinci esse.  On yeddi

İkinci esse.  Heyva qoxulu zirzəmi

Üçüncü esse.  Çəpər

Dördüncü esse.  Xilaskar ölüm marşı

Beşinci esse.  Ağ gecənin yuxusu

Altıncı esse.  Vaxt olmayan yer

Yeddinci esse.  Novruz sabahının pəncərəsi

Səkkizinci esse.  Yusif üzlü kitablar

Doqquzuncu esse. Rəngsiz kino

Onuncu esse. Azan oxuyan göyərçin

On birinci esse. Hökumətə məhkumlar

On ikinci esse. Sümük abidə

On üçüncü esse. Toz adamlar

On dördüncü esse. Sağ qalan ləpirlər

On beşinci esse. Xəyal memarı

Son söz yerinə. Rafiq Əliyev: “Qiyamətə qalmış 4 dəqiqə”

“Ruhlar şəhəri” kitabını buradan yüklə