Duman Radmehr “Çöl Qala” romanından yazır

Müəllifin düşüncə dünyasının portreti

Vahid Qazinin “Çöl Qala” romanı haqqında qeydlər

İş səfərindəyəm. Təyyarədə yanımda təxminən 35-40 yaşlarında bir xanım oturub. Ünsiyyətcil biridir, söhbət etməyi xoşlayır. İsveç dilində ləhcə ilə danışığından gəlmə bilib haralı olduğunu soruşuram. Kaliforniyalıdır, İsveçdə işləyir, indi məzuniyyətə çıxıb. Böyük bir şirkətdə marketinq və satış üzrə məsuldur.

Yöteborqdan Münhenə uçuruq; mən oradan Çexiyaya, o isə Fransaya gedəcək. Müxtəlif mövzularda qısa söhbətdən sonra hərəmiz əlimizdəki kitaba başımızı qatırıq. Onun əlində elektron kitab oxuyucusu (Kindle), məndə isə kağız kitab var. Bir qədər keçmiş soruşur: “Nə oxuyursan elə maraqla? Gözləmə salonunda da kitaba necə daldığın diqqətimi çəkmişdi.”

“Hə, maraqlı kitabdır”,  dedim. “Uzun müddətdən sonra ana dilimdə oxumaq istədim. Səhər evdən çıxarkən kitablarıma göz gəzdirib bunu seçdim. İndiyədək əlli səhifəsini oxumuşam, amma əlimdən buraxa bilmirəm.”

O da gülümsəyərək: “Görürəm”, dedi.

Oxumağa davam et