Duman Radmehr “Çöl Qala” romanından yazır

Müəllifin düşüncə dünyasının portreti

Vahid Qazinin “Çöl Qala” romanı haqqında qeydlər

İş səfərindəyəm. Təyyarədə yanımda təxminən 35-40 yaşlarında bir xanım oturub. Ünsiyyətcil biridir, söhbət etməyi xoşlayır. İsveç dilində ləhcə ilə danışığından gəlmə bilib haralı olduğunu soruşuram. Kaliforniyalıdır, İsveçdə işləyir, indi məzuniyyətə çıxıb. Böyük bir şirkətdə marketinq və satış üzrə məsuldur.

Yöteborqdan Münhenə uçuruq; mən oradan Çexiyaya, o isə Fransaya gedəcək. Müxtəlif mövzularda qısa söhbətdən sonra hərəmiz əlimizdəki kitaba başımızı qatırıq. Onun əlində elektron kitab oxuyucusu (Kindle), məndə isə kağız kitab var. Bir qədər keçmiş soruşur: “Nə oxuyursan elə maraqla? Gözləmə salonunda da kitaba necə daldığın diqqətimi çəkmişdi.”

“Hə, maraqlı kitabdır”,  dedim. “Uzun müddətdən sonra ana dilimdə oxumaq istədim. Səhər evdən çıxarkən kitablarıma göz gəzdirib bunu seçdim. İndiyədək əlli səhifəsini oxumuşam, amma əlimdən buraxa bilmirəm.”

O da gülümsəyərək: “Görürəm”, dedi.

Oxumağa davam et

Azad Qaradərəli. Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi” kitabı haqqında əlüstü qeydlər

“Torpağı gözə dərman…” şəhərin adamının yazdıqları

Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi” kitabı haqqında əlüstü qeydlər

Adamlar var ki, mənimçün imza şəklindədir. Boy-buxunu, xasiyyəti, geyim-keçimiylə imzadır mənimçün. Heç üzünü görmədiyim Murakami, Pelevin, Pol Oster… Bahar Zamanı… Bir də üzünü bir neçə dəfə görsəm də, əslində yaddaşımda iz buraxmayan, yalnız sonralar imza şəklində yaddaşıma daxil olan Vahid Qazi…

Oxumağa davam et

Söz yağışı

50117240_386787215447933_5756395897751601152_o

Söz yağışı

Oxuduğum son sevgi romanından düz üç il ötürdü. Hər şeyin son dərəcə əlçatan, asan, bəzən hətta bayağı olduğu bu zəmanədə düşünürsən sevgi erası çoxdan bitib. Hisslərin öz yerini hiyləgər gedişlərə verdiyi sanki yüz il olub. Duyğuların adamı qızındıracaq qədər istiliyi qalmayıb. Ruslar belə aldadıcı vəziyyətlərə “мишурный блеск” deyir, yəni yalançı parıltı. Saxta vəziyyətləri bu qədər gözəl anladan ikinci bir söz bilmirəm. Oxumağa davam et

Ağalar Məmmədov “Çöl Qala”dan yazır

Agalar memmedov ve col qala

 “Sizcə, nədir bu?”

 Vahid Qazinin “Çöl Qala” povesti haqda

L. Wittgenstein-ın belə bir aforizmi var: “Uşaqlar qələm tutmağı yeni-yeni öyrənməyə başlayan çağlarında ağ kağıza cürbəcür cızma-qaralar çəkib, ata-analarına göstərərək, soruşurlar: “Baxın, mən bura nə çəkmişəm?” (Yadımdadır ki, mən də hərfləri yeni öyrəndiyim vaxtlarda onları ard-arda düzüb, “Bura nə yazmışam?”, – deyə evimizdəkilərdən soruşardum – A. M.). Filosoflar da bir nəzəriyyə qurub, özündən sonrakılardan soruşurlar: “Sizcə, nədir bu, çəkdiyim, yazdığım..?” ”Bir sözlə, “Sizcə, nədir bu?” sualı uşaqlığımızda çəkdiyimiz cızma-qaralardandan başlayır, yetkin yaşlarımızda yaratdığımız böyük əsərlərədək davam edir. Oxumağa davam et