Norveç səfiri Steynar Gillə müsahibə

steinar gil (3)

Steinar Gil: “If you serve to non-democratic regime, any time could be appear problems connected with your morality, conscience”.

“Əgər sən qeyri-demokratik bir rejimə qulluq edirsənsə,  istənilən vaxt mənəviyyatınla, vicdanınla bağlı problemlər yarana bilər”

 Norveçin Azərbaycandakı səfiri Steynar Gil 1943-cü ildə Osloda müəllim ailəsində doğulub və ilk təhsilini burada alıb. Oslo Universitetində rus dilini öyrənib. Universitetdə rus dili və rus ədəbiyyatından dərs deyib. Bir müddət Sankt-Peterburqda təcrübə mübadiləsi keçib. Sonra Xarici İşlər Nazirliyində işə qəbul olunub və artıq 20 ildir bu sistemdə çalışır. 1988-1990-cı illərdə Polşada, sonrakı iki ili SSRİ və Rusiyada işləyib. 1996-1999-cu illərdə Rusiyada Norveç səfirinin müavini olub. 2002-ci ilin yanvarından Norveçin Azərbaycandakı səfiridir. Evlidir. İki övladı var.

Onun ötən il Azərbaycanda keçirilən prezident seçkilərindən sonra tutduğu mövqeyi ölkə mətbuatı sensasiya adlandırsa da, özü bunu adi hal – vicdanın diktəsi hesab edir. Steynar Gil həmin günlər baş vermiş zorakılıq hadisələrində bizim əksər ziyalılarımızdan fərqli olaraq, döyülmüş və məğlub edilmişlərin yanında durmaq qərarına gəldi. Buna görə onu qınayanlar, hətta təhqir edənlər də tapıldı. Bütün bu qınaqlara, təhqirlərə baxmayaraq, Steynar Gilin xalqımıza olan münasibəti birmənalıdır: “demokratiyaya layiq xalq”.

Bu müsahibədə mən özüm keçən il Azərbaycanda keçirilən prezident seçkisi mövzusuna qəsdən toxunmadım. Onsuz da bu mövzu haqda çox söz deyilib, çox fikir səslənib, müxtəlif mövqelər ortaya qoyulub. Elə müsahibimizin də bu məsələylə bağlı tutduğu mövqe hamıya məlumdur. Odur ki, Norveç səfiriylə bu müsahibəmdə onun bizi maraqlandıran digər məsələlərlə bağlı fikirlərini öyrənməyə çalışmışam.

– Cənab səfir, hansı mühitdə böyümüsünüz; ailə, adamlar, cəmiyyət baxımından deyirəm…
– Valideynlərimin hər ikisi məktəbdə müəllim işləyib. Hamı kimi adi həyat yaşamışam, sadə ziyalı ailəsində böyümüşəm. Oxumağa davam et