Boris Yeltsin: Görünənin görünməyən üzü

Görünənin görünməyən üzü

Yaxud Boris Yeltsinlə görüşü xatırladan “Satqınlar”

2004-cü ilin sentyabr ayında yazıçı dostumuz Fəxri Uğurlunun toyuna yığışmışdıq. Tanıdığım qələm əhlinin çoxu gəlmişdi.

Dostlarla zarafatlaşıb dilxoşluq eləməkdən zövq alan vaxtlarım idi. Toyun axırına yaxın dostlarla havamızı dəyişib yenə sarayın ikinci mərtəbəsinə qalxırdıq. Ayağımı sonuncu pilləyə qoyanda qarşımda şair Qabili gördüm. Xumarlanan iri gözləri, dağınıq saçı, üzündəki ifadə, yerişi – tanımayanda da deyərdi ki, şairdir.

Umud Mirzəyev qolundan yapışıb yola salırdı. Qaçırılası mənzərə deyildi: “Umud, bu kimdir? Səməd Vurğun?”

Elə həyəcanla dedim ki, Qabil məəttəl qaldı. Umud əlini boğazına çəkdi, yəni mən ölüm, qoy yola salım. Rəhmətlik Qabil duruxmuşdu: “Nə Səməd Vurğun, əəə! İndiyə Səməd Vurğun qalar? Mənəm, şair Qabil!”.

Üzümə heyrətlə baxdı, sonra Umuda çevrilib “Bu kimdir belə, məni tanımır?” dedi…

Zarafatım alındı, zala keçdim…

Oxumağa davam et

Azadlıq aşiqi keşiş

Azadlıq aşiqi keşiş

(Kubalı keşiş Xose Konrado haqda)

Bu, Santyaqo-de-Kuba şəhərinin katolik kilsəsində keşiş Xose Konradonun otağında divardan asılan tablolardan biridi. İlk baxışda burada nə çəkildiyini kəsdirə bilmədim, sonra diqqətlə baxanda gördüm ki, heyvanların buynuzu, həşəratların quyruğu, güllərin ləçəyi də  kommunistlərin oraq-çəki simvolu formasındadı. Fotonu çəkəndə tablolar barədə soruşdum, keşiş sadəcə güldü, cavab vermədi. Demək istəyirdi ki, bildiyin şeyi soruşma!

Kommunist ölkəsində başının üstündə antikommunizt şəkil asan din xadiminə valeh olmuşdum. Ömrümdə onun kimi ağıllı ruhani görməmişəm. Bizim molla və axundlarla müqayisə eləmək günah olardı. Çox savadlıydı. Onu dinlədikcə, qarşımda ölkəsinin taleyi, hakimiyyəti, siyasi müxalifəti, diasporu, ictimai kəsimi barədə əsl vicdan ağrısıyla danışan ziyalı bir vətəndaşın olduğunu duyursan.

Ondan ayrılıb taksiyə minəndə dəftərimə bu qeydləri eləmişdim: “Qəhrəmanlıq iqtidarçı olub müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini, müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən çəkinməyəndir. Ən yaxşısı isə bunların heç birindən olmamaqdır, belədə deyəcəyin sözün sərhədlərini özün cızır, ona özün nəzarət edirsən.”

Beş il sonra Konrado Atanı Polşanın Krakov şəhərində “Demokratiyalar İcması”nin 10-cu ildönümünə həsr olunmuş konfransda Hillari Klintonun əlnidən xüsusi mükafat alarkən bir də gördüm. Və bu nurlu kişini onda anladım. Sən demə, dəfələrlə həbs olunan, hər dəfə də Roma Papasının təkidli tələbiylə azad olunan bu adam sadəcə din xadimi deyil, həm də Kuba kimi diktatura ölkəsində insan hüquqlarının yorulmaz müdafiəçisi, böyük azadlıq mücahidiymiş…

Bolqarıstanın keçmiş baş naziri Filip Dimitrovla müsahibə

 

Filip Dimitrov: “Bolqaristan varli və xoşbəxt qərb ölkələri ailəsinin, hələ ki, ən kasib və bədbəxt nümayəndələrindəndir”

Bolqarıstanın keçmiş baş naziri Filip Dimitrovla bu müsahibə fevral ayında Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən Demokratiya uğrunda Ümumdünya Hərəkatının 3-cü Assambleyasıída götürülüb. Keçmiş sosialist məkanının ən önəmli dövlətlərindən birinin demokratiya uğrunda mübarizədə əldə etdiyi nailiyyətlərin mexanizmi, uğursuzluq səbəbləri müasir Azərbaycan cəmiyyətinin durumu fonunda xeyli aktual səslənir. Oxumağa davam et

Susmaq hüququ

susmaq huququ

  Susmaq hüququ

Sözün qüdrətini atomun gücü ilə eyniləşdirənlərin sözünü qəribçiliyə salmaq lazım deyil. Səmavi dinlər, müqəddəs kitablar da sözü Allah qədər uca tuturlar. Elə adam da azad sözü dilə gətirməyilə dəyər qazanır, hörmətə minir. Bəlkə də elə buna görədir ki, bütün avtoritar hakimiyyətlər azad adamlardan div canı saxlanan şüşədən qorxan kimi qorxurlar.

Bu hakimiyyətlər azad sözün kökünü mikrob kimi kəsməyi cəmiyyətin “dirilik suyu” hesab edirlər. Totalitar rejim söz azadlığının düşmənidir, burada istədiyini yazmaq, danışmaq, çap etdirmək mümkün deyil. Yalnız sənə icazə verilən haqda yaza və danışa bilərsən. Tarixin bütün dönəmlərində, bütün diktaturalarda, bütün üzdəniraq “izm”lərdə belə olub. Oxumağa davam et