Allah vermişdi Allahverdini

 

Allahverdi Bagirov

Allah vermişdi Allahverdini

Allahverdi Bağırovun 70 yaşı tamam olur bu gün. Nədənsə mənə qəribə gəlmir onu 70 yaşında təsəvvür eləmək. Tək mənə yox, onu tanıyan hər kəsə qəribə gəlməz, düşünürəm. Onu elə cavanlığından ağsaqqal tanıdıq hamımız, yəqin ondandı. Oxumağa davam et

“ Mən… əzilənlər arasında olmaq istəyirəm. Həyat oradan daha aydın görsənir.”

fred asif

Milli qəhrəman Fred Asifdən 23 il əvvəl aldığım bu müsahibəni kompüterin illərlə açılmayan qovluqlarında eşələnəndə gözüm biqəfil aldı. Kompüter təzə-təzə çıxan vaxtlar yazmağı öyrənəndə bəzi köhnə qəzet yazılarımı yığıb yaddaşa verirdim ki, qalsın. Bundan əvvəl “Zirzəmidə gecələyən şəhər” yazısını da beləcə təsadüfən tapmışdım.

Oxumağa davam et

Talan olmuş əsir şəhər – xatirələrdə…

AqdamNew2

Talan olmuş əsir şəhər – xatirələrdə…

 Bu gün İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və neçə-neçə başqa yurd yerlərimiz erməni vəhşilərinin tapdağı altında inləyir. Şəhər və kəndlərimiz yerlə-yeksan edilib, xarabalığa çevrilib, yer üzündən silinib. Belə şəhərlərdən  biri də möhtəşəm Ağdamdır.

Publisist Vahid Qazinin “Ruhlar şəhəri” kitabı erməni cəlladlarının işğal etdikləri Ağdam şəhərindən bəhs edir. “Ön söz”, “Son söz” və on beş essedən ibarət kitabın müxtəlif başlıqlı hər bir bölümündə Ağdam şəhərinin keçmiş qaynar həyatının müəyyən bir anı yad edilir, real həyat faktları, insanları, evləri, küçələri anılar, bədii sözlə tablosu çəkilir. Ağdam şəhərinin daxili quruluşu, küçələri, mədəniyyət ocaqları, məktəbləri, çayxanaları, kinoteatrı, müxtəlif təbəqədən olan ayrı-ayrı insanları xatırlanır, onlarla bağlı maraqlı hadisələr göz önündə canlandırılır. Hər bir ana həssaslıqla yanaşan Vahid Qazi insanı heyrətləndirəcək dərəcədə sanki keçmişə real səyahətə aparır. Oxumağa davam et