Demokratiyanın yarımçıq təbəssümü

N.Cəfəroğlu, M.Olbrayt, İ.Lasota və bəndəniz. Qdansk 2005

Demokratiyanın yarımçıq təbəssümü

 “Yaddaş ləpirləri” silsiləsindən

Hələ 10 il əvvəl Varşavada Polşanın xarici işlər naziri Bronislav Geremek və ABŞ-ın dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə yaradılan Demokratiyalar İcmasının imzalanma törənində bəxtəvər-bəxtəvər gülümsəyib əl çalanda demokratiyanın dünya dolusu böyüyüb icma-icma bütün Yer üzünü tutacağına inanmışdım. Bəlkə (həm də) ona görə ki, dünyanı yönləndirməyə iddialı dövlətin xanım təmsilçisinin mühafizəsindəki boynuyoğun, lay divar oğlanlarla yanaşı, yalan olmasın, bir metr boyunda vahiməli itlər basılmaz qoruqçu təsiri bağışlayırdı. Düşünürdüm ki, demokratiyalar da beləcə mühafizə olunacaq. Oxumağa davam et

Cahillər və snoblar

snob2

Cahillər və snoblar 

Özümü cəmiyyəti çoxrəngli görmək istəyən, onun çoxsaylı zümrələrin qarşılıqlı təması ilə inkişaf edə biləcəyinə inananlara aid edirəm. Belələri sosial təbəqələrin bərabərhüquqlu ünsiyyətini quran bu şərtləri qəbul edənlərdi: işlək Qanun, hamının əməl elədiyi Qayda, bu qanun-qaydalarla yaşamaq Vərdişi, cəmiyyət həyatına hakim kəsilən Ədalət və Əxlaq. Oxumağa davam et

Ağ Rusiyanın qara taleyi

“Şəhərlər və ölkələr” silsiləsindən

BELARUS-RUSSIA-DIPLOMACY

Ağ Rusiyanın qara taleyi

Uzun illər eyni iqtisadi-siyasi məkanda yaşadığımızdan haqqında kifayət qədər məlumatlı olduğumu düşündüyüm Belarusa son səfər təəssüratım məni rahat buraxmır. Sən demə, kitablar, filmlər, eşitdiklərim və əvvəlki qısamüddətli səfərlərdə gördüklərim bu xalq haqqında əsl həqiqətləri sanki Belarusun bataqlıqları kimi ilim-ilim itirməyə xidmət edirmiş. Həqiqət görünənlərin astar üzündəymiş…

Tarixin siyasət qarşısında acizliyinə öz xalqımın taleyi timsalında şahidəm, amma tarixi həqiqətin siyasi ideologiyanın bunca məzlum kölgəsində gizlədildiyini təsəvvürümə də gətirə bilməzdim… Oxumağa davam et

Bizim saziş

rino harnish

Bizim saziş

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin iqtidarla müxalifət arasında saziş bağlamaq təklifi ölkədə ölkədə mövcud ictimai, siyasi və mənəvi-psixoloji durumun gerçək qiymətini verməyə, bizim hansı ovqata kökləndiyimizi bir daha saf-çürük eləməyə əvəzsiz imkan yaradıb. Yanılmıramsa, ABŞ-la rəsmi münasibətlərdə olduğumuz son 13 ildə bu təklif mahiyyət və forma baxımdan yeni diplomatik səydir, hər halda nə vaxtısa bu cür təşəbbüs olduğu yadıma gəlmir. Təklif qış yuxusundan ayılmaqda olan torpağımızda nikbinliklə canlanmanın qarışığından alınan əsl bahar ümidləri doğurur. Oxumağa davam et

Ağdamı görməyən Ağdamlı uşaqlar “Qafqaz Xirosiması” filmini bu baxışlarla seyr etdilər.

Mayın 18-də Ağdamın Quzanlı qəsəbəsində «Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri» adlı sərgisinin açılışı olub. Oxumağa davam et

“Ağdam – Qafqaz Xirosiması” sərgisi Berlin və Ottovada

Berlin_sergisi_2

Berlində “Ağdam Qafqaz Xirosiması və ruhlar şəhəri”

Oktyabrın 28-də Almaniya paytaxtı Berlində “Ağdam – Qafqaz Xirosiması” fotosərgisi keçirilib. Sərginin açılışında çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Ermənistanın Azərbaycana təcavüzündən danışıb. O qeyd edib ki, BMT-nin torpaqların dərhal azad edilməsi barədə 4 qətnaməsinə baxmayaraq 17 ildir Azərbaycan ərazilərinin beşdə biri işğaldadır.

Sərginin təşkilatçısı “İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi doğulub boya-başa Ağdamın Yer üzündən silinib xarabazarlığa çevrilməsinin onun kimi minlərlə insanın həyatına təsirindən,  talelərdəki acı fəsadlarından danışıb.

“Qarabağ Azərbaycanın mədəniyyət mərkəzidir, xalqın mənəvi tarixinin bir parçasıdır, onun tənəffüs orqanıdır. Almaniyanı Bavariyasız, Fransanı Normandiyasız təsəvvür etmək mümkün olmadığı kimi Azərbaycanı da Qarabağsız təsəvvür etmək olmaz. Avropa kommunizmin dəmir divarları ilə ikiyə bölünəndə Papa II İohan Pavel bu məşhur sözləri demişdi: “Avropa hər iki ciyəri ilə nəfəs almalıdır!”.

Bu gün Azərbaycan da o dövrün Avropası kimi tək ciyərlə nəfəs alır” deyən” V. Qazi sonda iştirakçıların çoxsaylı suallarına cavab verib.

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan 60 foto, onun indiki durumunu Xirosimanın atom partlayışından sonrakı vəziyyətinə oxşadan xarici jurnalistlərdən sitatlar yazılmış plakatlar nümayiş etdirilib, Ağdamın dünəni və bu günündən bəhs edən buklet paylanıb. Sərgi zamanı alman tamaşaçılara “Qafqaz Xirosiması” filmi təqdim olunub.

Sərgiyə qatılan müxtəlif təşkilat nümayəndələri fotoların Almaniyanın digər şəhərlərində də nümayiş olunması təşəbbüsü ilə çıxış ediblər. Sərginin Ştutqart və digər şəhərlərdə keçirilməsi qərara alınıb.

Modern.az

P.S. Sərgi Kanadanın Ottova şəhərində də keçirilib.

Berlin_sergisi_4

Berlin. 28 oktyabr 2010

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Şair Ramiz Rövşənlə söhbətimiz tək şəxsiyyət azadlığı məsələlərilə deyil, həm də vətəndaşlıq problemlərilə bağlıdır. O, bizim verdiyimiz bir çox başqa suallara isə özünün “Azərbaycansayağı hannibalizm və ya hakimiyyət süfrəsi” essesi ilə cavab verdi.

Sual: Səhv etmirəmsə, əsərləriniz 60-cı illərin ortalarından nəşr olunur. Onların arasında kommunizmi tərənnüm edən bir şer və ya misraya rast gəlmirik. Bəlkə çap olunmayanlar arasında belələri var?

R.Rövşən: Əvvəla onu deyim ki, mənim ilk şerlərim hələ orta məktəbdə oxuyanda, təxminən 50-ci illərin sonları çap olunub. Yazdığım ilk şerin tarixçəsi də bir az qəribədi: müəllimə ana dilindən evdə 10 müxtəlif ismə aid cümlə yazmağı tapşırmışdı. Həmin isimlərə yazdığım o cümlələr özümdən xəbərsiz qafiyələnmişdi və nəsə şerə oxşar bir şey alınmışdı. O şeri müəlliməyə göstərdim, çox bəyəndi. Sonra “Pioner” qəzetinə göndərdi və mənim ilk şerim belə çap olundu. Əgər o 10 ismin arasında “kommunist” və ya “Lenin” sözü olsaydı mən onu da şerdə işlədəcəkdim. Xoşbəxtlikdən, bu məsələdə tale məni görünür lap əvvəldən qoruyub. Mən partiyaya, Leninə şer yazanları ittiham etmirəm. Çünki o vaxt ideologiya o cür idi. Amma hər şeyi dövrün adına bağlamaq da düz deyil. Lenindən, partiyadan yazmağa o vaxt heç kəsi məcbur etməyiblər. Bir də ki, bütün dövrlərdə yazıçının, şairin elə bir haqqı var ki, bunu onun əlindən almaq mümkün deyil: bu, yazmamaq haqqıdır. Əgər yalan yazmaq lazımdısa, yazma! Oxumağa davam et

Günel Musaya verdiyim müsahibə

gunel

“Öz yazını redaktə eləmək, həyatda buraxdığın səhvləri düzəltmək üçün sənə verilən şansa oxşayır.”

Yenilik.az-da yeni layihə: Günelin qonaqları. Bu layihədə ziyalılar, cəmiyyətə öz fikirləri ilə fayda verə bilən insanlar Günel Musanın qonağı olacaqlar. İlk qonaq “İnam” Plüralizm Mərkəzinin rəhbəri, tanınmız ziyalı, publisist Vahid Qazidir:

Vahid Qazi necə bir xarakterə malikdir?

Dəqiqini kənardakılar bilər. Amma məncə bir az “tropik” mülayimliyim var, burda sükunətlə çılğınlıq simbiozdur.

Özünüzdə bəyənib bəyənmədiyiniz xasiyyətlər hansılardır?

Bəyəndiyimi bilmirəm, bəyənmədiyim tez inanmağımdır.

Yaşaya bilmədiyiniz üçün peşmanlıq duyduğunuz nələrsə varmı?

Peşman olmaq etdiklərinə uğursuz redaktə cəhdindən başqa bir şey deyil. Peşmançılıq nəyisə dəyişmir, uzaq başı çayın dərin yerini göstərir, bunu instinktlərin də sənə deyir onsuz da, hər dəfə çayın o yerinə çatanda.

Heç kimsənin görmədiyi bir özəlliyiniz varmı. Varsa da niyə bu günə kimi gizli qalıb?

Bu dünyada kimsənin görmədiyi bir özəlliyim varsa, deməli o, qapalı yerdədir. Bütün gizlinləri görən isə tək Allahdır, gizlindəki o özəlliyin necəliyini onun dərgahında bilmək olar. İstəyim də odur ki, bu, günaha yazılası özəllik olmasın .

Sizi ən çox nə əsəbiləşdirir və əsəbinizlə baş edə bilirsiniz?

“Nə əsəbləşdirmir?” daha düz sual olardı, bu zamanda. Evdə baxdığın TV, oxuduğun qəzet, bayırda hər addımda gördüklərin. “Master və Marqarita”dakı kimi cəmiyyət sanki tilsimlənib. Küçələrdə adamların üzünə baxsanız yalnız keylik görəcəksiniz, burda təbəssüm bir yana, heç kədər də yoxdur. Keyimiş adamı isə şüur yox, instinkt idarə edir.

Maşın sürmək cəhənnəm əzabıdı, düşürsən metroya – qaramat qoxuyur, minirsən avtobusa sanki yaralı canlar daşıyan sanitar arabasıdı. Küçələr ən nifrət elədiyim səslə, “laqonda” səsiylə doludur, heç türmə kameralarında işgəncə səsləri də belə deyil. İnsanlarda heyvanat dünyasının xarakteri oturuşur – özündən güclüyə quyruq bulayan, özündən zəifin nəfəsini kəsir. Bütün bu mənzərələrə əsəb tam gətirərmi?

Nə üçün yazırsınız, sizi yazmağa itələyən nədir?

Yazmaq – içindəki hissi çölə çıxarmaq yolunda ən ağır işdir. Yazmaq emosiya hadisəsidir. İçindəkini hirslə, danışmaqla, bağırmaqla, pıçıldamaqla, ağlamaqla çıxarmağa çalışarsan, alınmayanda son anda köməyə yazmaq çatır. Razılaşın ki, yazmaq hisslərin ifadəsinin ən çətinidir, gülməyə, ağlamağa, hirslənməyə, küsməyə… nə var ki. Emosionallığımdandır ki, bəlkə də, hisslərimi müxtəlif yolla ifadə edə bilirəm, yazmağa çox yer qalmır. Az yazıram.

Heç içinizə sinməyərək yayımlanan yazınız olubmu?

Olmayıb, çünki eləsi heç yazılmayıb.

Yazılarınızı yenidən oxuyanda özünüzü necə hiss edirsiniz?

Bundan qəribə bir hislə zövq alıram. Öz yazını redaktə eləmək, həyatda buraxdığın səhvləri düzəltmək üçün sənə verilən şansa oxşayır.

Bu anda gördüyünüz işin xaricində nə iş görmək istərdiniz?

“Bu anda gördüyüm işin xaricinə” çıxmaq…

İndiyə qədər etdiyiniz ən böyük çılğınlıq nə olub?

Çılğınlıq çox olub, ən böyüyü yəqin hələ qabaqdadır (gülür).

Yazı yazmaqdan başqa nə işlə məşğulsunuz?

Uşaq böyütməklə, bu günün ən çətin işiylə.

Necə düşünürsünüz sizin yazılarınız, kitablarınız oxucuların həyatına təsir göstərə bilirmi?

Mənim elə çox yazı və kitablarım yoxdur. Amma tək onu deyim ki, “Ruhlar şəhəri” üçün aldığım məktub, mesaj və rəylər o kitabın həcmindən iki dəfə çoxdur. Məncə, pis göstərici deyil. Bu rəylərdən bilirəm ki, oxuyanların konkret anlarda ovqatlarına təsir edib.

Sizcə bir yazarın toplum qarşısındakı əsas vəzifəsi nədir?

Heç bir vəzifəsi yoxdur! Məsuliyyəti var, o da öz qarşısında. Sadəcə onun işi elədir ki, nəticəsi toplum içinə nüfuz edir, bu, ictimaiyyətçi bütün sənətlərdə belədir. Yazı söz kimidir, söz ağızdan çıxan təki, yazı da topluma çıxdımı, ta yığışdıra bilməzsən. Dediyin sözün, yazdığın yazının toplumda təzahürü elə sənin vəzifən hesab oluna bilər. Bu isə çox məsuliyyətli işdir. Bu gün bizdə olmayan məsuliyyət.

Yazmazdan əvvəl bir ön hazırlıq edirsinizmi?

Əlbəttə, yazıya başlayanda artıq onun yarıdan çoxu beyində hazır olur.

Yazarın üzərindəki təzyiqlərlə – istər ictimai, istər fərdi – çıxan yazının keyfiyyəti arasında bir bağ görürsünüzmü?

Yazdığından kəskin ictimai reaksiya umacağın varsa, ictimai basqı yazılarına təsir edə bilər, bu qarşılıqlı prosesdir. Təzyiqlərlə keyfiyyəti aşağı düşəcək yazını yazmamağı bacarmaq isə hamının işi deyil. Belədə susmağın yazmağından yaxşıdır.

Sizin tərifinizlə kimləri həqiqi yazar adlandıra bilərik?

İçindəki hissləri ana balasını dünyaya gətirdiyi duyğularla xaricə çıxarmağı bacaran, yəni bu işi sevgiylə edən.

Hər səy sərf edən insan bir gün yazar mərtəbəsini qazana bilərmi?

Yazmaq insanın özüylə söhbətidir, özün özünü tanıdığından aldada bilməzsən, bu bir növ, ibadət edənin Tanrıya ünsiyyətinə bənzəyir, burada hər şey şəffafdı, kiçicik bir xal mahiyyəti dəyişir.

Özünüzü yazmaq üçün şərtləndirirsinizmi. Məsələn “gündə bu qədər yazı yazmalıyam”deyə. Yoxsa fikirləriniz inkişaf etdikcəmi yazırsınız?

Bəzən həftələrlə bir cümlə yazmıram, odur ki, sualın ikinci hissəsini özümə aid edərdim.

Azərbaycanda yazarlıq pul qazandırırmı?

Pul qazandırmır, olsa-olsa dolandıra bilər. Bunlar da ki, fərqli anlayışlardır. Bir də, Orxan Pamuk demiş : “Nə qədər bacarığın, qabiliyyətin olursa olsun, pulu və iqtidarı başqa yerdə axtar ki, bacarıq və əməyinin əvəzini almayanda sənətdən küsməyəsən”.

Həyatda ən çox qiymət verdiyiniz insan kimdir?

Bilmirəm həyatda beləsi varmı? Amma belə insan obrazı Hüqonun Jan Valjanıdır.

Ən böyük xəyalınız?

Şuşada Ərimgəldi qayası var… Ordan üzü Ağdama sarı uçmaq.

yenilik.az,  23.09.11

“Bütün sevgilərin bir səsi var – pıçıltı”

 Pərvinin həmsöhbəti yazıçı-publisist Vahid Qazidir.

 “Bütün sevgilərin bir səsi var – pıçıltı”

Pərvin: Salam, Vahid bəy. “Ruhlar şəhəri”nə səyahətiniz davam edir?  

Vahid Qazi: Salam, Pərvin xanım! “Davam” sözü bətnində “bitirib, yenidən başlamaq” anlamını gəzdirir. Bu mənada dediyiniz ünvandakı mövcudluğum səyahət yox, qalıb yaşamaqdı.

Pərvin: Elə isə “Ruhlar şəhəri” kitabınızdan danışmaq istəyirəm. Kitabdakı ilk “On yeddi” adlandırığınız essedə itkilərin ən dözülməzinin Yurd itkisi olduğunu vurğulayırsınız. Məncə, sevgilərin də ən böyüyü Yurd sevgisidir. İnsanın ən böyük sevgi obyektini itirməsi başqa sevgilərinə təsir etmir ki?

Vahid Qazi: Antik dövrlərdə müxtəlif allahlar vardı: günəş, dəniz, səma və s. Amma əslində Allah həmişə birdir. Mən sevgini də o şəkildə görürəm. Yurd sevgisi bütöv Eşqi tamamlayan sevgilərdən biridi. Allah, dünya, vətən, ata-ana, yar, bala və s. sevgisi o tamın hissələridi. Bəzən bizə elə gəlir ki, bir sevgi obyektinin itirilməsi o biri sevgiləri artırır, bu ötəri haldı, əslində bütün sevgilərin yaralanır. Bunu sonralar duyursan. Oxumağa davam et