Ayaz Salayevlə müsahibə
“Bizdə bu gün şəhvani hisslər üstünlük təşkil edir”
Ayaz Salayev: “Hakimiyyət strukturları qarşısında kinonun problemlərini qaldırmaq dəlinin yadına daş salmaq kimi bir şeydir” Oxumağa davam et
Norveç səfiri Steynar Gillə müsahibə
Steinar Gil: “If you serve to non-democratic regime, any time could be appear problems connected with your morality, conscience”.
“Əgər sən qeyri-demokratik bir rejimə qulluq edirsənsə, istənilən vaxt mənəviyyatınla, vicdanınla bağlı problemlər yarana bilər”
Norveçin Azərbaycandakı səfiri Steynar Gil 1943-cü ildə Osloda müəllim ailəsində doğulub və ilk təhsilini burada alıb. Oslo Universitetində rus dilini öyrənib. Universitetdə rus dili və rus ədəbiyyatından dərs deyib. Bir müddət Sankt-Peterburqda təcrübə mübadiləsi keçib. Sonra Xarici İşlər Nazirliyində işə qəbul olunub və artıq 20 ildir bu sistemdə çalışır. 1988-1990-cı illərdə Polşada, sonrakı iki ili SSRİ və Rusiyada işləyib. 1996-1999-cu illərdə Rusiyada Norveç səfirinin müavini olub. 2002-ci ilin yanvarından Norveçin Azərbaycandakı səfiridir. Evlidir. İki övladı var.
Onun ötən il Azərbaycanda keçirilən prezident seçkilərindən sonra tutduğu mövqeyi ölkə mətbuatı sensasiya adlandırsa da, özü bunu adi hal – vicdanın diktəsi hesab edir. Steynar Gil həmin günlər baş vermiş zorakılıq hadisələrində bizim əksər ziyalılarımızdan fərqli olaraq, döyülmüş və məğlub edilmişlərin yanında durmaq qərarına gəldi. Buna görə onu qınayanlar, hətta təhqir edənlər də tapıldı. Bütün bu qınaqlara, təhqirlərə baxmayaraq, Steynar Gilin xalqımıza olan münasibəti birmənalıdır: “demokratiyaya layiq xalq”.
Bu müsahibədə mən özüm keçən il Azərbaycanda keçirilən prezident seçkisi mövzusuna qəsdən toxunmadım. Onsuz da bu mövzu haqda çox söz deyilib, çox fikir səslənib, müxtəlif mövqelər ortaya qoyulub. Elə müsahibimizin də bu məsələylə bağlı tutduğu mövqe hamıya məlumdur. Odur ki, Norveç səfiriylə bu müsahibəmdə onun bizi maraqlandıran digər məsələlərlə bağlı fikirlərini öyrənməyə çalışmışam.
– Cənab səfir, hansı mühitdə böyümüsünüz; ailə, adamlar, cəmiyyət baxımından deyirəm…
– Valideynlərimin hər ikisi məktəbdə müəllim işləyib. Hamı kimi adi həyat yaşamışam, sadə ziyalı ailəsində böyümüşəm. Oxumağa davam et
Агдам – Кавказская Хиросима
AĞDAM QAFQAZ XİROSİMASI VƏ RUHLAR ŞƏHƏRİ SƏRGİSİNİN AÇILIŞI
Ağdam – Qafqaz Xirosiması
Keçmiş gürcü dissidentlə söhbət
Levan Berdzenişvili: “Gürcü inqilabı demokratiyanın ikinci dalğasıdırmı?”
Keçmiş sovet dissidenti, hazırda Gürcüstan Milli Kitabxanasının direktoru, Tbilisi Universitetinin dosenti və nəhayət, yeni seçilmiş parlamentin üzvü Levan Berdzenişvilini çoxdan tanıyıram. Onun sədri olduğu Beynəlxalq Vətəndaş İnkişafı Mərkəzi Plüralizm Mərkəzləri Şəbəkəsində Gürcüstanı təmsil edir və biz uzun illərdir bu şəbəkənin toplantılarında görüşürük. O, latın dilində danışan azsaylı gürcü intellektuallarındandır. Atası sovet dövründə Abxaziyanın prokuroru işləyib. Özü isə qardaşı Davidlə birgə 80-ci illərin əvvəlində siyasi baxışları və dissident fəaliyyətinə görə Mordvaya, həbs düşərgəsinə sürgün edilib. Onlar həbsdən sonra da siyasi fəaliyyətlərini davam etdiriblər. David 1991-ci ildə parlament üzvü kimi Gürcüstanın müstəqillik aktına imza atıb. Prezident Eduard Şevardnadzenin hakimiyyəti illərində hər iki qardaş müxalifətdə olub. Son parlament seckilərində qardaşlar Saakaşvilinin rəhbərlik etdiyi blokun tərkibində deputat seciliblər.
Levanla son dəfə bu ilin fevralında Cənubi Afrika Respublikasının Durban şəhərində kecirilən Demokratiya uğrunda Ümumdünya Hərəkatının 3-cü Assambleyasında görüşdük. Ölkələrimizdəki son hadisələr, bizdəki prezident seçkisi və ondan sonrakı siyasi durum, Gürcüstanda baş vermiş tarixi “məxməri inqilab” barəsində “III Sektor” jurnalı üçün danışmasını xahiş etdim. Onun gürcü inqilabı barədə söylədiyi bir cox fikirlər mənim üçün də yeni idi. Odur ki, başlığa çıxarılan yeganə sualı verdim və onun dediklərini diktafona yazdım.
V.Qazi Oxumağa davam et
Bolqarıstanın keçmiş baş naziri Filip Dimitrovla müsahibə
Filip Dimitrov: “Bolqaristan varli və xoşbəxt qərb ölkələri ailəsinin, hələ ki, ən kasib və bədbəxt nümayəndələrindəndir”
Bolqarıstanın keçmiş baş naziri Filip Dimitrovla bu müsahibə fevral ayında Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən Demokratiya uğrunda Ümumdünya Hərəkatının 3-cü Assambleyasıída götürülüb. Keçmiş sosialist məkanının ən önəmli dövlətlərindən birinin demokratiya uğrunda mübarizədə əldə etdiyi nailiyyətlərin mexanizmi, uğursuzluq səbəbləri müasir Azərbaycan cəmiyyətinin durumu fonunda xeyli aktual səslənir. Oxumağa davam et
Kuba səfəri ilə bağlı müsahibə
«Kubada maşınla adam vurana 15 il iş verirlər, inək vurana 25 il»
Ötən ilin mayında «Media forum» jurnalist Vahid Qazinin Kuba səfərindən fotoreportaj vermişdi. Jurnalist şəkilli söhbətdə Kubanın ictimai-siyasi, sosial-iqtisadi durumundan söz açmış, insan haqları problemindən bəhs etmişdi. Bugünlərdə V.Qazi yenidən Kubada səfərdə olub. Ötən ildən bəri bu ölkədə bir çox dəyişikliklər baş verdiyini, o cümlədən 1959-cu ildən hakimiyyətdə olan Fidel Kastronu dövlət başçısı postunda qardaşı Raul Kastronun əvəz etdiyini nəzərə alaraq həmkarımızla söhbətləşdik.
Görəsən, bir il qabaq fotoreportajına «Qırmızı ada» (V.Qazi «qırmızı» ifadəsini kommunizm rəmzi kimi işlətmişdi) başlığı qoymuş həmkarımızın indiki təəssüratları hansı rəngdədir? Oxumağa davam et
Демократические выборы в авторитарных режимах?!
Демократические выборы в авторитарных режимах?!
«Восстания против тиранов – это послушание богу».
Томас Джеферсон, Третий президент США
ЗДРАВСТВУЙ, НОВЫЙ ВЕК!
Минувшее столетие вошло в историю как эпоха великих открытий и новшеств в научной, технической, экономической, политической и других сферах, которые послужили во благо не только отдельной нации или государства, а всего человечества. Распад многовековых империй с одной стороны, и войны невиданных масштабов с другой, характеризуют парадоксальность общественной жизни прошлого столетия. Возможно, именно такая парадоксальность стала лейтмотивом того, что в XX столетии защита прав человека, ликвидация расовой, половой розни,создание независимых государств в колониальных странах, восприятие демократии как самой ценной идеи на пути обеспечения наилучшего образа жизни, укоренение гражданского общества в развитых демократических режимах стали приоритетными направлениями общественной жизни. Oxumağa davam et





