En världsvan författare med förankring i samtiden

Alireza-Ardebili

Ali Rza Ardabili

Vahid Qazi, en världsvan författare med förankring i samtiden

 

Anteckningar om Kuba:

Camayra rusBoken börjar med ett förord av den namnkunnige sovjetiska och  azerbajdzjanska författaren Rustam Ibragimbekov. Ibragimbekov lovordar boken som ett bevis för den senaste generationen sovjetmänniskor strävan efter demokrati och dess totala avståndstagande av alla former av totalitarism. Alla de tio berättelserna berättas av berättarjaget. Vi läser om författarens kontakter med kubanska dissidenter i Kuba och hans brevväxlingar med dem. Man får skåda det totalitära kubanska samhället med den postsovjetiska människans ögon som inte för länge sedan har haft sin egna erfarenhet av ett sådant. Frågor om förtrycket från en polisstats sida, människors strävan till frihet och mellantinget mellan förtryck och demokrati i form av de nya postkommunistiska stater behandlas i varenda sida av boken.

Berättaren använder sig av ett modernt språk och vass berättarteknik där han beskriver sina aktörers upplevelser med minsta möjliga ord och lämnar utrymme till läsarens egna tolkningar och fantasiförmåga. Den avancerade berättarkonsten gör frågan om berättelsernas autencitet ointressant. Man kan till och med säga att bokens litterära värde skulle öka om det hela handlade om påhittade historier och saknade samband med författarens förstahandserfarenhet.

Författaren bygger en bro i sina tankar och funderingar mellan Baku, Havana, Moskva och hela västvärlden och inför en ny dimension i den globala världens pågående diskussioner om frihet och demokrati. Hans plats i den nya världens heta debatter känns given och naturlig. 

Democracy stores:

 Yaddas lepirleri 1Förordet till den här boken är undertecknat av Pr. Jamil Hasanli, en känd historiker som är en av de få forskare som haft tillgång till den azerbajdzjanska delen av de sovjetiska arkiven och publicerat en del böcker om de mörka åren på olika språk. I den här boken påminner Vahid Qazis stil mycket om en briljant berättartradition under guldåldern i Azerbajdzjans litteraturhistoria kring förra sekelskiftet. Som exempel kan man nämna en kort essä där vi läser om författarens observationer i samband med hans uppdrag som valobservatör i ett kommunalt val under 1999 i Baku. (Sidorna 40-43) I tre sidor läser vi en berättelse om de praktiska problemen i en ny demokrati där val, det fria ordet, fri rörlighet, friheten att ta kontakt med den fria världen och till och med en stark internationell närvaro av valobservatörer blandas ihop och möter seglivade kvarlevor av det gamla korrupta systemet som överlevt de stora omvälvningarna i Sovjetunionen och Azerbajdzjan.

I en annan intressant essä i den här boken med titeln ”Rätten att tiga” (Sidorna 114-118) utvecklar författaren sina tankar om en grundläggande del av de mänskliga rättigheterna nämligen ”rätten att tiga”. Här tar han upp en av de mörkaste sidorna av de totalitära regimer som tvingar skrämda människor att bryta sin tystnad för att bekräfta regimens lögner.

Själens stad:oblowka I

Den kände poeten Ramis Rovshan har skrivit förordet till den här boken. Den här boken är ämnad att i första hand beskriva nära en miljon azerbajdzjanska människor som var tvungna att lämna sina hem under den väpnade konflikten mellan Armenien och Azerbajdzjan i början på 90-talet. Författaren drar sig bort från Kaukasus tillolika delar av världen, ibland så långt som till Sydafrika och använder sin erfarenhet och sina observationer i samband med en världsomfattande aktivitet för mänskliga rättigheter för att beskriva sin egen sorg  – om den förlorade ungdomen, den förlorade hemstaden och det stora traumat som stavas Karabach och lever kvar än idag efter de 19 år sedan vapnen tystnade. Ett öppet sår i kroppen och själen för den azerbajdzjanska människan och nationen.

Övriga produktioner: Oxumağa davam et

Kuba səfəri ilə bağlı müsahibə

snv31653

«Kubada maşınla adam vurana 15 il iş verirlər, inək vurana 25 il»

Ötən ilin mayında «Media forum» jurnalist Vahid Qazinin Kuba səfərindən fotoreportaj vermişdi. Jurnalist şəkilli söhbətdə Kubanın ictimai-siyasi, sosial-iqtisadi durumundan söz açmış, insan haqları problemindən bəhs etmişdi. Bugünlərdə V.Qazi yenidən Kubada səfərdə olub. Ötən ildən bəri bu ölkədə bir çox dəyişikliklər baş verdiyini, o cümlədən 1959-cu ildən hakimiyyətdə olan Fidel Kastronu dövlət başçısı postunda qardaşı Raul Kastronun əvəz etdiyini nəzərə alaraq həmkarımızla söhbətləşdik.

Görəsən, bir il qabaq fotoreportajına  «Qırmızı ada» (V.Qazi «qırmızı» ifadəsini kommunizm rəmzi kimi işlətmişdi) başlığı qoymuş həmkarımızın indiki təəssüratları hansı rəngdədir?

– Əvvəlki səfərlər dövründə Kubaya Fidel Kastro rəhbərlik edirdi. İndi onu qardaşı Raul əvəzləyib. Lider rotasiyası ölkədə hansısa ciddi dəyişikliyə səbəb olmayıb. Bu ölkənin indiki dövrünü keçmiş SSRİ-nin 80-ci illərinin birinci yarısına bənzətmək olar. Necə ki SSRİ-ni qoca rəhbərlər idarə edir və onlar tez-tez bir-birlərini əvəz edirdilər, indi də Kubada elə bir situasiyadır. İstər Fidel, istərsə də onun varisi Raul kifayət qədər yaşlıdırlar. Bu insanlardan hansısa sosial-iqtisadi-siyasi reformalar həyata keçirmələrini, müəyyən dəyişlikliyə imza atmalarını gözləmək sadəlövlük olardı.

– Bəs Fidel və Raul qardaşlarının fərqi nədir?

Düzdür, bu qardaşlar da bir-birlərindən fərqlənir. Fidel daha teatral insandır. O, saatlarla televiziyadan xalqa müraciət edərək danışmağı xoşlayır, hətta 10 saat nitq deyirdi. Jurnalistlər qarşısında poza verməyi çox sevirdi, konkret bir cavab tələb edən sual ətrafında bəzən saatlarla danışmağın həvəskarı idi. Amma Raul belə deyil, onun mətbuatla danışmaq, özünü göstərmək həvəsi yoxdur.

– Bu səfəriniz zamanı hansı dəyişiklik hiss olundu?

Əsas dəyişiklik polis sisteminin yumşalmasında özünü göstərir və bu hələ Fidel xəstələnəndən başlayıb. O vaxtdan güc strukturlarının işində kifayət qədər yumşalma hiss olunmağa başlayıb. Bunun da bir çox səbəbləri var. Bir neçə il əvvəllə müqayisə etsək görərik ki, təqiblər əvvəlki kimi deyil. Əvvəllər hər hansı bir siyasi məhbusa 20-25 il iş verirdilərsə və o bu müddəti həqiqətən də həbsxanada keçirirdisə, son dövrlər siyasi məhbuslara bu qədər cəza kəssələr belə, onlar 3-5 il yatandan sonra azadlığa çıxa bilir.

Bu ölkə 50 ildir ki, Fidel Kastronun hakimiyyəti altında, eyni zamanda Amerikanın blokadasındadır. Onun ABŞ-la heç bir əlaqəsi yoxdur – nə diplomatik, nə sosial-iqtisadi. Hətta iki ölkə arasında təyyarə uçuşları belə yoxdur. Təsəvvür edin ki, Kastro rejimi bu ölkəni 50 ildir dondurulmuş vəziyyətdə saxlayır. Ölkənin tənəzzüldə yaşadığını hakim dairələr də yaxşı bilir və son 10 ildə bir çox beynəlxalq təşkilatların tələblərini yerinə yetirməyə məcbur olublar. 90-cı illərdən ölkə öz qapısını turistlərin üzünə açıb. Çünki başqa cür mümkün deyil, ölkəni tədricən dəhşətli aclıq bürüyürdü. Hazırda da aclıq davam edir. Təbii ki, bu aclıq Afrikadakı aclıq qədər deyil, amma Kubanın aztəminatlı təbəqəsi aclıq çəkir. Bir var sosial vəziyyətin pis olması, yoxsulluq, bir də var aclıq. Bu adanın xeyli sakini sözün həqiqi mənasında aclıq keçirir, gün ərzində bir dəfə yeməyi güclə çatdırır.

Son altı-yeddi ay ərzində baş verən dəyişikliklərə gəlincə, Kubada təyyarədən düşüb gömrükdən keçəndə, mehmanxanaya daxil olanda insanların münasibətindən, ətrafdakılardan bu dəyişikliyi hiss etmək olur. İndiki hakimiyyət – başda Raul Kastro olmaqla – dünyaya Kubada əsaslı islahatların başlandığını nümayiş etdirmək istəyir. İspandilli mətbuatı izləyərkən belə bir dəyişikliyin baş verməsi haqqında yazılara da rast gəlmək olur. Bu yazılarda hər şey şişirdilir, amma bəzi yeniliklər həqiqətən var. Məsələn, müasir avadanlıqların ölkəyə gətirilməsinə, kompüterdən istifadə olunmasına icazə verilir.

Kompüterdən istifadə edilir, amma hələ internetə sərbəst çıxış mümkün deyil. İnternet tam nəzarət altındadır, ictimai fəallar bəzi xarici ölkə səfirliklərində internetdən istifadə edirlər. Turistlər çoxulduzlu mehmanxanalarda internetdən istifadə edə bilir, o da müəyyən saatlarda.

– Yerlilərlə turistlərə fərq qoyulur?

– Əlbəttə. Fərq qoymaq yumşaq səslənir. Burada iki müxtəlif cəmiyyət mövcuddur. Hökumət bütün imkanlardan istifadə etməklə onların təmas qurmasına mane olur. Təbii ki, buna tam nail olmaq mümkün deyil. Ölkədə iki cür valyuta var: konvertə olunan və konvertə olunmayan. Yerli əhalinin istifadə etdiyi pul başqa valyutaya çevrilə bilməz.

– Bu pullar keyfiyyətinə, formasına görə bir-birlərindən fərqlənirmi?

– Əhalinin işlətdiyi valyutanın materialı çox keyfiyyətsizdir. Bu pulların bir-biri ilə arasındakı məzənnə də fərqlidir. Turstlər üçün olan 1 peso yerli əhalinin işlətdiyi 24 pesoya bərabərdir. Turistlər üçün nəqliyyat da fərqlidir, yerli əhalinin istifadə etdiyi nəqliyyat daha aşağı səviyyəlidir. Əyalətlərdə isə at, ulaq arabalarından daha geniş istifadə olunur. Düzdür, paytaxt Havanada belə arabalara rast gəlinmir, amma əyalətdə yerli əhali ancaq bundan istifadə edir. Ölkənin böyük şəhərlərindən biri Santa Klarada olduq, hətta bu şəhərdə belə arabalara rast gəldik.

– Yerli əhali nə ilə məşğul olur? İqtisadi durumu soruşuram…

– Əvvəllər ölkənin əsas istehsalı şəkər olub. Hələ sovetlər dövründə belə bir ifadə vardı ki, Kuba dünyanın qənd qabıdır. Amma hazırda kənd təsərrüfatı, ümumiyyətlə iqtisadiyyat tamamilə məhv olub. Eşitdiyim rəqəmləri deyirəm, kommunist rejiminin ilk illərində Kubada 5 milyondan çox iribuynuzlu mal-qara olub. Hər kubalıya bir iribuynuzlu düşürmüş. Amma hazırda ölkədə ən delikates yemək mal əti sayılır. Absurd bir haldır: təsəvvür edin, Kubada maşınla adam vurana 15 il iş verirlər, inək basana 25 il. Məncə, bu fakt Kubada gerçək durumdan xəbər verir.

– Yerli əhalinin ovqatı, gələcəyə inamı necədir?

– Fəqlidirlər. Siyasi mübarizə baxımından götürsək, postsovet ölkələrinin vətəndaşlarından xeyli fərqlənirlər. Onlar həyat baxımından, yaşamaq baxımından kifayət qədər optimistdirlər. Statistik göstəricilərə söykənsək, Kubada intihar hallarına rast gəlinmir. Bu bir daha xalqın müsbət emosiyaya malik olmasını göstərir. Amma bu emosianallığı siyasi mübarizəyə aid etmək olmur. Ölkənin ictimai-siyasi məsələləriylə məşğul olan öncülləri, liderlər adanı tərk ediblər. Yəni gələcəyə ümid bəlkə bundan sonra hansısa şəkildə düzələ bilər. Kuba əhalisinin böyük bir hissəsi yalnız ölkəni tərk etmək haqqında fikirləşir. Gənclərlə görüşlərdə şahid oldum ki, onların bu və ya digər şəkildə həyatlarını bu ada ilə qurmaq fikirləri yoxdur.

Əhali sosial vəziyyətin yaxşılaşdırılması, maaşların artırılması, yeni iş yerlərinin açılması haqqında fikirləşir. Kubada ən çox çatışmayan alternativ informasiyadır. Onların yeganə alternativ xəbər alma imkanı – o da müəyyən dairələrə aiddir – ABŞ-ın Florida ştatından translyasiya olunan «Marti» teleradiosudur ki, buna da hamının çıxışı yoxdur. Digər teleradioların hamısı rəsmi kanallardır. Alternativ xəbərin olmaması, yalnız bir ideologiya tərəfindən təbliğatın aparılması insanların zombiləşməsinə gətirib çıxarıb. Onlar belə bir şəraitdə yaşamalarının ilk günahkarı kimi Amerikanı görür, «Nə üçün Amerika bizi blokadada saxlayır? Günahkar bu kapitalist dövlətidir» deyirlər. Onlar düşünmürlər ki, bu problem özümüzlə, bizə rəhbərlik edən hökumətlə bağlı ola bilər. Dediyim bu təsəvvürlər böyük əksəriyyətində var. Fərqli düşünən isə çox az bir qismdir. İnsanlar maaşlarının azlığı ilə razılaşır, hətta bəzi hallarda səhiyyənin, təhsilin pulsuz olmasına görə buna haqq qazandırırlar. Orta aylıq əməkhaqqı 13 dollardır.

– Alternativ teleradiolara qulaq asan təbəqə kimlərdir?

– Əsasən onlar fərqli düşünməyə cəhd edən insanlardır. Desəm ki, böyük bir müxalifət ordusu fəallıq edir, düz olmaz, amma fərqli düşünə bilən insanlar var.

– Belə düşünənlərin lideri, rəhbəri, yaxud aralarında digərlərindən xeyli dərəcədə fərqlənəni varmı?

– Kubada birmənalı şəkildə müxalifət lideri ifadəsi işlətmək mümkün deyil. Orada özünü lider hesab edən, partiya sədri elan edən çoxları var. Amma müxalif qurumların heç biri rəsmi qeydiyyatdan keçməyib, qeyri-formal fəaliyyət göstərirlər. Onların fəaliyyətini gizli də hesab etmək olmur. Sadəcə bilmək olmur ki, onlar necə fəaliyyət göstərirlər, strukturları varmı, yoxmu, fəalları nə qədərdir və sair. Aralarında isə tanınmış şəxslər var, məsələn, Paya deyilən bir keçmiş dissidenti göstərmək olar. O, kifayət qədər nüfuza malikdir. Belə siyasi fəallıq göstərən şəxslər, demək olar ki, 10 il, yaxud daha çox həbsxanada yatıblar.

– Yəqin ki, onların həbsxanaları, oradakı vəziyyət daha acınacaqlıdır…

– Kuba həbsxanaları dünyanın ən dəhşətli zindanlarındandır. Bura düşən adam mütləq xəstəlik tapmalıdır və başqa cür ola bilməz. Oradan sağlam çıxmaq qeyri-mümkündür. Mənim tanıdığım ailələrdən birinin başçısı 3 il həbsxanada yatmaqla həyatı üçün təhlükəli olan dəhşətli bir xəstəlik tapdı.

– Şəhərlərin görkəmi baxımından nə deyə bilərsiniz?

– Paytaxt Havana çox gözəl şəhərdir. Mən Havananı qocalıb qarımış, amma vaxtilə, gəncliyində çox gözəl olduğu şübhə doğurmayan bir qadına bənzədərdim. Paslanmış, kif basmış binaya baxanda hiss edirsən ki, bu paytaxt nə vaxtsa çox gözəl olub. Ciddi əl gəzdirsələr, inanıram ki, vaxt gələcək bu şəhər dünyanın ən gözəl şəhərləri sırasına qayıdacaq.

Ölkə Karib dənizinin ortasında yerləşir və başdan-başa turistlər üçün maraq doğura bilər. Mehmanxanalarda servisin aşağı səviyyədə olması, şəraitin olmaması turizmin də inkişafını əngəlləyir. Qurmaq, yaratmaq, müasirləşdirmək lazımdır, bu da Kastro hakimiyyətinin, bu rejimin işi deyil.

– Bir il əvvəlki fotorepartajınızdakı qəhrəmanlarla bu dəfə görüşə bildinizmi? Onlar necədirlər?

Gisellanın həyat yoldaşı həbsxanadan azad olub. Bayaq xəstəlik tapan məhbus dedikdə onu nəzərdə tuturdum. Ağır xəstədir. Xanımı ilə birgə İspaniyaya gedib, orada müalicə alır. Onlara ölkəni tərk etməyə icazə verdilər. Qızı Giselle isə Meksikaya ərə getdi. Onlar yenidən Kubaya qayıdacaqlar, mübarizəni davam etdirəcəklər. Bu adamlar vətənlərində yaşamağı özlərinə borc bilirlər, onlar fikirləşirlər ki, mübarizəni yalnız ölkənin daxilində aparmaq lazımdır.

– Maraqlıdır, sadə kubalıların Kastrolara münasibəti necədir? Xalq sevgisi deyilən bir məfhum var, bu onlarda sezilirdimi?

Sovet İttifaqında Brejnevə sevgi var idi? Mən Stalinlə müqayisə etmirəm, Stalinə xalq sevgisi olub. Amma Brejnevə yox. Kastrolara da eləcə, belə bir sevgi yoxdur. Mən görüşdüyümüz sadə adamlara məqsədli şəkildə belə suallar verirdim. Onlar artıq boğaza qədər doyublar.

– Ötən söhbətinizdə maraqlı bir çox məsələlər var idi. Məsələn, peyk antenləri haqqında, sabunun, şampunun, yuyucu tozun tapılmaması haqqında. İndi bu baxımdan vəziyyət necədir?

Dünyanın hər yerində olduğu kimi, Kubada da «qara bazar» deyilən yer var. Bu antenlərın quraşdırılması ilə məşğul olan xüsusi adamlar var ki, ən yaxın və inanılmış adamlarla əlaqə saxlayıb onlar üçün bunu quraşdırırlar. Amma vaxtaşırı hökumət nümayəndələri xüsusi qurğu vasitəsilə onları tapır və sahibini cəzalandırır.

Sabuna, şampuna gəlincə, ölkədə azad bazar olmadığından, həmçinin yerli istehsalın yoxluğundan qıtlıq hökm sürür. Hər yerdə müəyyən limit var. Ölkənin ən böyük supermarketinə girdim. Təxmini saydım ki, mağazada cəmi 30-35 adda mal var. Onu da nəzərə alaq ki, bu mağazadan ölkəyə gələn turistlər istifadə edirlər.

– Amerika okeanın o tayından bu tayına əl uzadır – Əfqanıstan, İraq, İran… Amma bir qədər bəsit desək, burnunun ucundakı ölkəyə daxil ola bilmir. Bunun sirri nədədir? Sizcə, ABŞ kimi nəhəng bir dövlətin qonşuluğunda Kubada kommunist bir quruluş nəyin hesabına qorunub saxlanıla bilib?

Sözsüz, Kubada rejimin dəyişilməsini Amerika da istəyir. Dəfələrlə Fidel Kastroya sui-qəsd olub və onun çoxunu Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi edib. Amma hamısı nəticəsiz qalıb.

İkincisi, belə düşünürəm ki, Kuba mübahisəli geosiyasi məkanda deyil, birmənalı şəkildə Amerikanın maraq dairəsinə aid olan regiondadır. Amerika Kubanı özü üçün ciddi problem saymır. Kuba elə bir ölkə deyil ki, ABŞ-a hansısa formada təsir etmək imkanına malik olsun. Amma bu o demək deyil ki, ABŞ bu ölkədə rejimin dəyişməsinə çalışmır. Nəzər alın ki, Filorida ştatında 2 milyona yaxın kubalı miqrant yaşayır. Onların bəziləri ABŞ vətəndaşlığı alsalar da, öz vətənlərinə qayıtmaq, orada ömürlərini başa vurmaq istəyirlər. Onlar da böyük işlər görürlər ki, hakimiyyət dəyişkliyi olsun.

– Bəs bir gün ABŞ özü Kubaya qarşı blokadanın olmadığını, götürüldüyünü desə, nə hadisə baş verə bilər?

Yaşlı kubalılar hesab edir ki, blokada götürülməməlidir. Onlar düşünürlər ki, blokada götürülsə, rejim daha da güclənəcək. Amma gənc nəsil əksini deyir. Onlar blokadanın götürülməsinin tərəfdarıdırlar. Bir maraqlı nüans da var ki, hökumət ABŞ-ı özünə düşmən bilir, amma əhalinin bu ölkədəki qohumları ilə əlaqəsinə göz yumur.

– Nə üçün?

Ona görə ki, əhalinin müəyyən kəsimi həmin qohumlarından gələn pulun hesabına yaşayır, ölkəyə həmin insanların hesabına valyuta axır. Ölkənin dolanışığı turizmdəndirsə, sadə vətəndaşlar da xaricdəki, əsasən də ABŞ-dakı qohumlarından gələn pulun, yardımın hesabına dolanır.

– Fidel kimi Raul da çox yaşlıdır. Kubalıların belə bir sualı varmı ki, Rauldan sonra hakimiyyətə kim gələ bilər?

– Bəli, kubalılar bu haqda düşünürlər. Orada hakimiyyət daxilində ciddi mübarizə gedir, islahata meyllilər və konservatorlar mövcuddur. Amma bu barədə əhalinin məlumatı yoxdur. Elə sovetlər dövrünü yadımıza salaq. Kim deyə bilərdi ki, Brejnev öləndən sonra onun yerinə kim çıxacaq? Kubada da vəziyyət belədir. Müəyyən sxem üzrə bəzi hüquq müdafiəçiləri, müstəqil jurnalistlər düşünürlər ki, hakim elitanın gənc nümayəndələri hakimiyyətə iddialı ola bilər. Kuba Kommunist Partiyası gənclər bölməsinin rəhbərinin adı hallanır. Mənim qənaətim odur ki, Kubanın gələcəyi hazırda müxalifətdə olan insanlarda deyil. Yaxın gələcəkdə ölkə rəhbərliyinə hazırda iqtidarda olan və yeniliyə meylli islatatçılarla Mayamidəki diasporun sintezindən yaranmış bir elita gələ bilər.

– Kubaya etdiyiniz bu səfərlərdən sonra bu ölkənin gələcəyi haqqında qənaətiniz necədir? Kuba hara gedir?

– Çətin sualdır. Bu tip ölkələr hara gediblər? Mərkəzi Avropa ölkələri, Soveti İttifaqı hara getdi?! Kubalıları bizim təcrübəmiz çox maraqlandırır. Onlar mübarizə dolu filmlərə baxmaq istəyirlər. Onları Şərqi Avropa ölkələrinin mübarizə tarixi çox maraqlandırır. Bizdə olan cəmiyyət dəyişikliyinin necə olduğuyla, hansı problemlərlə üzləşdiyimizlə, onları necə həll etdiyimizlə çox maraqlanırlar. Onlar iki şey haqqında düşünürlər, ya ABŞ kimi açıq tipli demokratik cəmiyyətin qurulmasını istəyirlər, ya da fikiləşirlər ki, səmt Çin yoludur. Onlar fikirləşirlər ki, Kommunist Partiyası hakimiyyətdə qalacaq, amma müəyyən sosial-iqtiadi islahatların həyata keçirilməsinə, reformaların aparılmasına icazə veriləcək. Söhbət etdiyim fərqli düşüncə sahibləri daha çox Çin mobelinə üstünlük verdiklərini deyirdilər. Nəyin necə olacağını demək çətindir, amma bir şey gün kimi aydındır ki, Kuba artıq keçid dövrü ərəfəsində olan bir ölkədir.

“Mediaforum”

21 aprel 2008