“Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?”

 

mustafa hacibeyli

Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?

Mustafa Hacıbəylini prokurorluqda beş gün sorğu-suala tutublar. Deyir, o gün lap 11 saat dindiriblər. Dünən də redaktoru olduğu Bastainfo.com saytının əməkdaşlarını çək-çevir ediblər.

Nə öyrənmək istəyiblər Mustafadan? Güman edə bilərəm! İnsan azadlıqlarından hürkən siyasi sistemlərdə müstəntiq jurnalistdən, siyasi, ictimai fəaldan nə soruşursa, elə onu soruşublar.

Amma nəyi xəbər almadıqlarını dəqiq bilirəm! Ondan soruşmayıblar: “Şuşada aldığın güllə yarası sağaldımı?”,  “Qarabağ qazisi – üçüncü qrup əlil kimi aldığın 70 manat pensiya balalarının çörək pulu edirmi?” Oxumağa davam et

Ölkənin işığı sönərsə… İsveç nümunəsi

Bir neçə ay əvvəl evə məktub gəlmişdi. Məktubda elektrik böhranı da daxil İsveçdə fövqəladə hallar olacağı təqdirdə adamların nə etməli olduqları izah edilirdi. Azərbaycanda yaşanan elektrik böhranı o məktubu yadıma saldı. Axşam Uğura dedim ki, bu haqda bir balaca yazı yazsın. Səhər gördüm e-poçtuma bunu göndərib. Onun yazdığına yüngül əl gəzdirib, bloqumda dərc etdim.

Vahid Qazi

 elektrit krizisi

Ölkənin işığı sönərsə

 İsveç nümunəsi

Oxumağa davam et

14 yaşlı Vahid Qazıyevin dünya çempionatından reportajı

Bildresultat för 1982 ссср Брази́лия

Düz 36 il əvvəl, 14 iyun 1982-ci ildə SSRİ-nin Braziliya ilə futbol üzrə dünya çempionatında oynadığı oyun bu günədək mənim futbola azərkeşliyimin ən yadda qalan görüşü oldu. Həmin oyundan və o oyun keçirilən vaxt SSRİ-nin ucqar bir şəhərində yaşananlardan 14 yaşlı Vahid Qazıyevin “reportajını” dərc edirəm.

Ağ gecənin yuxusu

“Ruhlar şəhəri”dən

Oxumağa davam et

Filli-pələngli Seylondan pürrəngi foto-reportaj

“Şəhərlər və ölkələr” silsiləsindən

cay yigimi

Şri-Lanka gözəlləməsi

Filli-pələngli Seylondan pürrəngi foto-reportaj

Desəm, bəlkə də inanmayacaqsınız, amma düz sözümdü, inanın, təmiz ürəklə etiraf edirəm: indiyədək gəzdiyim şəhərlər içində, nə bilim, Paris, London, Nyu-York olsun, heç biri uşaq vaxtı Ağdamdan Bakıya elədiyim səfərlərin yerini verməyib! Oxumağa davam et

Vahid Qazi ger ut modern brevroman

vahid BLT

Vahid Qazi ger ut modern brevroman

  • Äntligen har Vahid Qazi i Karlskrona fått en bok översatt till svenska.
  • Den har kommit till under lång tid, men är samtidigt aktuell.
  • Den handlar bland annat om hur vi har möjlighet att skapa egna världar på nätet, där vi söker gemenskap.

LİTTERATUR. Vahid Qazi är en ovanlig Karlskronabo: författare och journalist som kommer från Azerbajdzjan och sedan flera år nu bor i örlogsstaden med sin familj. Han är en uppenbart intellektuell person, sedan länge förespråkare för mänskliga rättigheter. De som tänker som han har inte alltid haft det lätt i det postsovjetiska Kaukasus.

Hans verken är översatta till ryska, engelska, ukrainska, lettiska, polska, turkiska och svenska. Det är både skönlitteratur och fakta, bland annat en bok om Kuba som han har besökt. Oxumağa davam et

Erməni inqilabı, 12 may mitinqi və Qarabağ

a84d6974-9c8d-48d6-8714-871e99fec348-2060x1236

Erməni inqilabı, 12 may mitinqi və Qarabağ

“…Qarabağı geri almaq sizə asan olmayacaq. Azərbaycanın siması ilbəil pisə doğru dəyişir. Avtoritarizmə yönəlik hər addım sizi Qarabağdan uzaqlaşdırır. Demokratik ölkə qura bilməsəniz kimsə orada yaşamaq istəməyəcək. Beynəlxalq ictimaiyyət sizi dəstəkləməyəcək”.

Bu sözləri ötən il bir avropalı jurnalist dostum demişdi. Onunla görüş təəssüratımı “Solovyov, Petruşka və acı Qarabağ həqiqəti” yazısında yazmışam, ürək ağrısıyla.

***

Dünən erməni xalqı bütün dünyaya öz iradəsini nümayiş etdirdi – demokratiya mücadiləsində istəyinə çatdı! Oxumağa davam et

Söymək haqqı – sonuncu insan hüququ

Protesters kicking Donald trump Butt

Söymək haqqı – sonuncu insan hüququ

Mənim bir dostum var. Tanıdığım ən əxlaqlı adamdır. Əxlaq deyəndə tək məişət etikasından danışmıram, bizim dar mənada qavradığımız namus-qeyrəti də demirəm. Vətəndaş mövqeli, ictimai əxlaqlı olmağı deyirəm. Oxumağa davam et

Maldiv – Yer üzünün cənnəti

“Ölkələr və şəhərlər” silsiləsindən

20180113_124942

Maldiv – Yer üzünün cənnəti

Mərcan adalarından foto-reportaj

Qışın oğlan çağı Maldiv adalarına səfər hazırlığı günlərində ağlımda tək olan şey isti Hind okeanı sularında üzüb ”sümük qızdıran” qumluqda özümü günə vermək idi, ayrı heç nə.

Bilirəm, soyuq havada elə hamının könlündən isti yer keçir. Dini kitabların yazdığı cənnət də elə adamların kölnündən keçən yerlərin təsviridi, başqa bir şey deyil. Günü günəş altında ötən insanlar sərin bulaqlı meşə-çəmən arzuladığı kimi soyuq yerin adamı da isti qumu, palması olan dəniz sahilini cənnət hesab edir. Oxumağa davam et

Qarabağ davasının 30-cu il dönümü

Fevralın 21-də Qarabağ uğrunda hərəkatın 30 ili tamam olur. 1988-ci ilin həmin günündə Ağdamda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbiylə ermənilərin bir həftə öncə Xankəndidə keçirdiyi mitinqə mitinqlə cavab verildi. Şəhər meydanında toplanan izdiham səhəri günü Xankəndinə yürüş edən insan selinə çevrildi. İlk qurbanları – Əli və Bəxtiyarı da o yürüşdə Əskəran qalası yaxınlığında verdik.

Olaylara 30 illik məsafə bucağından baxası bir yazı qaralamaq istədim. Bu günkü məğlub durumun başlıca səbəblərindən biri – mənə görə ən birincisi haqda altı il qabaq yazdığım “Azadlıq qiymətinə foto” yazısını bu gün də aktual hesab etdim.

20 fevral 2018

agdam 21 fevral 1988

Ağdam. 21 fevral 1988

Azadlıq qiymətinə foto

Oxumağa davam et

Auşvitsə çatmayan qatar

“Ata, bu yazıya ad qoyarsan?”. Kiçik qızım Ayan e-mail ünvanıma bu sözləri yazıb, qoşmada mənə bir hekayə göndərib. Oxuyan kimi xatırladım. Onu bir il qabaq isveçcə oxumuşdum. O vaxt ona 27 yanvar Holokost – Yəhudi Soyqırımını Beynəlxalq Anım günü münasibətiylə məktəbdə hekayə yazmaq tapşırığı vermişdilər. Onun bu hekayəsi sinifdə ən yaxşı yazılardan sayılmış, yüksək qiymət almışdı. Onda demişdim ki, bunu öz dilimizdə də yazsın. Açığı, bir il sonra onun mənə belə sürpriz edəcəyini gözləmirdim, çünki o söhbəti unutmuşdum. O isə unutmayıbmış…

Oxudum, bəyəndim və bloqumda dərc etməyə onu razı saldım.

ausvits hebs dusergesinde

Auşvitsə çatmayan qatar

Yuxudan dik atılaraq durdu. Arvadı onu həyəcanla qəfil oyatdı. Təcili işə çağırırmışlar.

Tez əynini geyindi, yemək də yeməyə çatdırmadı, sağollaşıb çıxdı. Stansiyaya gedəndə yolboyu bu dəfə qatarı hara sürəcəyini düşünürdü. Volfqanq maşınisdir. Ona anasının laylasını xatırladan qatarların təkər səsini dinləmək işindən aldığı zövqlərdən biridi. Bu peşə onun uşaqlıq xəyalıydı.

O, Avropanın cürbəcür şəhərlərinə qatar sürüb, Berlinə, Parisə, Hamburqa, Vyanaya. Bu gün yol onu hara aparacaq, bilmirdi.

Depoda ona gedəcəyi yerin adı yazılan gediş kağızını verəndə bir anda dondu. Yazı makinası ilə ağ kağızda bu sözlər yazılmışdı: ”FK Auschwitz Birkenau”. Oxumağa davam et