İrena

“Adamlar və kitablar” silsiləsindən

Irena Lasota

 

İrena

1998-ci ilin 12 sentyabrında müxalif fəalların Bakı küçələrində “Azadlıq!” hayqırtısı polisin vahiməli uğultusunu batıranda mən ona azadlıq ruhumuzun hələ qırılmadığını inamla söyləyirdim.

Əsas hadisələrin orada cərəyan edəcəyini bildiyimdən maşını Milli Bankın köhnə binasıyla üzbəüz saxlamışdım. Oxumağa davam et

Sözün nifrət çaları

Sözün nifrət çaları

Vahid Qazi

Saytlardakı sayğaclar sizi aldatmasın, ən çox oxunan model qız şəkilli yazılar deyil. Belə yazılar oxumaq yox, baxmaq üçün açılır. Ən çox oxunan hökuməti, xüsusən onun zirvəsində qərar tutanların gizlinlərinə işıq tutan yazılardı. Oxucunu şəklin lütü yox, sözün çılpağı cəlb edir. Bu gün “qızıl xırdalasa” belə, çılpaq, yəni müxalif sözdən kənar kəsərli kəlmə yoxdu. Sanki söz yalnız hakimiyyət sahiblərini tənqid hesabına öz qüdrətini saxlayır. Oxumağa davam et

Şərq hüzuru

Şərq hüzuru

“Yaddaş ləpirləri” silsiləsindən

Bir yağışlıq canı olan əhəngi yol kənarı boyu düzülmüş daşlara sürtən fəhləyə göstərişlərini verib parkın ortasında yenicə tikilmiş fontana döğru getdi. Əvvəlki adı və görünüşü dəyişdirilən parkın 40 yaşı vardı. Təzəcə əkilmiş, yerli təbiətə yad ağaclar “Sevil” tamaşasında möhtərəm qonaqlara təqdim etmək üçün Balaşın qiyafəsini dəyişdirdiyi atasını xatırladırdı. Oxumağa davam et

İbrahimbəyovun qorxulu kinosu

 

İbrahimbəyovun qorxulu kinosu

Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik elədiyi dönəm özündən əvvəl uzun illər Azərbaycan kommunistlərinin lideri olmuş siyasi rəqibini cürbəcür intriqalarla Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov kimi dünya çaplı sənətkarların arasını vurmaqda ittiham eləmişdi. O vaxtdan təkzib edilməyən bu ittiham düzdürsə, güman etmək olar ki, mədəniyyətimizin başqa sahələrində də bu cür siyasət aparılıb.

Avtokrat idarəetmə metoduna xas bu cür siyasətlərin məqsədi aydındı: ayrı-ayrı nüfuz sahiblərinin birləşib güc mərkəzinə çevrilməsinə imkan verilməməlidi. Rüstəm İbrahimbəyovun başçılıq elədiyi təşkilatla eyni adda ikinci Kinematoqrafçılar İttifaqının yaradılması xəbərini oxuyanda yadıma Vəzirovun həmin sözləri düşdü. Heç nə dəyişməyib! Demək, yenə sənətkarlar üz-üzə qoyulur. Oxumağa davam et

Vətənim Yalandiya

Vətənim Yalandiya

Vahid Qazi

Deyirlər həqiqət acı, yalan şirin olur. Belədirsə, niyə Matfey “Yevangeliya”sında yazırdı ki, dualarında yalnız həqiqət istə… İnsanlara Allahdan acı bir şey istəməyi necə tövsiyə edirdi? Məgər o bilmirdi ki, insan təbiətcə hər şeyin şirinini sevəndi?

Qəliz sualdı! Cavabı elə dünyanın sirrini bilmək kimidi. Bəlkə də müqəddəs kitabların hikməti bundadı, nə biləsən… Oxumağa davam et

Yaratmaq azadlığı


TOPLUM - Yaz 2012

Yaratmaq azadlığı

“Toplum” jurnalının Yaz-2012 sayına redaktor yazısı yerinə

Vahid Qazi

Diqqətli oxucu jurnalın Yaz-2012 sayında əksər yazıların yaradıcılıq azadlığından bəhs etdiyini tez fərq edəcək. Mənsə nömrəyə başqa bir mövzuda yazmışdım. Adı “İşğalçılar”dı. Məqalə o biri müəllif yazılarının mövzu buketinə tam uyuşmadığından öz bloqumda dərc edəsi oldum. Orda yazmışdım ki, “Qarabağda yaşamaq haqqı ilə Azərbaycanın başqa yerlərində azad, xoşbəxt, rifah içində, ədalət harmoniyasında yaşamaq haqqımız eynidi! Bu haqqı Qarabağda erməni ordusu, Bakıda, Qubada, Sabirabadda, Naxçıvanda Azərbaycan əli silahlısı boğursa, demək, bütöv ölkədə torpağımız, azadlığımız, ləyaqətimiz, nəhayət, arzu və xəyallarımız da işğal olunub! …Xalq üçün fərqi yoxdu, işğalçı elə işğalçıdı”. Oxumağa davam et

İşğalçılar

lenin trotski

İşğalçılar

1994-cü ilin 12 mayında “Bişkek protokolu”nu imzalayan Azərbaycan rəsmiləri müqaviləni qələbə sənədiymiş kimi təqdim eləyəndə, ölkənin kənd və şəhərlərində, küçə və tinlərində, çayxana və məclislərində müzakirələr açılanda, mən o sənədi Leninin 1918-ci ildə qollatdığı “Brest sülhü”nə bənzədənlərlə bir yerdəydim. TV-lərə baxanda elə bilirdin, Trotski dirilib özünün məşhur şüarını təkrarlayırdı: “Biz müharibəni dayandırır, sülh bağlayır, ordunu buraxırıq!” Oxumağa davam et

2 + 2 = 5

“Adamlar və kitablar” silsiləsindən

1984-orwell-web

2 + 2 = 5

Corc Oruellin “1984” romanı haqda

      “Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”. C. Oruell

150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr olunan kitabların tərtibat və poliqrafiya keyfiyyətinə söz yoxdu. Aşağı səviyyəli tərcümələr barədə fikrimi bəzi müəlliflərin özünə dediyimdən burda yazmağa ehtiyac duymuram. Amma yaddaqalan tərcümələr də az deyil, hazırkı yazının mövzusu bu olmadığından bəyəndiklərimdən yalnız ikisini qeyd edəcəm. Oxumağa davam et

İstiqlal cəfakeşi

İstiqlal cəfakeşi

(Arif Hacılının 50 yaşına)

Vahid Qazi

Səhər “Facebook”dakı səhifəmə “Azadlıqda olub məhbus ömrü yaşayanlar üçün ömürlük həbsə məhkum bir insandakı həyat eşqi hadisə deyilmi?” yazanda məhbus zabitimiz Ramil Səfərovun Macarıstan türməsində tərcümə elədiyi “Pal küçəsinin oğlanları” əsərinin təsirindəydim. Elə bilirdim ki, bu saat körpə Nemeçeki qollarımın üstünə alıb uğrunda öldüyü Meydançanı son dəfə görsün deyə ora aparacam və bununla bəlkə də həyatımda Allaha xoş gedəsi ən doğru hərəkətimi etmiş olacam. Əsərin qəhrəmanlarını uşaqlığımın məhlə oğlanları, müəllifini də macar yazıçısı yox, Ramilin özü kimi qəbul eləmişdim. Oxumağa davam et

“Ayna” qəzetinə müsahibə

Azerbaycan ve Avropa birliyi inteqrasiya ucun effektiv emekdashliq mexanizmleri movzusunda deyirmi masa

“Bizə deyirlər, öz dövlətinizi özünüz təhrik edin, danışıqlara gətirin”

“Rusiyanın Şərq Tərəfdaşlığı Proqramına şübhəli yanaşması proqramda iştirakı imitasiyaya çevirməyə bəhanə olmamalıdır”. Müsahibimiz Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin (AAMİK) həmsədri Vahid Qazidir.

 

Həm coğrafi, həm də mentalitet baxımdan şərqli olsaq da Avropa məkanına üz tutmuşuq. Avropanın siyasi, ictimai, mədəni institutlarında təmsil olunuruq. Avropa bağlantılarımız nə qədər güclüdür?

Azərbaycanın Avropa ilə ilk ciddi tanışlığı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşanmış sənaye kapitalizmi dövrünə təsadüf edir. O dövrüm neft bumu ölkəyə güclü Avropa investisiyası ilə birlikdə siyasi plüralizm, liberal dəyərlər də gətirdi, Avropa təhsili görmüş yerli intellektuallarımızın yetişməsinə səbəb oldu. Milli istiqlalçılarımız dünyanın inkişaf yolunun Avropanın mədəni, hüquqi, siyasi sistemindən keçdiyini dərk etdilər, yüzillərlə formalaşmış beynəlmiləlçi ümmətçilik yerinə milli məfkurə təklif etdilər. Müsəlman Şərqində ilk demokratik respublikası elə həmin ziyalıların təfəkkürünün və əməyinin bəhrəsi idi. Oxumağa davam et