Səfəvi səfillər

“Adamlar və kitablar” silsilsindən

Səfəvi səfillər

Güntay Gəncalpın “Səfəvilər” kitabı haqda

Məktəb vaxtı ilk yol “səfəvilər” sözünü “səfillər” kimi oxumuşdum. Nə qədər qəribə görünsə də, dilimin dolaşmasına səbəb Viktor Hüqonun “Səfillər” romanıydı. Bu o vaxtlar idi ki, evdə hara baxsan atamın sevimli kitabına rast gələrdin, qalın, ağır üçcildliyi hər yanda görərdin; çarpayı üstündə, divan başında, kitab rəfində.

Güntay Gəncalpın “Səfəvilər” kitabını oxuyanda uşaqlıq çağın həmin çaşması yadıma düşdü. “Səfəvilər” – “Səfillər”! Belədə tələffüzündə, hərf düzülüşündə yaxınlığı olan adi sözlərdi. Amma… Oxumağa davam et

18 sentyabr Tanrı ərmağanı

18 sentyabr Tanrı ərmağanı

Üzeyir Hacıbəyovun doğum gününə bir yazı yazmaq istəyindəydim. Onun “Şuşa yolu” hekayətindən başlayacaqdım. Çoxdan oxumuşdum. Özünün Yevlaxda “kukuşka”dan düşüb faytonla Şuşaya getməyindən yazıb. Üzeyir bəyin faytonu Tərtər çayında ilişən kimi mənim də yazım elə ilk cümlədən tilsimə düşmüşdü, dalı gəlmirdi. “Azərbaycan tarixindən Üzeyir Hacıbəyov çıxılsa nə boyda boşluq yaranar?” kimi fikirlər xəyalımı gedər-gəlməzə elə aparmışdı ki, ta qayıdana oxşamırdı. Bu insanı anmayıb bloqumun “gündəlik”ində 18 sentyabr tarixini boş saxlamaq istəmirdim. Elə bu dəm böyük bəstəkarın həm bəstəkar, həm də publisist kimi istedadlı davamçısı dadıma çatdı. Oxumağa davam et

15 sentyabr və Nuru Paşa: təzadlarla dolu tarix

15 sentyabr: iki fərqli tarix

Nuru Paşanın komandan olduğu Qafqaz Türk-İslam ordusunun Bakını rus-erməni hərbçilərindən azad elədiyi 15 sentyabr 1918-ci il tarixi nə qədər fəxarətə layiq, qəlbi riqqətə gətirən gündürsə, 1826-cı ilin 15 sentyabrı Azərbaycan şəhzadəsi Abbas Mirzənin Gəncəni ruslardan geri almaq uğrunda faciəli məğlubiyyəti bir o qədər ürək paralayan hadisədi. Sonuncu hadisə Əminə Pakrəvanın “Abbas Mirzə və Azərbaycan” kitabında dolğun təsvir olunub: “Abbas Mirzənin 1826-cı ildə Gəncəni ruslardan geri almaq cəhdi dəhşətli məğlubiyyətlə nəticələndi”.

                                                  Fətəli şаh оğlu Аbbаs Mirzə

Nuru Paşa: iki fərqli şəxs

1918-ci ilin 15 sentyabrında Bakını xilas edən ordunun önündə olanda da, 1920-ci ilin 28 aprelində Bakıya girən işğalçı XI Qızıl Ordunun qabağında gələndə də Nuru Paşa təmsil elədiyi dövlətə sadiq idi. Həmidə xanım Cavanşır “Xatirələrim”də belə yazır: “Aprelin sonlarında söhbət gəzdi ki, bolşeviklər döyüşsüz Bakıya giriblər. Bu, bizi təəccübləndirmədi. Mirzə Cəlil poçtu götürmək və evə lazım olan ərzağı almaq üçün tez-tez Ağdama gedirdi. Orada Bakıdan gələnlərdən öyrənmişdi ki, bolşevikləri Azərbaycana türklərin nümayəndələri gətirmişlər. Onlardan biri də ünlü Ənvər paşanın qardaşı Nuru paşadır… Nuru paşa hər yerdə xalq toplantısı çağıraraq bolşevikləri mədh edən nitqlər söyləyirdi. Mirzə Cəlil onunla Ağdamda tanış olmuşdu… kəndə dincəlməyə dəvət edir və onlar birlikdə gəlirlər”.

                                     Nuru paşa və Qafqaz Türk-İslam ordusu

Unutmayasan, nəticə çıxara biləsən, zaman tarixi anlamağa ən uğurlu vasitədi.

15 sentyabrımız mübarək!

15 sentyabr 2012

Irena

Irena gozel

 Irena

By Vahid Gazi

On September 12, 1998, when opposition activists’ “Freedom!” chanting in the streets of Baku overwhelmed fearsome noises of the police, I was assuredly telling her that liberation nature of our soul has not broken, yet.Irena mikrafon

Knowing that main events will take place there, I had parked my car in front of the National Bank’s old building.

The crowd was like a sea wave; it was moving back and forth. We were getting into car during police stormed, and when a wave of protesters was moving forward we were taking photos from the tops of cars. Unfortunately, now I don’t have any of those photos, otherwise I would have posted them, which would be appropriate. Oxumağa davam et

İrena

“Adamlar və kitablar” silsiləsindən

Irena Lasota

 

İrena

1998-ci ilin 12 sentyabrında müxalif fəalların Bakı küçələrində “Azadlıq!” hayqırtısı polisin vahiməli uğultusunu batıranda mən ona azadlıq ruhumuzun hələ qırılmadığını inamla söyləyirdim.

Əsas hadisələrin orada cərəyan edəcəyini bildiyimdən maşını Milli Bankın köhnə binasıyla üzbəüz saxlamışdım. Oxumağa davam et

Acalovun əcəli

Acalovun əcəli

(Aydın Acalova həsr olunur)

Aydın Acalovla çox situasiyalarda bir yerdə olmuşam: dinc yürüşdə, icazəsiz mitinqdə, xarici səfərdə, qatarda, süfrə başında və s. Xoşbəxt olması üçün qatar kupesindəki balaca süfrəyə sığacaq qədər səmimi ünsiyyət bəs idi. Gör Azərbaycan boyda yerin xoşbəxtliyi neylərdi onu…

Buludlar cürbəcürdü: yaxından keçəni var, bir anda yağıb boşalır; özü üçün axanı var, kölgəsiz filan. Biri də var –  yerin-göyün nəmini çəkən uzaq mənzilli buludlar. Xalqın qəmini çəkənlər də belədi, yolun uzağıdı qismətləri.

Yadımda xoş sürprizləriylə qalacaq. Sonuncu sürprizi xoş olmadı amma.

Allah özünü rəhmətə qovuşdursun, istəklərini mənzil başına çatdırsın!

Budapeşt türməsindən zəng

Budapeşt türməsindən zəng

Ramil Səfərova

Ötən həftə Ramil Səfərov zəng eləmişdi. Həbsxanada kitablarımı oxuyubmuş. Elə buna görə zəng edib. 3 dəqiqəlik söhbətdə elə bildim 30 ilin tanışıyıq. Səs tembri həyasının, sözləri intellektinin böyüklüyündən xəbər verirdi. Anladığım qədər ən çox bəyəndiyi “Çamayra. Kuba dəftəri” olub. Diqqətinə heyran qaldım!

Tərcümə elədiyi “Pal küçəsinin oğlanları” əsərini oxuyandan sonra əvvəlki facebook səhifəmdə bu sözləri yazmışdım: “Azadlıqda olub məhbus ömrü yaşayanlar üçün ömürlük həbsə məhkum bir insandakı azadlıq eşqi Hadisə deyilmi?” Suala indi cavab aldım: “Hadisəymiş!”

Sabahdan ömrünün 35-ci ilinə başlayacaq. 9 ili qərib ölkənin həbsxanasında keçən ömrün.

Doğum gününü təbrik edirəm! Bir gün azad olacaqsan. Bunu arzulayıram, buna inanıram! Bilirəm, ona əli çatan, kitablarımı ona aparan Dostum bu yazını da oxuyacaq, arzu və inamımı ona deyəcək.

Vahid Qazi

24 avqust 2012

Burserid, İsveç

Azadlıq aşiqi keşiş

Azadlıq aşiqi keşiş

(Kubalı keşiş Xose Konrado haqda)

Bu, Santyaqo-de-Kuba şəhərinin katolik kilsəsində keşiş Xose Konradonun otağında divardan asılan tablolardan biridi. İlk baxışda burada nə çəkildiyini kəsdirə bilmədim, sonra diqqətlə baxanda gördüm ki, heyvanların buynuzu, həşəratların quyruğu, güllərin ləçəyi də  kommunistlərin oraq-çəki simvolu formasındadı. Fotonu çəkəndə tablolar barədə soruşdum, keşiş sadəcə güldü, cavab vermədi. Demək istəyirdi ki, bildiyin şeyi soruşma!

Kommunist ölkəsində başının üstündə antikommunizt şəkil asan din xadiminə valeh olmuşdum. Ömrümdə onun kimi ağıllı ruhani görməmişəm. Bizim molla və axundlarla müqayisə eləmək günah olardı. Çox savadlıydı. Onu dinlədikcə, qarşımda ölkəsinin taleyi, hakimiyyəti, siyasi müxalifəti, diasporu, ictimai kəsimi barədə əsl vicdan ağrısıyla danışan ziyalı bir vətəndaşın olduğunu duyursan.

Ondan ayrılıb taksiyə minəndə dəftərimə bu qeydləri eləmişdim: “Qəhrəmanlıq iqtidarçı olub müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini, müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən çəkinməyəndir. Ən yaxşısı isə bunların heç birindən olmamaqdır, belədə deyəcəyin sözün sərhədlərini özün cızır, ona özün nəzarət edirsən.”

Beş il sonra Konrado Atanı Polşanın Krakov şəhərində “Demokratiyalar İcması”nin 10-cu ildönümünə həsr olunmuş konfransda Hillari Klintonun əlnidən xüsusi mükafat alarkən bir də gördüm. Və bu nurlu kişini onda anladım. Sən demə, dəfələrlə həbs olunan, hər dəfə də Roma Papasının təkidli tələbiylə azad olunan bu adam sadəcə din xadimi deyil, həm də Kuba kimi diktatura ölkəsində insan hüquqlarının yorulmaz müdafiəçisi, böyük azadlıq mücahidiymiş…

Sözün nifrət çaları

Sözün nifrət çaları

Vahid Qazi

Saytlardakı sayğaclar sizi aldatmasın, ən çox oxunan model qız şəkilli yazılar deyil. Belə yazılar oxumaq yox, baxmaq üçün açılır. Ən çox oxunan hökuməti, xüsusən onun zirvəsində qərar tutanların gizlinlərinə işıq tutan yazılardı. Oxucunu şəklin lütü yox, sözün çılpağı cəlb edir. Bu gün “qızıl xırdalasa” belə, çılpaq, yəni müxalif sözdən kənar kəsərli kəlmə yoxdu. Sanki söz yalnız hakimiyyət sahiblərini tənqid hesabına öz qüdrətini saxlayır. Oxumağa davam et

“Dində vətəndaş yox, insan var”.

V.Qazi: “İndi dünya özəyini din təşkil edən imperiyalar yığnağı deyil, milli əsaslara söykənən dövlətlər klubudur”.

– Azərbaycandakı dini tolerantlığı tarixi-mədəni proseslərin, yoxsa islam təfəkkürünün nəticəsi kimi qəbul etmək olar?

 – Tariximizə inansaq, ən böyük dözümsüzlüyü Babək göstərib, İslama qarşı 20 il vuruşub. İslamın özü də “kafir”lərlə dözümlü davranmayıb. Xüsusilə bizim “kafir” olan dövrlərimizdə, “qılınc müsəlmanı” deyilən vaxtlarda. Amma tariximiz başqa dinlərlə müqayisədə öz dininin fərqli təriqətlərinə qarşı daha dözümsüzlük nümunələri ilə zəngindir. Çox qədimlərə getməyək, səmavi dinlərin regiona gəlişindən başlayaq. Qafqazda xristianlığın xəritəsində ən geniş ərazi Albanlara məxsus olub – indiki Şimalı Azərbaycandan xeyli böyük. İndi onun ərazisi Nij boyda kəndə, özü də tamına yox, onun yarısına sığınıb.  Xristianlıq da özündən əvvəlki dini – Zərdüştlüyü sığışdırmışdı. Bir dini sivilizasiya başqa bir dini sivilizasiyaya dözməyib. Xristian Avropası İslama, hətta onun İntibahının kulminasiya dövründə belə (Əndəlus dövləti, Qranada əmirliyi və s. ) dözmədi. Bu hər yerdə belə olub. Bilmirəm, bəlkə belə amansızlığın başqa səbəbləri də var. Bəlkə də bu Allahın bir olmağından qaynaqları, dində təkin bölünməzliyi qəbul olunmur axı.

Bu qədər girişdən sonra da suala birmənalı cavab vermək çətindir. Mənim subyektiv yanaşmam isə cavabı çoğrafi məkanda axtarmağa yönəlib. Bizim coğrafi məkanımız qapalı deyil, açıqdır. “Açıqlıq” bu məkanda yaşayanlara çoxsaylı yenilikləri tez-tez görmək imkanı verib. Karvan yolu kənarında yaşayanla, dağ başında yaşayan adamların yeniliyə münasibəti fərqli olduğu kimi (yeniliyə alışmaq və s.) “açıq məkanda” yaşayan xalqlar da ucqardakılardan yenilik qarşısında daha az heyrətlənəndilər. İkinci nüans isə çoxluğun azlıqdan çəkingən olmamasıdır. Azlıq çoxluğa təhlükə deyil. İslam çoxluğu özünə təhlükə bilmədiyi heç bir başqa dini azlığa dözümsüzlük göstərməyib, əksinə onu qoruyub. Bu gün bizdəki dini zənginlik elə sualda qoyduğunuz hər iki prosesin nəticəsindən qaynaqlanır.  Bizdə istər milli, istərsə də dini tolerantlıq tarixi ənənələrə söykənir. Min illərlə burada yaşayan dini azlığımız da var, son illərdə icmalaşan dini azlıqlarımı da – bunlar da Azərbaycanın dini, mənəvi zənginliyidir. Oxumağa davam et