Bizim sirli-sehrli Güney

Bizim sirli-sehrli Güney

Şah İsmayıl bu gün özünü iranlı sayardı, ya azərbaycanlı?

Qəsdim Xətaidən yazmaq deyil, onun siyasi kimliyi ilə işim yoxdur. Toxunmaq istədiyim məsələyə görə sualı belə qoymağa məcburam.

Oxumağa davam et

Səfəvi səfillər

“Adamlar və kitablar” silsilsindən

Səfəvi səfillər

Güntay Gəncalpın “Səfəvilər” kitabı haqda

Məktəb illərində ilk rastladığımda “səfəvilər” sözünü “səfillər” kimi oxumuşdum. Nə qədər qəribə görünsə də, dilimin dolaşmasına səbəb Viktor Hüqonun “Səfillər” romanıydı. Bu o vaxtlar idi ki, evdə ən çox gözə dəyən atamın sevimli kitabı idi. Qalın, ağır üçcildliyi hər yanda görərdin; masa üstündə, divan başında, kitab rəfində.

Güntay Gəncalpın “Səfəvilər” kitabını oxuyanda uşaqlıq çağın həmin çaşması yadıma düşdü. “Səfəvilər” – “Səfillər”! Belədə tələffüzündə, hərf düzülüşündə yaxınlığı olan adi sözlərdi. Amma… Oxumağa davam et