Azad Qaradərəli. Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi” kitabı haqqında əlüstü qeydlər

“Torpağı gözə dərman…” şəhərin adamının yazdıqları

Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi” kitabı haqqında əlüstü qeydlər

Adamlar var ki, mənimçün imza şəklindədir. Boy-buxunu, xasiyyəti, geyim-keçimiylə imzadır mənimçün. Heç üzünü görmədiyim Murakami, Pelevin, Pol Oster… Bahar Zamanı… Bir də üzünü bir neçə dəfə görsəm də, əslində yaddaşımda iz buraxmayan, yalnız sonralar imza şəklində yaddaşıma daxil olan Vahid Qazi…

Oxumağa davam et

Feysbukda qalan yaddaş ləpirlərim

Feysbukda qalan yaddaş ləpirlərim

Ş ə k i l l i   x a t i r ə l ə r   t o p l u s u

Ön söz

Feysbuk səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli xatirə yazım var. Neçə ildir statuslarla, fotolarla bölüşürəm onları. Xatirə yazıları sosial şəbəkədə maraqla oxunan paylaşımlardandır. İtib batmasın deyə bir yerə yığıb ayrıca fayllarda saxlayırdım. Virtual dünya oxucusunun diqqətini çəkirsə, düşündüm, kitabsevərlərə də maraqlı gələr.

Oxumağa davam et

PERSONA. Kitablar haqqında kitab

PERSONA. Kitablar haqqında kitab

Müəllifdən

Növbəti kitabı bloqumun “Adamlar və kitablar” bölümündəki yazılardan tərtib etmək fikrindəydim. Bu silsilədən olan yazıların bir qismi roman qəhrəmanı olası adamlardan bəhs etdiyi kimi, o biri qisim yazılar da elə o cür insanları əsər personajına çevirən kitablardan danışır.

Toplayıb bir yerə yığanda gördüm həm həcmi böyük çıxır, həm də məna, məqsəd, hədəf baxımdan iki fərqli kitab alınır. Kitablardan bir, adamlardan başqa kitab bağlamaq daha ağlabatan gəldi mənə. Odur ki, “Persona” və “Portret” adlı iki ayrı kitab ərsəyə gətirəsi oldum.

“Persona”ya kitablar haqda yazıları daxil elədim. Yazıların yalnız kitablar haqda olması onların ədəbi tənqid ruhunda təhlil edilməsi anlamına gəlməməlidir. Ədəbi tənqidçi deyiləm. Yalnız ən çox bəyəndiyim kitablardan yazmışam da deyə bilmərəm. Ona qalsa, gərək indiyədək onlarla sevimli kitabdan yazmış olaydım. Burada bəyəndiklərimlə yanaşı, sadəcə mənə yazı mövzusu vermiş kitablardan da söz açmışam. Yəni nə vaxtsa qələm çalmaq istədiyim mövzuya təkan vermişlərdən.

Oxumağa davam et

Bizi özümüzə xatırladan kitab

Bizi özümüzə xatırladan kitab

Bəzən məkanın önəmli olmadığını düşünürsən. Deyirsən əsas – hər zaman sevdiklərimizlə bir arada olmaqdır.

…Həmişə mənə elə gəlir ki, böyüdüyümüz, yaşadığımız evin insan kimi ruhu var, canlıdır. Otaqların, yatdığımız çarpayının, hər səhər şirin çay içdiyimiz mətbəxin, astanasından keçib getdiyimiz qapının, özümüzə bəzək-düzək verdiyimiz aynanın da canı var. Hər guşəsində bizi özümüzə xatırladan anılar…

Oxumağa davam et

Ruhlar şəhəri. Yurd yazıları

Müəllifdən

Hələ çoxdan qərara gəlmişdim ki, “Ruhlar şəhəri”ni bir də nəşr etdirəsi olsam, onu kitabın ilk iki nəşrindən sonra Ağdama həsr etdiyim yazılarla, gündəliyimdə qaraladığım; bəzilərini Facebook səhifəmdə paylaşdığım, bəzilərini jurnalistlərlə söhbətlərdə danışdığım xatirələrlə, kitab haqqında yazılan məqalə, resenziya, məktub, mesaj, şeir, hətta SMS-lərdən seçmələrlə birlikdə nəşr etdirəcəm.

Oxumağa davam et

Facebookda qalan yaddaş ləpirlərim. I hissə

Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun I hissəsinə 2013-2017-ci illərdə yazdıqlarım daxildir.

Oxumağa davam et

“Ruhlar şəhəri” audio kitabı

Ruhlar şəhəri səsli ədəbiyyat

“Ruhlar şəhəri” audio kitabı

Youtube-da yayımlanan “Səsli ədəbiyyat” kanalı “Ruhlar şəhəri”ni audio yazıya alıb. Artıq kitabı əldə edə bilməyənlər, oxumağa vaxtı və imkanı olmayanlar onu audio şəklində dinləyə biləcəklər. Ağdamla bağlı xatirələrimi İlahə Sadıqova səsləndirir. Buyurun dinləyin! Oxumağa davam et