
Süni İntellekt “Çöl Qala”dan yazır
Nəhayət, Yuval Hararinin “Homo deus: Sabahın qısa tarixi” kitabını mən də oxuyub bitirdim. 430 səhifəlik kitabın nədən bəhs etdiyini bir cümlə ilə yazmağımı istəsəydiniz, yəqin, belə yazardım:
“Kitab bəşəriyyətin hardasa 70 min il ərzində təfəkkür, aqrar, elm, sənaye, informasiya inqilablarından sonra yeni dövrə – süni intellekt (Sİ) inqilabı ilə başlayan tamamilə fərqli eraya qədəm qoymasından, o erada insanın güman olunan rolundan (rolsuzluğundan) danışır”.
Kitabın nəşrindən 10 il sonra Sİ haqqında “həm böyük imkanlar, həm də ciddi təhlükələr” deyən İlon Mask, Bill Qeyts kimi müasir texnologiya investorlarının müsahibələrini dinləyəndə isə kitabda sözü gedən yeni eranın konturlarını aydın görmək olur.
Yazıya Hararinin kitabıyla başlamağıma fikir verməyin, əslində öz kitabımdan yazıram.
Oxumağa davam et