Cümhuriyyət yolu ağır olub, cümhuriyyətçilərin ömrü kimi

Cümhuriyyət yolu ağır olub, cümhuriyyətçilərin ömrü kimi

Dünəndən Cümhuriyyət günümüzlə bağlı yazmaq istəyirdim, yaza bilmirdim. 28 mayda nəsə yazmadığım, bölüşmədiyim bir il belə olmayıb. İndi gözüm aldı ki, Aynur Elgünəşin 50 yaşı olur. O, yubileyini həbsxanada keçirir.

Oxumağa davam et

İki ciyərlə nəfəs almaq

İki ciyərlə nəfəs almaq

“Avropa hər iki ciyəriylə nəfəs almalıdır!” II İohan Pavel, Roma Papası

Həssas dövrdür! On illərin beynəlxalq düzəni yenidən formalaşır. Geosiyasət kəfgiri Şərqə meyillənir. İqtisadi, hərbi təhlükəsizlik axtarışında olanlar vektoru ABŞ-dan Çinə çevirmə düşüncəsində, sanki yolayrıcında gözləmədədir.

Belə bir məqamda Azərbaycan uğurlu xarici siyasət sərgiləyir. Təhlükəsizlik baxımından dünyanın ən həssas coğrafiyalarının birində yerləşib dünya gücləri ilə dil tapmağın başqa adı yoxdur. Bu, ciddi uğurdur, görməyən kor, görmək istəməyən qərəzlidir.

Dəyərlərə, prinsiplərə sadiqliyin sınaq dövrüdür həm də. Dünyanın tramplaşdığı, putinləşdiyi zamanda simanı qorumaq çətindir. Bu sınaqdan hansı ölkələrin çıxacağını zaman göstərəcək. Başqa söhbətdir, qalsın sonraya.

Bəs dövlət quruculuğunda tək uğurlu xarici siyasət yetərlidirmi?

Oxumağa davam et

ETİRAZ HAQQI Azadlıq hekayətləri

ETİRAZ HAQQI Azadlıq hekayətləri

Müəllifdən

Azadlıq, müstəqillik, demokratiya, insan haqları, bu qəbildən olan neçə-neçə məfhum 1988-ci il mitinqlərindən, ələlxüsus da 20 yanvar qırğınından sonra bizim nəslin həyat kredosuna çevrilmişdi.

Hər şey etirazdan başlamışdı!

Əvvəl Qarabağa, sonra Azərbaycana görə etiraza qalxdıq.

Etirazımız müstəqillik qazandıqdan sonra da səngimədi, bu dəfə ədalətli seçki, insan hüquqları, söz, mətbuat, toplaşmaq, birləşmək kimi azadlıqlara görə davam elədi.

İnanırdıq ki, etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da
ləyaqətli ömür yaşamaq mümkün deyil!

Oxumağa davam et

Müsahibə: “Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”

“Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir.”


Öz əsərlərində oxucunu özüylə birgə dünyanı qarış- qarış gəzdirən yazardır Vahid Qazi. Bir yeri heç vaxt görməyən adama oranı yurd kimi göstərib sevdirməyi, məsələn “Ruhlar şəhəri” kimi, öz nisgilini xəfif bir mehə çevirib oxucularının ürəyinə sərməyi bacaran insandır Vahid Qazi. Onunla söhbətimizdə qürbəti nə qədər gözəl təsvir etsə də, danışdığı xatirələrin hamısında söhbətimizin “əli-qolu” Azərbaycana, Qarabağa, Ağdama uzanırdı.  

- Mən Ağdamı görməmişəm. Vahid Qazi mənə Ağdamı necə təsəvvür edə bilər? Yazınızla “Ruhlar şəhəri” demisiniz, bəs indi?...

- Qəfil sual qəfil də cavab istəyir. Bu suala düşünüb cavab vermək üçün çox uzaq keçmişə getmək lazımdır. Amma qəfil cavab belədir: Ağdam fərqli, hətta deyərdim, bir-birinə zidd xarakterli insanların, konqlomerat sosial icmaların harmoniyada yaşadığı yer idi. Təsəvvür edin, müxtəlif yerdən gəlmiş adamlar Ağdamda, kimya diliylə desəm, tez bir zamanda “həll olur”du, “ağdamlaşır”dı.  Sonra isə ağdamlı olmağıyla fəxr edən təəssübkeşə çevrilirdi. Məsələn, redaktorunuz Aqil Abbas kimi.

Oxumağa davam et

Müsahiblərim

müsahiblerim

Müsahiblərim

yaxud, sözlə portret çəkmək sənəti

Publisistikanı nəzərə almasam, jurnalistikada ən xoşum gələn janr müsahibədir. Oxumağa davam et

Söymək haqqı – sonuncu insan hüququ

Protesters kicking Donald trump Butt

Söymək haqqı – sonuncu insan hüququ

Mənim bir dostum var. Tanıdığım ən əxlaqlı adamdır. Əxlaq deyəndə tək məişət etikasından danışmıram, bizim dar mənada qavradığımız namus-qeyrəti də demirəm. Vətəndaş mövqeli, ictimai əxlaqlı olmağı deyirəm. Oxumağa davam et