Mehriban Vəzir “Çöl Qala”dan yazır

Mehriban Vezir ve col qala

Məndən içəridəki mən

Mehriban Vəzir “Çöl Qala”dan yazır

Hz. Mövlana deyir: “Məni məndə demə, məndə deyiləm… bir mən vardır məndən içəri…”

Vahid Qazinin “Çöl Qala” əsərindəki rəssam obrazını heç cür “mən” adlandırmaq olmaz. O, hər kəsin, istisnasız olaraq hər kəsin… öz aləmində olan “məndir”.

O, olduğu kimi deyil, heç göründüyü kimi də deyil. Məhz, olmadığı və görünmədiyi kimidir. “Mən”dən içəri olan və hər birimizdə olan, nə olduğumuz kimi, nə göründüyümüz kimi olan biridir.

Gizli tutduğumuz, şifrəsi uzaq və əlçatmaz diyarda qalan, fəqansız, bəyansız sızlayan,  gizlilərinin çözülməyəcəyi… “məndə bir mən vardır məndən içəri…”

“Məndən içəri olan mən” kədərlidir, tənhadır. Ürəyi illərin dolusudur. Saatlarla və sevə-sevə dinləyəcək birinə ehtiyacı var. Bir ömrün sözünü etməyə, əziz bir ömrü usanmadan dinləməyə möhtacdır.

Biz yerimizdə sabit dursaq da “mən” bəzən başqa bir dünya kəşf edir. Olduğu və göründüyü kimi olduğu yerdən baş götürüb qaçır. İkiləşir. Olmadığı, görünmədiyi kimi olur. Orada aşiq olur, sevir, sevilir… qısası, mövcud olur.

Həyat ehtiyacını – həmsöhbətini tapır, doyunca danışır, doyunca dinləyir, bununla da yenidən doğulur. Məndən içəri olan mən dünyaya göz açır. Bu doğuluşunda səadətini tapır. Olduğu və göründüyü kimi olduğu yerdə heç vaxt tapmayacağı səadətini tapır.

Vahid Qazi “Çol Qala” əsərində günümüzün, bəlkə də bütün zamanların insan mahiyyətinə aid ağrılı bir məqama toxunub; İnsan yalnızlığına. Öz evində, ailəsində, çevrəsində yalnız qalan insanın kədərli çırpıntılarına. Yaşadığı həyatın öz həyatı olmadığını dərk edən, günün birində əsil dünyasını kəşf edən, insan məyusluğuna. Və bütün yazıların son acı nöqtəsinə.

Kədərli olsa da, maraqlıdı, oxuyun.

Mehriban Vəzir

Dərc olundu: Moderator.az

 

 

 

 

Ağalar Məmmədov “Çöl Qala”dan yazır

Agalar memmedov ve col qala

 “Sizcə, nədir bu?”

 Vahid Qazinin “Çöl Qala” povesti haqda

L. Wittgenstein-ın belə bir aforizmi var: “Uşaqlar qələm tutmağı yeni-yeni öyrənməyə başlayan çağlarında ağ kağıza cürbəcür cızma-qaralar çəkib, ata-analarına göstərərək, soruşurlar: “Baxın, mən bura nə çəkmişəm?” (Yadımdadır ki, mən də hərfləri yeni öyrəndiyim vaxtlarda onları ard-arda düzüb, “Bura nə yazmışam?”, – deyə evimizdəkilərdən soruşardum – A. M.). Filosoflar da bir nəzəriyyə qurub, özündən sonrakılardan soruşurlar: “Sizcə, nədir bu, çəkdiyim, yazdığım..?” ”Bir sözlə, “Sizcə, nədir bu?” sualı uşaqlığımızda çəkdiyimiz cızma-qaralardandan başlayır, yetkin yaşlarımızda yaratdığımız böyük əsərlərədək davam edir. Oxumağa davam et

“Günel Mövlud məni dilə-dişə saldı”

Vahid Qazi Karlskrona

“Günel Mövlud məni dilə-dişə saldı”

 

Könlüm keçmir, könlüm qalıb…

Yaxşı ad qoymusunuz layihəyə: “Könlüm keçir…” Məşhur şeirdə deyildiyi kimi: “Könlüm keçir Qarabağdan”. Amma mənim könlüm keçmir, könlüm elə orda qalıb.

Bizə elə gəlir ki, vətəndən yalnız uca səslə danışarlar. Vətən haqqında bir az bərk danışanda pafoslu çıxır. Bir dəfə yazmışdım ki, bütün sevgilərin bir səsi var – pıçıltı! Ana balasına laylanı, bəndə Allahına duanı, aşiq məşuquna sevgisini pıçıltıyla deyir. Heç bunları qışqıra-qışqıra deyən görmüsünüzmü? Vətən də belədi. Onun haqqında bir quru budaq, bir əlçim ot kimi danışanda maraqlıdı. Oxumağa davam et