Şərq hüzuru

Şərq hüzuru

“Yaddaş ləpirləri” silsiləsindən

Bir yağışlıq canı olan əhəngi yol kənarı boyu düzülmüş daşlara sürtən fəhləyə göstərişlərini verib parkın ortasında yenicə tikilmiş fontana döğru getdi. Əvvəlki adı və görünüşü dəyişdirilən parkın 40 yaşı vardı. Təzəcə əkilmiş, yerli təbiətə yad ağaclar “Sevil” tamaşasında möhtərəm qonaqlara təqdim etmək üçün Balaşın qiyafəsini dəyişdirdiyi atasını xatırladırdı. Oxumağa davam et

TOPLUM vətəndaş cəmiyyəti jurnalı

Toplum 84(8) Payız 2012

REDAKTOR YAZISI. Vahid Qazi: “Facebook ölkəsi”

MÜSAHİB. Əkrəm Əylisli: “Hakimiyyət cəmiyyəti ekstremizmə sürükləyir…”

ANTİDEMOKRATİYA. Məmməd Süleymanov: “Orduda itkilərin qorxulu statistikası”

DEMOKRATİK MÜBARİZƏ TARİXİ. Rafiq Turabxanoğlu: “Məhbəs xatirələri”

SƏRHƏDSİZ SƏRHƏD. Razi Nurullayev: “QHT-lər və siyasət arasında sərhədlər”

DÜŞÜNCƏ BUXOVU. Mehriban Zeynalova: “Azərbaycanda ailə münaqişəsinin mental kökləri”

QHT ARAŞDIRMASI: “Azərbaycanda hərbi-mülki münasibətlər: orduya mülki nəzarət problemləri və perspektivlər”

QHT SÖHBƏTLƏRİ. Bəkir Nərimanoğlu: “Qanuna QHT süzgəci”. Mehdi Fərəc: “QHT-lərin ictimai-siyasi prosesdə iştirak problemləri”

toplum73(7) Yay 2012

REDAKTOR YAZISI. Vahid Qazi: ”Azadlıq qiymətinə foto”

İRAN-TURAN SÖHBƏTİ. Sədrəddin Soltan: ”Azərbaycan-İran konflikrinin əsasları”

MÜSAHİB. Vəfa Quluzadə: “Demokratiyanın yayılması sunami kimidir…”

ANTİDEMOKRATİYA. Məmməd Süleymanov: ”Münaqişələr və media

ÜNSİYYƏT PROBLEMİ. İlqar İbrahimoğlu: ”İnsanlararası münasibətə (münaqişəyə) İslami yanaşma”

DEMOKRATİK MÜBARİZƏ TARİXİ. Rafiq Turabxanoğlu: ”Məhbəs xatirələri”

BİRLƏŞMƏK QORXUSU. Azər Əli: ”Azərbaycan insanının birləşmək problemi”

QHT ARAŞDIRMASI: ”Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda əsgər ölümləri: problemlər və perspektivlər”

QHT SÖHBƏTLƏRİ. Aytən Məmmədova: ”13 il davam edən qeydiyyat prosesi”. Ülkər Bəkirli: ”QHT-lərə qarşı təzyiqlər davam edir”, ”QHT hökumətə inanırmı?

Oxumağa davam et

Vəfa Quluzadə ilə müsahibə

“Demokratiyanın yayılması sunami kimidir…”

 Vəfa Quluzadə: “Demokratiyanın qarşısında heç kim və heç nə dayana bilməz. Azərbaycan mütləq demokratik ölkə olacaq”. 

 “Əgər Bakı da işğal olunsaydı, köməyimizə gələn olmayacaqdı”.

Oxumağa davam et

Vahid Qazinin “Çamayra”sı

Vahid Qazinin “Çamayra”sı

 Rüstəm İbrahimbəyov

İstedadlı publisistlərin öz mətnlərini yalnız real faktlar üzərində qurmaları çoxdandır ki, məndə onlara qarşı rəğbət hissi doğurur. Mən özüm öz əsərlərimdə həmişə uydurma “dopinq”lərdən istifadə edirəm. Bu təxminən hündürlüyə tullanma yarışına bənzəyir – yerin cazibə qüvvəsinin öhtəsindən gələ bilmək üçün biri yalnız öz ayaqlarının gücünə güvənir, bir başqası isə dopinq həbləri qəbul edir.

Vahid Qazinin Kuba dəftərini oxuyarkən mən, müəllifin Azadlıq adasında başına gələnləri təsvir edə-edə, real insanlardan, onların ölkədəki ümumi siyasi ab-hava ilə bağlı həyatları və problemlərindən danışa-danışa çox güclü bədii təhkiyədən istifadə etdiyini və bu bədii təhkiyənin onun özünü hekayətin baş qəhrəmanına çevirdiyini görüb sevindim. Elə buna görədir ki, yazıçının hiss və fikirlər dünyasına qərq olan oxucu onun füsunkar Çamayranın intim xidmət təklifindən imtinasını öz əxlaqi qələbəsi sayır. Nümunə kimi bir çox digər emosional epizodları da misal çəkmək olar. Amma məncə, ən əsas məsələ, ümumilikdə bütün əsərin gözəl bədii nəsr nümunəsi olmasıdır.

Qəribədir ki, Azərbaycan müstəqillik qazandığı son iyirmi ildə bizdə mövcud olan demokratik rejimin bütün özünəməxsus xüsusiyyətlərinin olmasına baxmayaraq totalitar-avtoritar quruluşun hər hansı formasına qarşı açıq nifrətini bildirən insan tipi formalaşıb. Vahid Qazinin gördüyü Kubaya bənzər bir ölkədə böyüyən bizim nəslin nümayəndələri isə dünyanın harasındasa elementar azadlıqların olmamasına daha sakit yanaşır.

“Çamayra”nın müəllifinin ictimai-siyasi inancları əsərin hər cümləsində özünü büruzə verir və bu inanclar o qədər səmimidir ki, onlara qeyd-şərtsiz inanırsan. Bu yalnız kitabda təsvir olunan hadisələrin iştirakçısına çevrildiyin halda mümkün ola bilər. Mənimlə də məhz bu baş verdi.

Və sonda. Kuba dəftəri həddən artıq    maraqlı məlumatlarla zəngindir. Kubada olsam da, onun haqqında çox oxusam da mən kitabdan bu ölkəylə bağlı çoxlu yeni şeylər öyrəndim. Sevindirici haldır ki, bizim publisistika artıq bu janrın ən yaxşı nümunələrini yaratmağa qadir bir səviyyəyə yüksəlib. Və Vahid Qazinin Kuba dəftəri bunun bariz nümunəsidir.

“Yeni Müsavat”, 12 mart 2012

Ağdam şəhəri

Ağdam şəhəri

Qan TURALI

Səhər işə gələndə bu yazımın ilk cümlələrini yazırdım.

Qarşıma bir rus qadını çıxdı, yol dar idi.

Pilləkənlərin üstünə çıxıb ona yol verdim, qadın dar yolu keçib getdi.

Nə düşündüsə, bir neçə addım sonra arxaya dönüb dedi:

“Neçə ildir ilk dəfə görürəm ki, bir bakılı yol verir mənə”.

Beynimdəki yazını oxumuşdu sanki.

Metroda Vahid Qazinın Ağdam haqda olan “Ruhlar şəhəri”ni oxuyurdum. Oxumağa davam et

Ağdam tamaşasına bilet

«Ruhlar şəhəri» – Ağdam tamaşasına bilet

İradə Musayeva

Ağdama gedən varmı? Ey! — Ev tikən, pullarını dönə-dönə sayıb gizlədən, dissertasiya yazıb alim olmaq istəyən, toy tədarükü görən, dünya səyahətinə çıxmağa hazırlaşan, işdən qovulan, vəzifə pilləsində iməkləyən, böyük adam olmaq uğrunda kompyuter, «dil» öyrənən, qul bazarında qara daşın üstündə oturub iş gözləyən kəs — ağdamlı, qarabağlı, azərbaycanlı, dayan! Dayan, ayaq saxla! Səni Ağdama aparan var. Ağdamı xatırlamaq və ya görmək istəyirsənmi? Vahid Qazinin 122 səhifəlik «Ruhlar şəhəri» kitabını oxu! Oxumağa davam et

Vahid Qazinin yaddaşından tarix olsun deyə…

Vahid Qazinin yaddaşından tarix olsun deyə…

 Azər Həsrət

Mən gələcək nəsillərimizə faydalı ola biləcək ən xırda bilgini belə özündə içərən olayların qeydə alınmasına, yazıya keçirilməsinə tərəfdar olanlardan biriyəm. İnancıma görə, türk milləti tarixin bütün dönəmlərində o qədər böyük olub ki, qara torpağı da, mavi göyləri də yüzdə yüz özünün saydığı üçün heç zaman yaratdığı tarixi yazıya köçürməyə meyl etməyib. Odur ki, öz tariximizi yüz illər boyu ya Çin, ya da ərəb mənbələrindən öyrənməli olmuşuq. İllər içində öztürkcə olan Orxon-Yenisey abidələrini tapanda da bəlli olub ki, istinad etdiyimiz digər mənbələr bizim haqqımızda birtərəfli, uydurma tarix yazıbmışlar. Günah isə tariximizi yanlış yazanlarda deyil, özümüzdə olub. Biz tarix yaradan millət olmaqla bərabər tarix yazan da olmalıydıq. Olmalıydıq ki, bu gün bir ovuc erməninin dünyanı başına almış əsassız iddialarıyla üz-üzə qalmayaq.

Yuxarıda yazdıqlarım təsadüfdən qaynaqlanmır. İndinin özündə də dostlarıma hər zaman tövsiyə edirəm ki, bütün olanları qeydə alsınlar, yazıya köçürsünlər. Bu gün bizə ən adi bir olay kimi görünən hansısa kiçik hadisə, kim bilir, tarixin hansısa dönəmində bəlkə də üzərimizə top mərmisi kimi geri dönəcək. Onda haqlı olduğumuzu sübut etmək üçün tutarqa axtarmağa başlayanda artıq gec olacaq. Məhz buna görə, özəlliklə də, ictimai-siyasi fəallığı olanlarımız başlarına gələn, gözləri ilə gördükləri hər bir olayı qələmə almalıdırlar.

Bu baxımdan həm qələm adamı, həm də ictimai-siyasi fəal olan Vahid Qazinin çalışmaları xüsusi olaraq vurğulana bilər. Onun 2011-ci ildə dərc edilmiş “Yaddaş lərpirləri. Demokratiya yazıları” adlı kitabı, kim bilir, neçə illərdən sonra araşdırmaçılar üçün bəlkə də yeganə tutarqa olacaq. Burada dünyaca ünlü insan haqları qoruyucularından (əslində dəllallarından) tutmuş demokratiyaya və demokratikləşməyə həqiqi mənada ömrünü xərcləmiş insanlar, onlarla ünsiyyətlə bağlı kiçik, əslində isə çox gərəkli epizodlar ustalıqla qələmə alınıb. Bu kitabda bir tərəfdən insan haqları, insan ləyaqətinə dayalı bir cəmiyyət aşiqinin təsvirləri yer alırsa, digər tərəfdən də türk dünyası, türk birliyi uğrunda addım-addım hərəkət edən bir Azərbaycan türkünün gözlənimləri ustalıqla, incə bir şəkildə təqdim edilir. Oxumağa davam et

Vahid Qazinin ruhunun şəhəri

Vahid Qazinin ruhunun şəhəri

Məlahət İbrahimqızı, millət vəkili        

 “Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!” Amma sülh vaxtı da, müharibə vaxtı da gözəllikləri məhv etmək, abadlığı viranəliyə çevirmək vəhşilikdən başqa bir şey deyil.

Bəşəriyyət tarixində səbəbindən asılı olmayaraq baş verən bütün müharibələr insanlığa, mədəniyyətə, böyük əziyyətlər bahasına yaradılmış maddi və mənəvi sərvətlərə qarşı yönəlmiş bir cinayətdir.

Troya, Kardoba, Moskva, Praqa, Xirosima, Naqasaki, Çernobıl, Kabil, Bağdad, Şuşa, Xocalı, Ağdam… Viran qalmış bu şəhərlər sırasını nə qədər istəsən uzatmaq olar. Bunlar bəşərin öz əliylə tikib, öz əliylə xarabalığa çevirdiyi gözəl məkanlardır. “Gözəllik dünyanı xilas edəcək!”. Etdi də. Böyük Hun imperatoru Atilla Romanı gözəlliyinə bağışladı. Amma bunu yalnız türk edə bilərdi. Vandalların qalıqları olan ermənilər yox. Onlar insanlara, maddi mədəniyyət abidələrinə qarşı acımasız bir mövqe tutmuşdular. Vahid Qazinin, onun timsalında hər bir azərbaycanlının bir gün cisminin, indisə ruhunun şəhəri olan Ağdam erməni vəhşiliyinin nəticəsində öz ilkinliyindən məhrum oldu. Oxumağa davam et

Çamayra

Çamayra

 Dilqəm Əhməd

 “Qəhrəmanlıq iqtidarçı olub, müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini, müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən çəkinməyəndir. Ən yaxşısı isə bunların heç birindən olmamaqdır, belədə deyəcəyin sözün sərhədlərini özün cızır, ona özün nəzarət edirsən”. (“Çamayra. Kuba dəftəri”)

İnternetlə dünyanın istənilən ölkəsinə virtual səyahətin mümkün olduğu, ölkə haqqında istənilən maraqlı məlumatları əldə etməyin asan olduğu bir vaxtda asan olmayan bir şey var:

Yazılanlara inanmaq.

Əgər bu ölkə Kubadırsa, o zaman inanmaqda ehtiyatlı olmaq daha çox önə çıxır.

Səyahətləri, xatirələri əhatə edən kitablar hər zaman diqqətdə olub, əgər bu kitabları yazanlar peşəkar publisistlər olarsa, iki qat maraqlı olur.

Həm maraqlı bilgilər əldə edir, həm də kitabla o ölkəyə səfər etmiş olursan.

Vahid Qazinin “ Çamayra – Kuba dəftəri” kitabı məhz bu qəbildəndir. Oxumağa davam et

Vahid Qazinin yaddaş ləpirləri

Vahid Qazinin yaddaş ləpirləri

 Nəzirməmməd QULİYEV

Vahid Qazi “Yaddaş ləpirləri” kitabında bir avtoqraf sərgiləyib bəndənizçün: “Səninlə Qarabağa gedəcəyik. İNANIRAM!”

Mən də İNANIRAM, Vahid. Qarabağa gedəcəyik. Heç Qarabağdan ayrılmamışıq da. Cismən Qarabağda ola bilmirik. Ruhumuzsa Qarabağsız qala bilmir. Əgər qala bilsəydi, Vahid Qazi azad dünyanı gəzəndə Qarabağı unudub, kef-damaqdan, gül-çiçəkdən, səfalı guşələrdən… yazardı.

Vahid Qazi övladlarına yaddaş kitabı kimi təqdim edib “Yaddaş ləpirləri”ni. Bununla bir o qədər də razı deyiləm. Belə kitablar bütün balalar üçün yaddaş ləpirləridi. Başqa xalqların təcrübəsində olduğu kimi. Bu gündən əli üzülmüşlərin gələcəyi ayıqlığa səsləməsi üçün…

Balalar hələlik bu eyforiyanın dərinliklərinə varsınlar. Zaman keçdikcə onsuz da “Yaddaş ləpirləri”nin ləpirlərində nələrin yatdığını dərk edəcəklər. Oxumağa davam et