Ağdam tamaşasına bilet

«Ruhlar şəhəri» – Ağdam tamaşasına bilet

İradə Musayeva

Ağdama gedən varmı? Ey! — Ev tikən, pullarını dönə-dönə sayıb gizlədən, dissertasiya yazıb alim olmaq istəyən, toy tədarükü görən, dünya səyahətinə çıxmağa hazırlaşan, işdən qovulan, vəzifə pilləsində iməkləyən, böyük adam olmaq uğrunda kompyuter, «dil» öyrənən, qul bazarında qara daşın üstündə oturub iş gözləyən kəs — ağdamlı, qarabağlı, azərbaycanlı, dayan! Dayan, ayaq saxla! Səni Ağdama aparan var. Ağdamı xatırlamaq və ya görmək istəyirsənmi? Vahid Qazinin 122 səhifəlik «Ruhlar şəhəri» kitabını oxu! Oxumağa davam et

Vahid Qazinin yaddaşından tarix olsun deyə…

Vahid Qazinin yaddaşından tarix olsun deyə…

 Azər Həsrət

Mən gələcək nəsillərimizə faydalı ola biləcək ən xırda bilgini belə özündə içərən olayların qeydə alınmasına, yazıya keçirilməsinə tərəfdar olanlardan biriyəm. İnancıma görə, türk milləti tarixin bütün dönəmlərində o qədər böyük olub ki, qara torpağı da, mavi göyləri də yüzdə yüz özünün saydığı üçün heç zaman yaratdığı tarixi yazıya köçürməyə meyl etməyib. Odur ki, öz tariximizi yüz illər boyu ya Çin, ya da ərəb mənbələrindən öyrənməli olmuşuq. İllər içində öztürkcə olan Orxon-Yenisey abidələrini tapanda da bəlli olub ki, istinad etdiyimiz digər mənbələr bizim haqqımızda birtərəfli, uydurma tarix yazıbmışlar. Günah isə tariximizi yanlış yazanlarda deyil, özümüzdə olub. Biz tarix yaradan millət olmaqla bərabər tarix yazan da olmalıydıq. Olmalıydıq ki, bu gün bir ovuc erməninin dünyanı başına almış əsassız iddialarıyla üz-üzə qalmayaq.

Yuxarıda yazdıqlarım təsadüfdən qaynaqlanmır. İndinin özündə də dostlarıma hər zaman tövsiyə edirəm ki, bütün olanları qeydə alsınlar, yazıya köçürsünlər. Bu gün bizə ən adi bir olay kimi görünən hansısa kiçik hadisə, kim bilir, tarixin hansısa dönəmində bəlkə də üzərimizə top mərmisi kimi geri dönəcək. Onda haqlı olduğumuzu sübut etmək üçün tutarqa axtarmağa başlayanda artıq gec olacaq. Məhz buna görə, özəlliklə də, ictimai-siyasi fəallığı olanlarımız başlarına gələn, gözləri ilə gördükləri hər bir olayı qələmə almalıdırlar.

Bu baxımdan həm qələm adamı, həm də ictimai-siyasi fəal olan Vahid Qazinin çalışmaları xüsusi olaraq vurğulana bilər. Onun 2011-ci ildə dərc edilmiş “Yaddaş lərpirləri. Demokratiya yazıları” adlı kitabı, kim bilir, neçə illərdən sonra araşdırmaçılar üçün bəlkə də yeganə tutarqa olacaq. Burada dünyaca ünlü insan haqları qoruyucularından (əslində dəllallarından) tutmuş demokratiyaya və demokratikləşməyə həqiqi mənada ömrünü xərcləmiş insanlar, onlarla ünsiyyətlə bağlı kiçik, əslində isə çox gərəkli epizodlar ustalıqla qələmə alınıb. Bu kitabda bir tərəfdən insan haqları, insan ləyaqətinə dayalı bir cəmiyyət aşiqinin təsvirləri yer alırsa, digər tərəfdən də türk dünyası, türk birliyi uğrunda addım-addım hərəkət edən bir Azərbaycan türkünün gözlənimləri ustalıqla, incə bir şəkildə təqdim edilir. Oxumağa davam et

Vahid Qazinin ruhunun şəhəri

Vahid Qazinin ruhunun şəhəri

Məlahət İbrahimqızı, millət vəkili        

 “Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!” Amma sülh vaxtı da, müharibə vaxtı da gözəllikləri məhv etmək, abadlığı viranəliyə çevirmək vəhşilikdən başqa bir şey deyil.

Bəşəriyyət tarixində səbəbindən asılı olmayaraq baş verən bütün müharibələr insanlığa, mədəniyyətə, böyük əziyyətlər bahasına yaradılmış maddi və mənəvi sərvətlərə qarşı yönəlmiş bir cinayətdir.

Troya, Kardoba, Moskva, Praqa, Xirosima, Naqasaki, Çernobıl, Kabil, Bağdad, Şuşa, Xocalı, Ağdam… Viran qalmış bu şəhərlər sırasını nə qədər istəsən uzatmaq olar. Bunlar bəşərin öz əliylə tikib, öz əliylə xarabalığa çevirdiyi gözəl məkanlardır. “Gözəllik dünyanı xilas edəcək!”. Etdi də. Böyük Hun imperatoru Atilla Romanı gözəlliyinə bağışladı. Amma bunu yalnız türk edə bilərdi. Vandalların qalıqları olan ermənilər yox. Onlar insanlara, maddi mədəniyyət abidələrinə qarşı acımasız bir mövqe tutmuşdular. Vahid Qazinin, onun timsalında hər bir azərbaycanlının bir gün cisminin, indisə ruhunun şəhəri olan Ağdam erməni vəhşiliyinin nəticəsində öz ilkinliyindən məhrum oldu. Oxumağa davam et

Çamayra

Çamayra

 Dilqəm Əhməd

 “Qəhrəmanlıq iqtidarçı olub, müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini, müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən çəkinməyəndir. Ən yaxşısı isə bunların heç birindən olmamaqdır, belədə deyəcəyin sözün sərhədlərini özün cızır, ona özün nəzarət edirsən”. (“Çamayra. Kuba dəftəri”)

İnternetlə dünyanın istənilən ölkəsinə virtual səyahətin mümkün olduğu, ölkə haqqında istənilən maraqlı məlumatları əldə etməyin asan olduğu bir vaxtda asan olmayan bir şey var:

Yazılanlara inanmaq.

Əgər bu ölkə Kubadırsa, o zaman inanmaqda ehtiyatlı olmaq daha çox önə çıxır.

Səyahətləri, xatirələri əhatə edən kitablar hər zaman diqqətdə olub, əgər bu kitabları yazanlar peşəkar publisistlər olarsa, iki qat maraqlı olur.

Həm maraqlı bilgilər əldə edir, həm də kitabla o ölkəyə səfər etmiş olursan.

Vahid Qazinin “ Çamayra – Kuba dəftəri” kitabı məhz bu qəbildəndir. Oxumağa davam et

Vahid Qazinin yaddaş ləpirləri

Vahid Qazinin yaddaş ləpirləri

 Nəzirməmməd QULİYEV

Vahid Qazi “Yaddaş ləpirləri” kitabında bir avtoqraf sərgiləyib bəndənizçün: “Səninlə Qarabağa gedəcəyik. İNANIRAM!”

Mən də İNANIRAM, Vahid. Qarabağa gedəcəyik. Heç Qarabağdan ayrılmamışıq da. Cismən Qarabağda ola bilmirik. Ruhumuzsa Qarabağsız qala bilmir. Əgər qala bilsəydi, Vahid Qazi azad dünyanı gəzəndə Qarabağı unudub, kef-damaqdan, gül-çiçəkdən, səfalı guşələrdən… yazardı.

Vahid Qazi övladlarına yaddaş kitabı kimi təqdim edib “Yaddaş ləpirləri”ni. Bununla bir o qədər də razı deyiləm. Belə kitablar bütün balalar üçün yaddaş ləpirləridi. Başqa xalqların təcrübəsində olduğu kimi. Bu gündən əli üzülmüşlərin gələcəyi ayıqlığa səsləməsi üçün…

Balalar hələlik bu eyforiyanın dərinliklərinə varsınlar. Zaman keçdikcə onsuz da “Yaddaş ləpirləri”nin ləpirlərində nələrin yatdığını dərk edəcəklər. Oxumağa davam et

Ağappaq bir ümid

Ağappaq bir ümid

Günay Ümid

Deyəsən, 10 yasım vardı. Kənddən, nənəmgilin həyətindən sarıçiçək gülü gətirmişdim. Ətri hələ də burnumdadı. Evdə dibçəyə əkmişdim, hər səhər su verirdim, elə həyəcanla gözləyirdim onun çiçək açmasını…

Bir gün məktəbdən gələndə gördüm ki, yarpaqlarını sərib yerə, dibçəkdə büzüşüb. Ağladım! Atamın “Yabanı çiçəkdi, dibçəkdə bitməz” sözünü o vaxt başa düşməmişdim. Sonralar anladım ki, hər bitki yalnız öz torpağında bitir.

Xatirələr onsuz da kövrək olur, amma bəzən insan onun ən əlçatmaz, ünyetməz dərinliklərinə baş vurur, onda ürək sızıltısını nəbzin kimi duyursan. Onda böyüdüyün ev, oynadığın həyət, hər budağında uşaqlığın gülümsəyən ağaclar, hətta sənə dəyərsiz gələn əşyalar bu gününün ən özəl və gözəl nəsnələrindən belə qiymətli olur. Oxumağa davam et

Göyərçin ruhlara göylərdə yuva quraq

Göyərçin ruhlara göylərdə yuva quraq

“Ruhlar şəhəri”ni oxuyarkən

 Əziz Vahid Qazi!

“Ruhlar şəhəri” kitabını oxudum. Oxudum yox, yaşadım. Yaşamağa məcbur elədin.

Bu kitaba bir kimsə etinasız qala bilməz, xüsusən də Qarabağlı, Ağdamlı ola, mən belə fikirləşirəm!

Qısa və konkret yazacam. Bilirsən ki, mən yazar yox, aktyoram!

Şahmalı Kürdoğluyla oğlunun ölüm səhnəsinə sürrealist təsvir vermisən. O qədər təsirlidir ki, hər bir Ağdamlı silah götürüb müharibəyə gedər.

Onların ruhunu bir cüt donmuş göyərçinə bənzətdim. 18 ildir donu açılmayan göyərçinə… Donmuş ruhlar bizi məzəmmət edirlərsə, yaşamağa haqqımız varmı?

Kitabın sonuncu bölümündə müharibədən sonra Ağdamın tikintisinin “genplan”ın oxudum. Xahiş edirəm ki, birinci, Ağdamın göyündə – əngin üfüqlərdə donub qalan göyərçin ruhlara bir yuva quraq. Hər evdə, bilirəm ki, yuva olacaq –  hər evdə şəhid var…

Ruhlar yaşayır, ancaq bizim Ağdamın şəhid ruhları donublar. Bizim ora getməyimizlə onların donu açılacaq və ruhlar öz şəhərlərində öz ömürlərini sakit yaşayacaqlar…

Yenə də Ağdamda həyat qaynayacaq!!!

…Tək donmuş ruhlar yox, Ağdam da bizdən küsüb. Ağdamı Ağdamlılar anlayar. Çalışaq ki, o, möhtəşəm Ağdamla barışaq.

Ağdamda yuva qurmaq – ev tikmək arzusu ilə……!!!???

 Tofiq QARAYEV

Azərbaycanın əməkdar artisti

Cavanşir Yusifli “Ruhlar şəhəri”ndən yazır

Yusif üzlü kitablar, yaxud heyva qoxusu

Kitabın son səhifəsini çevirir, örtüb-bağlayırsan və bütün ağrılar bundan sonra başlayır.

Əsər (kitab) var ki, bu dünyada hiss, duyğu adına nə varsa elə təhkiyə boyu sənə dadızdırmaq istəyir, axırıncı səhifənin son cümləsində sanki belə bir P.S. də qoyur ki, get işinlə-gücünlə məşğul ol.

Amma eləsi də var ki, səni işindən-gücündən edir, düşündürür, əhvalını dəyişir, səni gedə bilmədiyin yerlərə göndərir.

Vahid Qazinin “Ruhlar şəhəri” məhz bu qəbildəndir.

Ruhlar sheheri - Agdam

Burada o qədər ağrı-acı, o qədər məşəqqət var ki, ona “kitab” deməyə adamın dili gəlmir, bunu yazan, danışan yaxından tanıdığımız, qələminə, istedadına güvəndiyimiz Vahid Qazi yox, zirzəmidəki heyva ətrinə qurban gedən, Yusif üzlü kitablarla böyüyən, hələ də o yaşda qalan Vahiddir. Oxumağa davam et

ÇİYİN-ÇİYİNƏ

Esmira Məhiqızı

 ÇİYİN-ÇİYİNƏ

Vahid Qaziyə

Göz-gözə, üz-üzə, çiyinə-çiyinə.

Gəl, verək əl-ələ dərdlərdən keçək.

Yenə Qarabağın çıxıb seyrinə,

Dağılan yerlərdən, yurdlardan keçək.

Yüyürək Ağdamın küçələrindən,

Külək tozumuza çata bilməsin.

Burulaq tinindən, döngələrindən

Həsrət bizi qovsun, tuta bilməsin. Oxumağa davam et

Mənim “Ruhlar Şəhəri”m

Mənim “Ruhlar Şəhəri”m

Günel CABİRQIZI

“Ümidini itirənin itirməyə başqa nəyisə qalmaz” – deyib bir müdrik. Biz də 18 ildir ki, hər gün, hər dəqiqə, hər an Qarabağa – Ağdama qayıdacağımız günə ümid edirik. Və bu ümidimizi də Qarabağ kimi əllərimizdən buraxmaq niyyətində deyilik. Mən o müqəddəs torpaqda – Ağdamda doyunca gəzib, havasını içimə çəkib, göz yaşı kimi duru sularından içməmişəm. Allahım mənə Ağdamda doğulmaq, ağdamlı olmaq nəsib etsə də, vətənimi tanımaq, dağlarına, düzlərinə uzanan yollarını, cığırlarını öyrənmək imkanı vermədi. Uşaqlığımın dumanlı yaddaşında yalnız iki ünvan qalıb: Qızıl Əsgər küçəsi və İmarətin həyəti. Amma mən Ağdamı doğulduğum gündən bəri sevdim. “Haralısan?” sualını verənlərə “Ağdamlıyam” cavabını verməyin ləzzətini, fəxarətini anlatmağa layiqli cümlələr qura bilmirəm. Amma bir o qədər də xəcalət çəkirəm. Ona görə ki, Ağdamsız ağdamlı olmağın dərdi də, xəcaləti də, nə yerə, nə göyə, nə də yumruğum boyda ürəyimə sığmayacaq qədər böyükdür. Oxumağa davam et