”Susmaq hüququ”na referendum əlavəsi

sisoyev Karikaturalar V. Sısoyevindir

”Susmaq hüququ”na referendum əlavəsi

Neçə vaxtdı referendumla bağlı dəftərçəmdə qaraladığım cızmaqaradan, nə illah elədim, bir yazı çıxara bilmədim. Lal vətəndaş sükunəti fonunda müxalifətin ”mitinq-mitinq” oyun-həşiri də əlimi bir yandan soyutdu. Pambıqçı Kamilxan Rüstəmovanın sovet illərini xatırladan məşhur çıxışından çaparaq gələn ilham pərisi də dadıma çatmadı. Gəldiyi kimi tez də çəkilib getdi. Əvəzində canıma qəfil üşütmə saldı.

Nədən oldu bu? İndi deyirəm!

Sosial şəbəkələrdə Kamilxan ana haqda nə qədər təhqir oxudum. Amma mənim ona yönəlik belə fikrim yoxdu. Qurbanı ittiham edərlərmi? Məddahlıqda sovet dövründən də betər müstəqillik illərinin qurbanlıq kimi ortaya çıxardığı bu ananı ittiham eləməyə dilim gəlməz!

Mən onu yox, 70 yaşlı Azərbaycan qadınını o kökə salıb zövq alanları qınayıram!

O, referenduma çıxarılan maddələri sadə kəndli dilində izah elədi. Ayrı nə dedi ki?

Həmin çıxışın videosu neçə gün hər internetə qoşulanda qarşıma çıxdı. Bir dəfə ona səssiz baxdım. Bax, məni üşütmə elə o anda tutdu. Elə bildim referenduma Qarabağın verilməsini çıxarıblar və 23 ildi Qarabağ deyib ləliyən bu qarabağlı ana indi üzündə yaltaq təbəssümlə yurdunun ermənilərə verilməsinə görə xoşbəxt olduğunu deyir və ayaqüstə alqışlanır.

Doqquz il əvvəl yazdığım ”Susmaq hüququ” adlı məqaləni xatırladım, açıb oxudum. Üşütmənin səbəbi bu yazı imiş.

Orda belə cümlə var:

”Sabah Qarabağ məsələsinin kompromis yolla həlli “məsləhət” bilinsə, “Azərbaycanın xoşbəxt gələcəyi Qarabağı verməkdən keçir” təşviqatına start verilsə, bu “elita” kamera qarşısında növbəyə düzülmək cəzasına məhkum edilməyəcəkmi?”

Oxuyub gördüm, daha yeni yazıya ehtiyac yoxdu, 2007-ci ildə yazılana ”referendum əlavəsi” etsəm, yetər. Belə də elədim.

Susmaq hüququ uğrunda mübarizədə əhli-vətənə uğurlar arzuladım.

Vahid Qazi

26 sentyabr 2016

bhd45

Susmaq hüququ

Oxumağa davam et

“Ozon adamlar” yeni redaktədə

OZON ADAMLAR Üzeyir bəy Əbdürrəhim bəy Mirzə ƏləkbərƏli bəy Hüseynzad Süleyman Sani Abdulla Şaiq

Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.Haqverdiyev, S.S. Axundov, A. Şaiq, Ə. Hüseynzadə, 
Ə. Ağayev və başqaları. Siyahı aşağıda.

Ozon adamlar

Ötən əsrin 60-cı illərində Londona mühacirət edən sovet yazıçısı Anatoli Kuznetsov yazı və müsahibələriylə aləmə səs salmışdı. Parisdə nəşr olunan “Russkaya mısl” adlı mühacir dərgisinin 25 sentyabr 1969-ci il sayındakı məqaləsində sovet yazıçılarını siyasi baxışlar üzrə kateqoriyaya bölməsi isə gərgin müzakirələrə yol açmışdı. Kuznetsov məşhur sovet şair və yazıçılarını bu cür təsnifatlandırmışdı:

– tamamən tabe olmuşlar: “Sovet hakimiyyətinə eşq olsun!” (Şoloxov, Mixalkov, Koçetov);

– liberal mötədillər: “Sovet hakimiyyətinə eşq olsun! Amma edilənlərin heç də hamısı əla deyil…” (Katayev, Simonov, Rojdestvenski);

– liberal davakarlar: “Sovet hakimiyyətinə və insan simalı kommunizmə eşq olsun! Lakin məhkəməyə düşmək istəmirik” (Yevtuşenko, Voznesenski, Tvardovski);советские писатели 2

– müxaliflər: “Sovet hakimiyyəti uğrunda, amma son 50 ildəki kimisi yox” (Sinyavski, Daniel, Soljenitsın, Ginzburq). Oxumağa davam et

Озоновые люди

OZON ADAMLAR Üzeyir bəy Əbdürrəhim bəy Mirzə ƏləkbərƏli bəy Hüseynzad Süleyman Sani Abdulla Şaiq

Ü. Hacıbəyov, M.Ə.Sabir, Ə.Haqverdiyev, S.S. Axundov, A. Şaiq, Ə. Hüseynzadə

Озоновые люди

Советский писатель Анатолий Кузнецов, эмигрировавший в 60-х годах прошлого века в Лондон, наделал шумиху своими статьями и интервью. В своей статье, опубликованной 25 сентября 1969-го года в парижском эмигрантском журнале «Русская мысль», он поделил на категории советских писателей согласно их политическим воззрениям и тем самым дал импульс к напряженным дискуссиям. Кузнецов поделил известных советских поэтов и писателей на следующие категории: Oxumağa davam et

Türkiyədə islam inqilabı?

turkish army

Türkiyədə islam inqilabı?

Bəlkə siz də Atatürk sekulyarizminin keşiyini çəkən ordunun siyasiləşən dinə necə dözdüyünü özünüzə sual vermisiniz. Sizi bilmirəm, mən dəfələrlə düşünmüşəm bu haqda. Xüsusilə ötən ilin yayında İstanbula son səfərimdən aldığım təəssürat ovqatımı təlx eləyəndə.

O səfərdə İstanbulu bir başqa yandan gördüm. Təəssüf qarışıq qəribə, anlaşılmaz duyğularla döndüm ordan. Əvvəllər min bir rəngə çalan şəhər boyası qaçmış gəldi mənə. Bozun tünd çaları kimiydi. Gözəlim İstanbul dindar əyalət şəhərinə çevrilmişdi elə bil.

15 iyul axşamı hadisələri sosial şəbəkədə yazılanlardan, bir də “Euronews” kanalından izlədim. “Ordu TRT-ni tutdu” xəbəri gələndə “Feysbuk” səhifəmdə bir kəlmə yazdım: “Nəhayət!”

Yəqin bəziləri bunu sevinc nidası kimi anladı. Əslində isə bu, səksəkə içində gözlədiyin xəbərin qəfil çıxardığı səsə daha çox oxşayırdı. Oxumağa davam et

Клятва Мустафы Джемилева

Crimean Tatars

Клятва Мустафы Джемилева

«Нас затолкали в товарные составы, многие были в ночной одежде, даже одеться по-человечески не дали. Поезд всё шел и шел многие дни. Моя младшая сестра изнывала от жажды. Мать перерезала себе вену и поднесла к губам сестры, а малышка пила эту кровь вместо воды».

Это сказала мне в 1996 году пожилая крымская татарка, имя которой я забыл, но слова ее хорошо помню. Она продала свой дом в поселке Хырдалан под Баку и вернулась в Бахчисарай. Oxumağa davam et

Svetlana Aleksiyeviç və onun “Время секонд хэнд” kitabı haqda

“Adamlar və kitablar” silsiləsindən

Aleksievic

Qırıq talelərin pazl tablosu

Svetlana Aleksiyeviç və onun “Время секонд хэнд” kitabı haqda

Ondan başlayım ki, İsveç Kral Akademiyasının üzvlərini hansısa “qaranlıq” məqsədlər güdməkdə suçlayanlardan deyiləm. Onlar Nobel mükafatını kimə verdiklərini yaxşı bilirlər. Mənim bildiyim isə odu ki, mükafat onu təsis edənin vəsiyyətinə uyğun – siyasi-ideoloji motiv nəzərə alınaraq, uğur qazanmış ədəbiyyata verilir.

Svetlana Aleksiyeviçin bu mükafatı almasını adı hələ iki il əvvəl namizədlər siyahısında olanda gözləyirdim.

Özü haqqında, yazdığı kitabların mövzusu barədə bildiyimdən ona qarşı bir yaxınlıq duyurdum – başqa namizədlərin adı mənə heç nə demirdi. Bir vaxtlar eyni ölkənin vətəndaşı olmağımız, sonra ayrı-ayrı ölkələrdə yaşasaq da bənzər həyatımız bu yaxınlığın əsas səbəbi idi, belə bilirəm.

Mükafat ona onillər boyu yazdığı beş kitablıq “Utopiyanın səsi” adlı bədii-sənədli xronikaya görə verilib. Öz taleyini özü danışan “balaca adamlar”ın kiçik tarixçələrindən böyük tarix səlnaməsi yaratdığına görə.

Təqdimat törənində çıxışı, sonra İsveçin SVT-2 kanalının Nobel mükafatı alan başqa qaliblərlə birgə təşkil elədiyi dəyirmi masada dedikləri onu dinləyən hər kəs kimi məni də təsirləndirmişdi. Elə bilirdim, məndən danışır; eşidib-gördüklərimdən, xatirə-düşüncələrimdən, taleyimdən danışır.

Dəyirmi masada Svetlana Aleksiyeviç yazıçı ilə jurnalist, bədii əsərlə publisistika arasında əla paralellər apardı. Bilirsiniz, mükafatın ona verilməsi birmənalı qarşılanmadı – yazdıqlarına “publisistikadır” deyənlər oldu (Bizim son Milli Kitab Mükafatı müsabiqəsində bəndənizin “Çamayra. Kuba dəftəri”ni də eynən bu cür ittiham edənlər vardı). Bu ittihamlara isə onun cavabı qısa idi:

”Mərməri yonan vaxtı Rodeni daşyonan sayarsan, amma sonda yaratdığına baxıb ona heykəltaraş deyəcəksən. Jurnalist kimi danışdırdığım adamlar da beləcə, əsərlərimin material-qəhrəmanlarıdır, “balaca adamlar”dan mən əsər qəhrəmanı düzəltmişəm”.

svetlana1

Verilişin səhəri günü yaşadığım Karlskrona şəhər kitabxanasına gedib Svetlana Aleksiyeviçin rusca kitabını istədim. “Yoxdu, amma istəsən sifariş verib ala bilərik, 3-4 həftə çəkəcək”, dedilər. İstədim. Azərbaycan oxucusu üçün qəribə gələr, amma İsveçdə belədi – kitabxana oxucunun arzusuyla xarici ölkədən kitab alıb fonduna daxil edə bilir.

Bir ay sonra telefonuma sms gəldi: “Kitabı götürə bilərsiniz”. Gedib götürdüm. “Sekond hənd zamanı” (“Время секонд хэнд”) – Moskvada elə təzəcə, 5-10 gün olar nəşr edilib.

Onu qarlı bir həftəsonunda oxuyub bitirdim. Bir zamanlar vətənimiz olmuş SSRİ-nin mən görməyən üzü, vətəndaşlarının xarakteri və sovetdən sonrakı “azadlıq peşmanlığı” elə adamların öz diliylə bittə-bittə nəql olunur.

…Kitabı bizə maraqlı edən həm də hadisələrin zaman-məkan paralellərində Azərbaycanın dünəni və bu gününün boy verməsidi.

“İnsan özünü tanımır, tanısa – qorxaq”

Kitabın elə ilk səhifələrindən adamı Milan Kunderanın “Zarafat” romanının nəfəsi vurur. Oxşarlıq eyni ideologi-siyasi məkanda yaşayanların taleyindədi. Fərq isə ondadı ki, Kunderanın qəhrəmanları ümumiləşdirilmiş obrazlardısa, Aleksiyeviç canlı şahidləri əsərə gətirib.

Mövzudan yayınmayım, bircə onu deyim ki, Kunderanın başqa əsərləri kimi “Zarafat” da totalitar rejimlərin insan həyatında, mənəviyyatında oynadığı eybəcər rol haqda mükəmməl bir romandı. Başıbəlalı qəhrəmanların yaşadığı acı həyatın bir baş səbəbkarı var – sosialist sistemi! “Sekond hənd zamanı”nda isə yüzlərlə “Zarafat” qəhrəmanı var. Və Aleksiyeviçin bu yüzlərlə qəhrəmanı həm də sosializm yolunda fəda olmuş milyonların əvəzinə danışır.

…Oxuyanda elə bilirsən, əlindəki kitab deyil, güzgüdü. Oxumursan, güzgüyə baxırsan. Səni göstərir, sənə bağlı olan – babandan balanacan – adamları göstərir. Yaşadığın sovet və sovetsonrası ölkəni, orada əhatələndiyin adamları göstərir.

Kitab SSRİ-nin yaranışından çöküşünəcən, süqutundan bu günümüzəcən yaşanmış insan taleləri haqda elə o insanların öz dedikləri həqiqətlərdən ibarətdi. Müəllif epizodik hallarda görünür, o da izahlar, əlavə qeydlər gərək olanda. O, qəhrəmanlarıyla dialoqa girmir, müdaxilə etmir, sadəcə onların monoloquna şərait yaradır.

Bunlar isə adi monoloq yox, etiraf-çıxışlardı. Biri günahların etirafı – cəllad tövbəsidirsə, o biri bir ömürlük dərdin göyərən üzünü, nəhayət, açıb göstərmək məqamının yetişməsindən həyəcanlanan qurbanın şahidlik ifadəsidir.

Yazıçının ustalığı qəhrəmanlarını tövbə anına gətirə, onları inandıra bilməsindədi, mənəvi boşalması üçün onları öz aurasına çəkməsində, ruhi kontakt yaratmasındadı. “Sovet adamını yalnız sovet adamı anlaya bilər. Başqasına bunları danışa bilməzdim…”, – bunu sıradan biri yox, yüksək çinli Kreml məmuru deyir.

Svetlana Aleksiyeviçin istedadı həm də bu portret və səhnələri pazl parçaları kimi toplayıb sovet adamının bütöv bir rəsmini yaratmasındadı!

kommunalka

“Adi kommunalka… Bir mənzildə beş ailə – iyirmi yeddi nəfər yaşayır. Bir mətbəx, bir tualet… İki qonşunun dostluğu tutur: birinin beş yaşlı qızı var, o biri təkdi. Kommunalkalarda bir-birini güdmək adi hal idi. Dinləyirdilər, pusurdular. On metrlik otağı olanın gözü iyirmi metrlikdə yaşayanı götürmürdü. Bu da belə həyatdı… Və bir gecə “qara qarğa” gəldi. Balaca qızı olan qadını həbs etdilər. Qapıdan çıxanda rəfiqəsinə bunları deyə bildi: “Qayıtmasam, qızımı özünə götür, uşaq evinə vermə!” O da qızı götürdü. İkinci otağı da ona verdilər. Qız ona ana dedi – “Anya ana”.

On yeddi ildən sonra əsl ana qayıtdı. Rəfiqəsinin əlini, ayağını öpdü. Nağıllar adətən bu yerdə bitir, amma həyatda başqa sonluqlar da olur. “Həppi end”siz. Qorbaçov vaxtı arxivlər açılanda keçmiş düşərgə sakinindən soruşurlar: “İşinizə baxmaq istəyirsiniz?” – “İstəyirəm”. O da qovluğunu alır… açır… Elə üstəcə ondan yazılan danos idi… tanış xətdi… qonşu… “Anya ana”…imiş danosu yazan…

Siz bir şey başa düşürsünüz? Mən – yox. O qadın da heç nə anlaya bilmədi. Evə qayıtdı və özünü asdı… Mən ateistəm. Mənim Allaha çoxlu suallarım var… Atamın sözlərini xatırlayıram: “Həbs düşərgəsini dözüb yaşayarsan, amma adamları sinirə bilmək olmur”.

Kitab belə ağrılı tale səhnələriylə doludu.

 “Allah bilmir, balaca adam olmaq nə deməkdir!”

Homo soveticus yekcins deyil. Onun iki tipi var: “cəlladlar” və “qurbanlar”. Aleksiyeviçin kitabı başqa sovetoloji əsərlərdən həm də onunla fərqlənir ki, burada “cəlladlar” da “qurbanlar” kimi səmimi etiraf edirlər. Oxumağa davam et

Обезьянья диктатура

 

meymun cemiyyeti 3
Фото автора

Обезьянья диктатура

В копенгагенском зоопарке наибольшее мое внимание привлекли павианы. Тигры, превратившиеся в клетке в кошек, жеманные и медлительные жирафы, тоскующие по джунглям слоны, безразличные ко всему толстокожие носороги, верблюды, чья шкура на спине от отсутствия наездников истончилась словно у джейранов не были столь интересны, как эти обезьяны. Я битый час не мог отвести глаз от их лицедейства.

В огромной клетке находилось несколько десятков обезьян от мала до велика. Жизнь в этом вольере будто бы регулировалась особыми законами. Общество управлялось на основе четко заведенного механизма. Большая семья подчинялась воле отца-павиана. Не представлялось возможным, что от его контроля может ускользнуть хоть малейшая деталь. Он обладал правом вознаградить или наказать любую другую особь.

Во время моего посещения общество павианов вело свою привычную повседневную жизнь: самки кормили малышей, дети резвились и играли. Один взбирался на скалы, другой свисал с ветки, третий почесывал бок, ловкач отбирал от тихони снедь, а затем, будто злорадствуя, показывал осклабленные зубы, обиженный забивался в угол и смотрел куда-то вдаль печальным взглядом, обжора, расчищая руками яйцо от скорлупы, крепко зажимал ногами банан – одним словом, все обезьянничали.

Матери, держа новорожденных за хвост, не давали им отбиться. И когда куда-нибудь направлялись, то либо закидывали детенышей за спину либо таскали, ухватившись за хвост. Словно оберегали своих детенышей от других самок… А чего страшного могло произойти в огражденном вольере?! Может, давал о себе знать генетический страх, оставшийся со времен жизни в дикой природе. Но порой ужасные происшествия в огражденном пространстве не имеют себе равных по сравнению с тысячами опасностей, подстерегающих в лесах и джунглях.

Здесь как и в человеческом обществе шла тайная и явная борьба. Если присмотреться, начинаешь это ощущать. Вот бы разобраться во всех тонкостях! – тогда мне удалось бы написать интереснейший на свете репортаж.

Отец семейства восседает на самом высоком месте в вольере, на скалах и оттуда контролирует всю семью. Когда поднимается шумиха и обезьяны принимаются дебоширить, хватает одного окрика Отца-павиана, чтоб воцарилась полная тишина. Непокорные самки, нарушающие «правила» подвергались суровому наказанию. Они подвергались половому насилию Отца-павиана. Всего лишь за час мне пришлось стать свидетелем ровно трех таких наказаний.

meymun cemiyyeti 2Во время этого процесса самка смиренно подчинялась Отцу-павиану, покоряясь его желаниям. После «процесса наказания» самка становилась такой тихой, так боязливо забивалась в угол, что ни за что нельзя было бы предположить: именно она поставила вольер на уши своим дебошем (Но это декадентство особо не затягивалось, вскорости самка снова возвращалась к привычному настроению и действиям). А Отец-павиан рычал, бил себя в грудь и возвращался на свой трон в возвышении. Oxumağa davam et

Əmmaməli gələcək

emmamecilik

Əmmaməli gələcək

“Namizədlər” silsiləsindən 2-ci yazı

Feysbuk açılandan bəri dost-tanışın sayı da çoxalıb, çeşidi də. Amma bu yazıda feysbuköncəsi iman əhli dostlardan biri haqda danışmaq istəyirəm. Birinci yazıda deputatlığa namizəd arxadaşlardan bəhs eləmişdim. Bu dostum da namizəddir, amma bu, bir başqa cür namizədlikdir. Tələsməyin, deyəcəm. Oxumağa davam et

Azərbaycan vektoru

Avropa parlamenti

Azərbaycan vektoru

Dünən Avropa Parlamenti müstəqilliyini Avropa vektorlu ümumbəşər dəyərlər təməlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi elan edən bir dövlət haqqında onun müstəqillik tarixi ərzində ən utancverici bir qətnamə qəbul elədi.

Avropadan, bütün dünyadan haqq, ədalət uman dövlət haqqsızlıq, ədalətsizlik mücəssiməsi kimi – vətəndaşının söz və ifadə azadlığını tanımayan, haqqını boğan, ədalətini tapdayan, varını talan edən bir dövlət kimi təqdim olundu. Oxumağa davam et

Смерть с миссией спасения – Лех Качиньский

kaczynski_lech_i_inny

Смерть с миссией спасения

(Светлой памяти Президента Польши Леха Качиньского)

Я был потрясен случившейся на прошлой неделе трагедией в Киргизии, превратившей в кровавое море родину многих моих любимых друзей. К тому же тех друзей, которые неоднократно доказывали готовность пожертвовать жизнью ради этой страны. Я был свидетелем их сверхчеловеческих стараний посадить древо свободы на своей родине. А теперь становлюсь свидетелем того, как хрустят их растоптанные мечты.

Не успела осесть пыль недоброй вести из Киргизии, как весть о смерти президента Польши нависла надо всем как туман, шокировала весь мир. Его самолет попал в катастрофу близ Катыни, где покоятся останки тысяч польских офицеров. Президент Лех Качиньски отправлялся возложить венок на могилу, выкопанную по отданному 70 лет тому назад приказу, но вместо этого отдал жизнь.

До того, как приступить к этой статье, я успел посмотреть привезенный из Польши два года назад фильм «Катынь». Я не понимал по-польски ничего за исключением нескольких общеславянских слов, но фильм понял полностью. В тот же вечер заново просмотрев фильм на одном из российских телеканалов, я увидел, что понял суть по прежнему просмотру верно. Этому есть одно объяснение: радость бывает разная, а вот горести и несчастья изъясняются на одном языке.

***

Я нашел на карте Катынь. Затем Бишкек. Взгляд невольно остановился на городе между ними, чье название было написано самыми большими буквами – МОСКВА…

***

Нас с Лехом Качиньским познакомила в 2005-ом году Ирена Ласота. Мы тоже присоединились к выставке, организованной городской мэрией. Мэр Варшавы был одним из наиболее реальных кандидатов на пост президента. Польские друзья смотрели на него с надеждой, говорили, что в случае его победы пройдут серьезные реформы как во внутренней, так и во внешней политике Польшы. Он был похож на улыбчивого, шутящего со всеми, искреннего человека. В отличие от нас – людей восточных, житель Запада, и в особенности политик постоянно улыбается, старается выглядеть дружелюбно, тем более в предверии выборов. Мое скептическое отношение к политикам наверное продиктовано тем, что я гражданин посткоммунистической страны, всё еще не установившей желанную демократию. А друзья настаивали на том, что он особенный политик, идеалист, который прошел с незапятнанной репутацией сквозь годы «Солидарности», одним словом «наш человек». Кому еше кроме друзей я мог бы поверить?! В тот год его избрали президентом, в последующие годы он подтвердил сказанное друзьями и заставил их гордиться.

alg-crash-russia-jpg

***

В Европе вряд ли найдется другой такой испытавшей беды страны, как Польша. Веками чужие войска пересекали ее с востока на запад, с запада на восток, дробили, делили, держали в плену, уничтожали граждан и интеллигенцию, равняли с землей города. Однако никому не удалось сломить польский дух, наоборот воля этого народа закалилась как сталь, заняла передний край борьбы с фашизмом и коммунизмом, стала маяком свободы многих других народов. Сохранить свое человеколюбие даже после стольких мучений (я не встречал там ультранациональных сил, охвативших ныне страны Европы и даже не слышал о них), не питая ненависти к своим мучителям выказать смелость на пути чаяний Павла II, сказавшего «Европа должна дышать обоими легкими» – это феноменальное событие, миссия сострадания…

***

Наверно, пресса еще долго будет писать о тысяче предполагаемых версий этой авиакатастрофы. Столько же сомнений на долгие годы угнездится в сердцах. В мире живет столько «состарившихся» сомнений и подозрений: Моцартовское подозрение «ходит с клюкой, согнувшись в три погибели»; смерть Кеннеди еще «свежа» на вид, гильза от пули, пущенной Агджаном в Папу, еще не остыла. Подозрения по поводу первой Катыни длились 70 лет. Рассеется ли за 70 лет туман подозрения над второй Катынью?

Российская диссидентка Валерия Новодворская убеждена, что «Лех Качиньский расплачивается за поддержку Грузии, героический визит в Тбилиси, выделения мест и стипендий в университетах белорусским студентам, предоставленный чеченским беженцам и сайтам кров, обвинения в адрес Ярузельского, антисоветскую и антикоммунистическую деятельность, ориентацию на Запад, фильм «Катынь», связанные с Катынью вопросы и активность в НАТО».

Он показал всем место Польши в объединенной Европе. Подтвердил ее статус и миссию в Восточной Европе.

***

Лех Качиньский отправился вместе с супругой и группой польской элиты, состоящей из военных, политиков, деятелей науки и культуры освободить стонущие годами души тысяч соплеменников, заблудившихся в лесу той страны, которая доставила столько мук его родине. Он попал в воронку радости, образованную от столпотворения свободы заключенными в оковы душами, прождавшими 70 лет в тоске. Отдав в качестве залога собственную душу, он вызволил из плена армию душ – пламенных сердец, светлых голов своего народа. И отправил их в Польшу, проживающую лучшие свои времена за последние 200 лет.

…Катынь все еще остается лагерем душ на западе России. И продолжит оставаться до тех пор, пока не придет новый спаситель.

Вахид Гази

15 апреля 2010-го года     

http://musavat.com/news/kolumnisti/smert-s-missiey-spaseniya_258693.html

http://minval.az/author/694