Qarabağ aynasında Azərbaycan

Müəllifdən

…Bizim bölgəyə sülh axırıncı erməni sərhəddən yola salınanda gələcək. Qarabağ münaqişəsi 1988-ci ildə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası ilə başlayıb, ermənilər Azərbaycandan çıxarılanda bitəcək.

Ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq yazar kimi belə fikirləri dilə gətirmək asan deyil. Erməni faşizmi qohum-əqrəbamı, dost-tanışımı qətlə yetirsə də, nəslimi qaçqın ömrü yaşamağa məcbur etsə də, nənəmin, babalarımın qəbir yerini şumlasa da, şəhərimi Xirosima görkəminə salsa da, bunu yazmağı özümə rəva bilməməliyəm. Amma yazı-pozu adamının bir missiyası da həqiqətin məhrəm yerlərinə çəkilmiş örtüyü götürmək, əsl üzünü göstərməkdir. Həqiqət isə budur: Qarabağda erməninin qalması sülh üçün təhdiddir, növbəti münaqişəyə zəmindir – dünyada bu qədər dövlətin Qarabağda müharibə ocağının sönməsini istəməməsi bu həqiqətin çılpaq üzüdür! Ermənistanda azərbaycanlı qalmadığı kimi Azərbaycanda da erməni qalmır – yalnız başabaş dəyişim qalıcı sülhün təminatı ola bilər!

Diqqətli oxucu bənzər fikirlərə kitabı oxuyanda da rast gələcək. Xüsusən də 44 günlük müharibədən sonranın yazılarında.

…Qarabağda işimiz bitməyib, dava hələ uzundur. Demək, Qarabağ mövzulu yazılar da bitməyib, hələ çox yazılacaq.

…“Ruhlar şəhəri. Yurd yazıları” adlı kitabım nəşr olunandan sonra Qarabağa aid başqa yazıları da toplayıb ayrıca kitab halına salmaq qərarına gəldim. Əvvəlki kitaba əsasən Ağdama həsr edilən esse, məqalə, xatirə, gündəlik qeydləri daxil idisə, burada 1991-ci ildən üzü bəri Qarabağ mövzusunda yazdıqlarım cəmlənib.

Bu yazıların bəzilərində Qarabağın tarixinə, onun mən görən çağlarına bələdçiliyimlə səfər edəcək, yurdun xoşbəxt çağlarından pay alacaqsınız, bir qismində onun ən ağrılı günlərində baş verən hadisələrə şahidliyimlə baxacaqsınız, neçə qırıq tale ilə, yarımçıq ömürlə, acı həyatla tanış olacaqsınız. Ovqatdan ovqata düşəcəksiniz. Amma heç bir yazıda nə vaxtsa ümidsiz olduğuma, torpaqların bir gün azad ediləcəyinə inamsız qaldığıma rast gəlməyəcəksiniz! Çünki Qarabağın azad olunması üfüqlərdə belə görünməyəndə, Qarabağ mövzusu toplumun gündəmində lap “cari məsələlər” sırasına düşdüyü zamanlarda da ümidsiz olmadım…

İçindəkilər

Şahmat taxtasında beysbol. Soyqırım düşüncələri

Zirzəmidə gecələyən şəhər. Şuşaya sonuncu səfərim

Azadlıq qiymətinə foto. Qarabağın ilk qurbanları Əli və Bəxtiyarın xatirəsinə

Boşluqda sallanan ümid

Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov

Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır

Qarabağ iməciliyi

Kerolayn Koks, Yelena Bonner və soyqırım debatları

Solovyov, Petruşka və acı Qarabağ həqiqəti

Lavrovun dəfnə çələngi

25 il keçib, hanı Qarabağ? Qarabağ mitinqində nələr deyərdim?

Qarabağın açarı

Qarabağı pulla almaq

Divarın o üzündən gələn səs

Şuşa inauqurasiyası, mən və qarğalar

Qarabağdan danışmaq yasaqlanır?..

Ofşorda qalan Qarabağ

Bədlikdən çıxmaq. Qarabağ yürüşünə sözardı

İsveçin xarici işlər naziri Ann Lindeyə məktub

İsveç Xarici İşlər naziri Ann Lindenin cavab məktubu

Bizi dəyişən müharibə

Rusiyanın iti, Putinin bülbülü və sair

Иван, уходи из Карабаха!

Postmüharibə sindromu

Xankəndi. Birinci yazı

Xankəndi. İkinci yazı

Yurd yerindən sürreal reportaj

Yaddaşı silinən şəhər

Qarakəndli Anuşun təbəssümü

Ağdama yol Bakıdan keçir

Xruşşov dövrünün Qarabağ şəhidi

Şuşalı foto. 1 mayda Qarabağ düşüncələri

Gəncəsər xatirələri

Sevgilisinin məktubunu saxladığım şəhid

17 yaşlı Anarın 40 yaşına

Sevgi düsturu. Mübariz İbrahimova

Qarabağ aynasında Azərbaycan

Atam məni Stepanakertə futbola aparmadı

Kitabı buradan YÜKLƏYİN:

Bir şərh yazın