Paytaxtın köçürülməsi məsələsi son 30 ildə dəfələrlə gündəm mövzusu olub. Yeni paytaxt üçün müxtəlif yerlər təklif edilib. Artıq paytaxtın köçürülməsini Bakının, eləcə də Abşeronun bugünkü reallığı da diqtə edir. Deyilənə görə yarımadada ölkə əhalisinin yarısı cəmlənib.
…Bizim bölgəyə sülh axırıncı erməni sərhəddən yola salınanda gələcək. Qarabağ münaqişəsi 1988-ci ildə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası ilə başlayıb, ermənilər Azərbaycandan çıxarılanda bitəcək.
Ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq yazar kimi belə fikirləri dilə gətirmək asan deyil. Erməni faşizmi qohum-əqrəbamı, dost-tanışımı qətlə yetirsə də, nəslimi qaçqın ömrü yaşamağa məcbur etsə də, nənəmin, babalarımın qəbir yerini şumlasa da, şəhərimi Xirosima görkəminə salsa da, bunu yazmağı özümə rəva bilməməliyəm. Amma yazı-pozu adamının bir missiyası da həqiqətin məhrəm yerlərinə çəkilmiş örtüyü götürmək, əsl üzünü göstərməkdir. Həqiqət isə budur: Qarabağda erməninin qalması sülh üçün təhdiddir, növbəti münaqişəyə zəmindir – dünyada bu qədər dövlətin Qarabağda müharibə ocağının sönməsini istəməməsi bu həqiqətin çılpaq üzüdür! Ermənistanda azərbaycanlı qalmadığı kimi Azərbaycanda da erməni qalmır – yalnız başabaş dəyişim qalıcı sülhün təminatı ola bilər!
İsveçin “P2” radio kanalında qulağım tanış bir hava aldı. Qürbət eldə doğma musiqinin doğurduğu hissdən danışmayım, özümlə qalsın.
Dinləyirəm, amma sonacan kəsdirə bilmirəm – Qara Qarayevin “İldırımlı yollarla” baletidir, ya Fikrət Əmirovun simfonik muğamlarından biri? Radioya səs verib xəyallara dalmışam. Birdən orkestr 100 faiz əminliklə tanıdığım musiqiyə keçdi. Bu ki Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasındakı rəqsdir! Beynim sanki yenidən oyandı. O bəstəkarlar öz əsərlərində Hacıbəyovun musiqisindən istifadə ediblərmi? Eşitməmişəm!
Yayda nənəm Bakıdan bizə gələrdi. Gəlişi günlərimizi gur, şən edərdi. Qohum-əqrəba, qonum-qonşu onu görmək üçün bizə yığışar, yaxud da qonaq aparardılar. Ağdamdakı tay-tuşları nənəmi gah Ordubad qızı, gah da Tiflis gəlini çağırardılar. Bu sözləri ən çox qonşumuz Ağca xaladan eşitmişəm.