
O göydəki ulduzlar haqqı
Şaxtalı İsveç gecəsinə işıq salan aylı-ulduzlu göy üzü isti bir uşaqlıq xatirəmi xatırlatdı.
Az qala 50 ilin söhbətidir… Evimizdəki kirayənişin qızların səs-küyü həyəti başına götürmüşdü. Axşamüstü başlayan qar aləmi dümağ rəngə boyamışdı. Yalan olmasın, yerdə mənim diziməcən, budaqlarda da qarğa dimdiyi boyda. Həyətimiz ilahi bir ovsunla qəfil işıqlanmışdı.