Lavrovun dəfnə çələngi
Özümə yüz kərə demişəm gündəm söhbətlərinə qoşulmayım, olmur. Səbəbi sadədi, çox vaxt gündəmin “materialı”nı, yəni nədən hazırlandığını, nə məqsəd güddüyünü anışdıra bilmirəm. Elə ustalıqla gündəm düzəldirlər ki, heç mətbuat professorları da baş açmaz hansı “kitayski”di, hansı “orijinal”.
Saytlarda oxudum ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir söz deyib:
“Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil”.
Onun bu açıqlaması neçə gündü gündəmdədi. Mən də düşdüm gündəm “tələ”sinə. Qoşuldum Lavrov haray-qışqırığı salanlara, atdım özümü gündəmin gur yerinə, feysbukda belə yazdım:
“Lavr” bizim dildə dəfnə ağacı deməkdi. Lazım gəlsə, Lavrovlara dəfnə budaqlarından çələng də hörərik. O biri ”lazım”a baxmayın, bu ”lazım”a həmişə hazırıq…”
Sonra da yazdığıma məəttəl qaldım. Yahu, bu Lavrov təzə nə deyib ki, özümüzə belə əl qatırıq? Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bizim bələkdəkilərdən savayı hansı kəsimiz bilmir ki?!
Qarabağ 25 ildi bizim daxili yox, xarici işimizdi! Oxumağa davam et