Dünyəvi azadlıqların qurudulan çəmənliyində dini fanatizm at oynadar

Dünyəvi azadlıqların qurudulan çəmənliyində dini fanatizm at oynadar

30 ildir ehtiyatla ehtimal edirdik indi gördüklərimizi – hicab bəhanədir – çiban əvvəl-axır deşilir.

Ölkəmizdə sekulyar sovet diktaturasının çöküşündən sonra din özünün müxtəlif radikal təriqət qanadlarıyla ilk olaraq qaçqın düşərgələrində ayaq açmağa başladı. ”İran qaçqın düşərgəsi”ndə, ”ərəb çadır şəhərciyi”ndə. Ölkənin ağır durumunda bizə humanitar yardım əlini uzadan din qardaşlarımız çadırlarla yanaşı o düşərgələrdə məscidlər, mədrəsələr də tikdilər.

Oxumağa davam et →

İslam islahatlarına doğru

Şəriətdə islahatlar qaçılmazdırmı?

Abdullahi Əhməd ən-Naimin “İslam islahatlarına doğru: vətəndaş azadlıqları, insan hüquqları və beynəlxalq hüquq” kitabı haqqında bir neçə söz

ABŞ-ın Emori Universitetinin hüquq üzrə professoru A.Ə. ən-Naimin “İslam islahatlarına doğru: vətəndaş azadlıqları, insan hüquqları və beynəlxalq hüquq” (Toward an Islamic Reformation: Civil Liberties, Human Rights, and International Law) kitabının orijinalı ingilis dilində 1990-cı ildə ABŞ-ın Sirakuza Universitetinin nəşriyyatı (Syracuse University Press) tərəfindən çap olunub. Ön söz və 7 fəsildən ibarət olan bu kitabda müasir dövrün ən ciddi problemlərindən biri – islam hüququ (şəriət) ilə ictimai hüquq sferasını əhatə edən müasir konstitusionalizm, cinayət hüququ, beynəlxalq münasibətlər, insan hüquqları anlayışları arasındakı kəskin və barışmaz ziddiyyətlər təhlil edilir, şəriət qanunlarında Quran və sünnə əsasında köklü islahatlar aparılması yolları araşdırılır.

Oxumağa davam et →