Qanzasar xatirələri

Gandzasar-11

Qanzasar xatirələri

Vəngdən üzüaşağı Koladağadək (biz ona Koladayı deyirdik) uzanan yaşıl meşənin Damğanlı kəndilə Turş-su bulağı arasındakı yolun üstündə böyüklərimizin qurduğu çadır alaçıqların əl içi kimi göründüyü yerində “qala” quranda uzaq 1975-ci ilin qızmar Qarabağ iyulu idi. Biz – bir dəstə uşaq ulu babalarımızın da yaylamağa gəldiyi Koladayı meşələrində ən “strateji” yerin kol-kosunu təmizləyib, torpağından “qala” düzəldəndə, ağac budaqlarından cürbəcür silahlar qayıranda, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzüyoxuşa – Qandzasar kilsəsinə, o biri gün üzüyenişə – nənəmizin çadırına ərzaq dalınca gizli “hərbi yürüşlər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi. Oxumağa davam et