Azad Fikir Universitetinə hücum
“Azad Fikir Universiteti” Azərbaycanın vətəndaş cəmiyyəti tarixində demokratiya adına həyata keçirilən ən uğurlu layihələrdəndir. Bunu 17 il ölkədə demokratiya layihələri gerçəkləşdirmiş biri kimi tam məsuliyyətiylə deyirəm. Özümüzü “Dəli Kür”dəki “rus Əhməd” bilib şəhər, kənd deməyib işləyəndə, illər sonra işimizin faydasını görməyib ümidsizliyə qapılanda bu uşaqlar çıxdı meydana. Daha savadlı, daha gözüaçıq, daha inamlı. Bu gün bu gənclikdi Azərbaycanın sabaha inamı, ümidi. Onlardı cəmiyyətin tək yaşam nişanəsi qalan titrək nəbz vuruşu. Onlara hücum o son yaşam nişanəsi – qəlb döyüntüsünü susdurmaqdı! Buna biganə qalmaq da ən böyük nadanlıqdı!
10.04.13