Воспоминания о Гандзасаре

Gandzasar monastery 1

Воспоминания о Гандзасаре

Эссе из цикла «Следы памяти»

Стоял жаркий Карабахский июль далекого 1975-го года, когда мы строили «крепость» на проглядывающем как на ладони месте палаток-шатров своих родителей, старших родственников; эти палатки-шатры они возводили на дороге между родником Турш-су и деревней Дамганлы, расположенной в зеленом лесу, распростертом вниз от Ванк до Колатага (который мы называли Коладайы). В те времена, когда мы, стайка мальчишек, расчищали от сора самую «стратегическую» позицию в лесах Коладайы, куда приходили летовать и наши прадеды, когда мы строили из земли «крепость», мастерили из веток всевозможное оружие, проводили ограду и разбивали «военный» лагерь, совершали «боевые вылазки» – утром наверх в Гандзасарскую монастырь, вечером вниз в палатку бабушки за продуктами, так вот в те самые времена даже фильм «Рембо» еще не был снят.

Гандзасарский Албанский монастырь мы «брали» в один присест, но «удержать» не могли. Потому что никак не получалось взобраться на самую высокую ее точку, где раньше висел колокол и где сейчас устроили себе гнезда сотни голубей, шарахающихся в стороны при нашем появлении. Мы даже не брали себе копейки, брошенные паломниками в покоящийся в полумраке монастыря́ толстый каменный сундук с выдолбленной посередине прорезью. Нельзя было. «Без трофеев» интерес к монастыря́ пропадал быстро, и мы покидали ее «без боя», чтобы заново «покорить» вершину. Таким вот образом мы не становились ее хозяевами. Много позже мы поймем: исторические памятники словно прекрасная женщина, драгоценное украшение – если не заявишь свои права ты, кто-нибудь другой обязательно это сделает. Oxumağa davam et

Solovyov, Petruşka və acı Qarabağ həqiqəti

Petruska Praqa

Solovyov, Petruşka və acı Qarabağ həqiqəti

Ondan başlayım ki, məni bu yazını yazmağa Rusiyanın ermənipərəst jurnalisti Vladimir Solovyov sövq elədi. Daha dəqiqi, onun ölkə prezidentiylə söhbətdən sonra verdiyi müsahibəsini dinləyəndə xeyli vaxtdı fikrimdən çıxmayan, neçə dəfə yazmağa qalxsam da, qaralaya bilmədiyim bir görüş təəssüratımı yazmağa qərar verdim. Oxumağa davam et

Ходжалы. Фильм «Ад»

Из цикла «Люди и книги»

Фильм «Ад»

О книге Вюсали Мамедовой «Великий вопль в аду»

«Дюжий армянин достал из кармана штык-нож, смял в кулак платье стонущей на столе девушки и разорвал ткань на груди. Только-только округлившиеся груди девушки уже находились в его ладонях. Верзила изо всех сил мял и тискал груди девушки… «Нет, хороши. Мне нравится!», – с этими словами армянин отрезал начисто штык-ножом в руке груди, которые держал в ладони… Пройдут месяцы, годы, десятилетия, но вопль девочки-подростка никогда не покинет слуха пленных, собранных в этом подвале… Девчушка кричала в беспамятстве. Она уже не звала на помощь даже отца, а просто кричала и кричала. Среди ее воплей можно было с трудом расслышать возглас «Аллах!». Но нечеловеческая боль заглушала, прерывала и это слово… Может, вовсе и не аллаха она призывала в страдании… Дюжий армянин взял в руки ее только что отрезанные груди и отошел от стола. Лежащая на столе девчушка выла, ухватившись за искалеченное тело… Верзила-мучитель с хохотом подбросил в воздухе кровавую плоть, а затем швырнул ее вверх. Отрезанная плоть шмякнулась об лицо рыдающего мужчины, всё это время пытающегося вырваться из удерживающих его рук армян, шмякнулась об лицо и скатилась к его ногам. Лицо отца запачкалось кровью… Но самым ужасным было то, что среди заложников находились еще четыре девочки-подростка. А это означало, что зарыдают еще четыре отца, еще четыре матери потеряют сознание, еще четыре ребенка примутся кричать и выть на столе и четыре пары грудей будут подброшены в воздухе и разлетятся в стороны, забрызгав кровью лица обезумевших заложников… Еще многие годы спустя в снах спасшихся от плена заложников будет взмывать в воздух отрезанная женская плоть и станут рыдать отцы…»   

khojaly 9

Это – фрагмент из книги Вюсали Мамедовой «Великий вопль в аду». Там много таких надрывающих сердце сцен. Герои книги – не вымышленные художественные образы, а реальные люди, пережившие страшные пытки. Я наслышан о зверствах, учиненных над пленными. Я встречался в Агдаме с освобожденными и потому был в курсе их состояния, того, что им выпало испытать.

Возможно, именно поэтому книга с первой же страницы втянула меня в воронку горьких воспоминаний… Oxumağa davam et

Lavrovun dəfnə çələngi

Image result for лавровый венок в риме

Lavrovun dəfnə çələngi

Özümə yüz kərə demişəm gündəm söhbətlərinə qoşulmayım, olmur. Səbəbi sadədi, çox vaxt gündəmin “materialı”nı, yəni nədən hazırlandığını, nə məqsəd güddüyünü anışdıra bilmirəm. Elə ustalıqla gündəm düzəldirlər ki, heç mətbuat professorları da baş açmaz hansı “kitayski”di, hansı “orijinal”.

Saytlarda oxudum ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir söz deyib:

“Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil”.

Onun bu açıqlaması neçə gündü gündəmdədi. Mən də düşdüm gündəm “tələ”sinə. Qoşuldum Lavrov haray-qışqırığı salanlara, atdım özümü gündəmin gur yerinə, feysbukda belə yazdım:

“Lavr” bizim dildə dəfnə ağacı deməkdi. Lazım gəlsə, Lavrovlara dəfnə budaqlarından çələng də hörərik. O biri ”lazım”a baxmayın, bu ”lazım”a həmişə hazırıq…”

Sonra da yazdığıma məəttəl qaldım. Yahu, bu Lavrov təzə nə deyib ki, özümüzə belə əl qatırıq? Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bizim bələkdəkilərdən savayı hansı kəsimiz bilmir ki?!

Qarabağ 25 ildi bizim daxili yox, xarici işimizdi! Oxumağa davam et

Xruşşov dövrünün Qarabağ şəhidi

nazim-haciyev-xrussovla

Vəli Axundov, Nazim Hacıyev, Nikita Xruşşov, Niyazı və başqaları

Xruşşov dövrünün Qarabağ şəhidi

Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!

Çingiz Hüseynovun “Минувшее – навстречу” (“Mənə sarı addımlayan keçmişim”) memuarının “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.

Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.

Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istədim.

Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.

SSRİ ilə münasibətlərin yumşalmasından istifadə edən ABŞ-dakı erməni diasporu sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.

36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.

Kitabdan oxuyaq:

“- Xruşşov: “Məruzəçiyə kimin sualı var?”

– Mikoyan Hacıyevə “sən” deyə müraciət edərək: “Sən qatı millətçiymişsən ki! Sənə belə bir vəzifəni necə həvalə ediblər?”

– Xruşşov Mikoyana: “Şəxsiləşdirmə, mövqeyini bildir”.

– Mikoyan: “Beynəlmiləlçilik prinsipindən çıxış edərək, hesab edirəm ki, erməni diasporunun xahişini yerinə yetirməliyik, xüsusilə, Amerika ilə dostluq münasibətlərimizin yarandığı indiki vaxtda bu, əhəmiyyətlidir”.

Nazim Hacıyevin inadlı dirənişiylə keçən uzun müzakirələrə Xruşşov belə yekun vurur: “Sərhədlərə əl vursaq bir “bardak” yaranar ki, sümükləri yığışdıra bilmərik. Odur ki, sovet ailəsində dostcasına yaşamağa davam edək”. Oxumağa davam et

17 yaşlı Anarın 40 yaşına

anar1

17 yaşlı Anarın 40 yaşına

Sizə bir oğlandan danışmaq istəyirəm. Əliyev Anar Akif oğlundan. Bu ad sizə heç nə demir. Tanımırsınız. Oxumağa davam et

Allah vermişdi Allahverdini

Allahverdi Bagirov

Allah vermişdi Allahverdini

Allahverdi Bağırovun 70 yaşı tamam olur bu gün. Nədənsə mənə qəribə gəlmir onu 70 yaşında təsəvvür eləmək. Tək mənə yox, onu tanıyan hər kəsə qəribə gəlməz, düşünürəm. Onu elə cavanlığından ağsaqqal tanıdıq hamımız, yəqin, ondandı. Oxumağa davam et

К армянским манипуляторам

panorama-am

К армянским манипуляторам

Войны – это короткие фрагменты описанного в религиозных книгах ада на Земле

Сайт Panorama.am без моего разрешения (и даже ведома) перевел на русский язык, вырвал из контекста и опубликовал мою статью “Xaçaturyanın qələbə süitası” (“Победная сюита Хачатуряна”), которая изначально была нацелена на азербайджанского читателя.

Это было представлено,  как мое открытое письмо.  Я знаю, что это обычное дело во время информационной войны – каждый адаптирует информацию под свои интересы, но уважающие себя СМИ,  верные журналистской этике, так не поступают. Oxumağa davam et

Hikmət Sabirğolunun 50 yaşına neçə günsə qalmış

Hikmet  Sabiroglu

Darıxan səbr

Hikmət Sabirğolunun 50 yaşına neçə günsə qalmış

Bir dəfə jurnalist Sevinc İltifatqızı müsahibə üçün suallar göndərmişdi. Biri bu idi: “Azərbaycandakı dostlarınız sizin üçün darıxır. Siz necə? Azərbaycan üçün darıxırsınız?

Belə cavab vermişdim: “İki cür darıxmaq var: biri zamanı saatla, günlə ölçənlərin darıxmağıdı, o biri də illə, əsrlə ölçənlərin. Bütün mənalarda darıxmanın ünvanı insanın özüdü. Məndə klassik anlamda darıxmaq hissi yoxdu. Adam nə üçün darıxa bilər? Gördüyü yer, yaşadığı an, sevdiyi adam üçün, siyahını uzatmaq da olar, yəni, özünün iştirakçısı olduğun zaman və məkan üçün. Sən başqasının yaşadığı həyat, sevdiyi insan üçün darıxa bilməzsən ki! Biz kim üçünsə darıxırıq deyəndə əslində özümüz üçün darıxırıq, sadəcə özümüzün konkret bir həyat kəsimində olduğumuz zaman üçün. Darıxmanın səbəbi ayrılıq olanda ağrılar başlayır. Ayrılıq fizioloji duyğu olduğundan çətin yaşanır. Sualınıza isə yarızarafat belə cavab verim: Şuşayla Hikmət Sabiroğlunu versinlər mənə, bəsimdi, darıxmaram!” Oxumağa davam et

“ Mən… əzilənlər arasında olmaq istəyirəm. Həyat oradan daha aydın görsənir.”

fred asif

Milli qəhrəman Fred Asifdən 23 il əvvəl aldığım bu müsahibəni kompüterin illərlə açılmayan qovluqlarında eşələnəndə gözüm biqəfil aldı. Kompüter təzə-təzə çıxan vaxtlar yazmağı öyrənəndə bəzi köhnə qəzet yazılarımı yığıb yaddaşa verirdim ki, qalsın. Bundan əvvəl “Zirzəmidə gecələyən şəhər” yazısını da beləcə təsadüfən tapmışdım.

Oxumağa davam et