Elnur Elgünün suallarına cavab

oland

“Qarabağ de-fakto bizim deyil, de-yuri isə qarantı hələ ki, neftimiz və neft borumuzdu”.

Elnur Elgünün suallarına cavab

 – Vahid bəy, Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində təbliğatımızı necə qurmalıyıq ki, dünya səsimizi eşitsin, kor olmuş gözəllər açılsın?

 – Fikrimcə “Azərbaycan həqiqətləri” deyilən o “vacib xəbəri” ilk növbədə Azərbaycan xalqının özünə çatdırmaq lazımdır. Özü də pıçıltı ilə yox, qulağının dibində qışqırmaqla. Bəlkə belə diksinib ayılaq. Ayılıb “Azərbaycan həqiqətləri”ni özümüz görək, səsimizi özümüz eşidək, öz kor olmuş gözlərimizi açaq. Bunu edə bilsək, inanın, dünya özü bizi dinləyəcək.

Son illər dilimizi yağır eləmiş “Azərbaycan həqiqətləri” ondan ibarətdir ki, gözümüzün qabağında Qarabağ boyda vətən torpağı, mədəniyyət incisi əldən çıxmaqdadır. Qarabağ de-fakto bizim deyil. Onun de-yuri qarantı hələ ki, neftimiz və neft borumuzdu. Vaxtilə neft əvəzinə Qarabağı qaytarmaq haqda düşünürdük, alınmadı. Bu gedişlə post-neft dövründə Qarabağın hüquqi itirilməsinin konturları görünür.

Ölkə korrupsiya bataqlığında boğulur, özü də bataqlığın üfunət qoxuyan yerindəyik. Bataqlıq üfunəti qoxuyana, hansı dünya yaxın durar, səsini eşitmək istəyər.

 – Ziyalılar, siyasi analitiklər Fransa parlamentinin məlum qərarını arxasında bir çox səbəblərin durduğunu qeyd edirlər. Sizcə, Fransa niyə bu qədər türkün üzərinə gedir? Doğrudanmı, bu ölkədə bu qədər güclü erməni sevgisi var?

– Əgər kimsə desə ki, Fransa Minsk qrupunun üzvü olanda türkün dostu idi və Qarabağ probleminin ədalətli həllinə dəstək verəcəyinə ümidliydi, bilin ki, sizin gözünüzün içinə baxıb sizi aldadır. Necə ki, 20 ildir gözümüzün içinə baxıb ağ yalan deyirlər. Fransanın hər bir güclü xristian dövlət kimi, uzun əsrlər Avropanı təlaş içində saxlayan müsəlman inanclı bir xalqa özəl münasibəti var. Və bu münasibət diplomatiyanın etik pərdəsinə bürünsə belə öz məkrini gizlədə bilmir. Fransa prezidentinin öz xeyir-duasını açıq şəkildə verdiyi  parlamentin son qərarı həm bu dövlətin strateji siyasəti, həm də bugünkü iqtidarının maraqlarından doğub. Deyilənlərin üstünə yarım milyondan artıq ictimai-siyasi çox fəal erməni icmasını da gələndə fikrimcə, mənzərə aydın olur.

 Belə olan halda ATƏT-in Minsk qrupunda Fransanın qalmasının yerı varmı? Bəlkə Almaniya və İngiltərənin yeri dəyişdirilməsi münaqişənin həllinə hansısa bir formada təsir edə bilərmi?

– Almaniya və ya Britaniyanın Fransanı əvəz eləməsi problemin həllinə köklü təsir edəcəyinə inanmıram. Fransanın əvəzinə Avropa Birliyinin bu prosesə qoşulmasından söz açılır hərdən. Avropa Birliyi prosesə qoşulmağa bir qədər həvəsli kimi görünür, amma nəzərə alanda ki, burada qərarlar konsensus əsasında qəbul olunur, bunun da perspektivi aydın görünmür. Odur ki, təkrar edirəm, bütün səbəbləri ilk növbədə özümüzdə axtaraq, tapaq və həll edək. Sonra kənar maneələri dəf eləmək indiki kimi çətin görünməyəcək.

 Günaz.TV

17.01.12

Kuba səfəri ilə bağlı müsahibə

snv31653

«Kubada maşınla adam vurana 15 il iş verirlər, inək vurana 25 il»

Ötən ilin mayında «Media forum» jurnalist Vahid Qazinin Kuba səfərindən fotoreportaj vermişdi. Jurnalist şəkilli söhbətdə Kubanın ictimai-siyasi, sosial-iqtisadi durumundan söz açmış, insan haqları problemindən bəhs etmişdi. Bugünlərdə V.Qazi yenidən Kubada səfərdə olub. Ötən ildən bəri bu ölkədə bir çox dəyişikliklər baş verdiyini, o cümlədən 1959-cu ildən hakimiyyətdə olan Fidel Kastronu dövlət başçısı postunda qardaşı Raul Kastronun əvəz etdiyini nəzərə alaraq həmkarımızla söhbətləşdik.

Görəsən, bir il qabaq fotoreportajına  «Qırmızı ada» (V.Qazi «qırmızı» ifadəsini kommunizm rəmzi kimi işlətmişdi) başlığı qoymuş həmkarımızın indiki təəssüratları hansı rəngdədir? Oxumağa davam et

“Demokratiya özülü olmayan siyasi sistemlər çöküşə məhkumdur”

mubarak

 “Mübarəkin də Misir fironları kimi sonu çatdı, amma onların bir fərqi var, Misir xalqı ona ehram tikməyəcək.”

Nəşrinə yeni başladığımız “Toplum” jurnalı üçün dekabr ayında müsahibə götürəndə suallarımızı cavablandırarkən məşhur alim Rafiq Əliyev “Wikileaks”i 21-ci əsrin ən böyük hadisəsi və yeni eranın başlanğıcı saymışdı. O bunun ilk olaraq demokratiyaya kömək edəcəyini demişdi. Hardan başlayacağını bilməsə də, tezliklə böyük dəyişikliklər mərhələsinə keçid proqnozlaşdırmışdı. Heç iki ay keçmədi, ərəb ölkələrini inqilab dalğası bürüdü.

Yeni dövr başlayır və bu, böyük ehtimalla yeni dünya düzəni yaradacaq. Daha Bin Əli, Mübarək kimi liderlər, onların yaratdığı rejimlər populyar deyil, belələri ilə əməkdaşlıq da hörmət gətirmir, əksinə imicə zərbədir. Belə siyasi sistemlər funksional olmadığından ölkə daxilində sevilmir, ümumbəşər dəyər daşıyıcısı olmadığından da ölkə xaricində etibarlı tərəfdaş sayılmırlar. Bu hadisələr bir daha sübutdur ki, dişi yeyilmiş çarxa bənzəyən bu cür sistemlərin axırı yoxdur, demokratiya özülü olmayan siyasi sistemlər çöküşə məhkumdur.

Mübarəkin də Misir fironları kimi sonu çatdı, amma onların bir fərqi var, Misir xalqı ona ehram tikməyəcək.

“Dəyərlər”

12 fevral 2011

“Azərbaycan hakimiyyəti Qafqazda geosiyasi “duman” çəkilmədən hər hansı real geostrateji seçim etməyə tələsmir”

“Azərbaycan hakimiyyəti Qafqazda geosiyasi “duman” çəkilmədən hər hansı real geostrateji seçim etməyə tələsmir”


Azərbaycanınn NATO ilə hazırkı əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

– Azərbaycanın NATO ilə əməkdaşlıq səviyyəsi Rusiyanın regiondakı nüfuzu ilə tərs mütənasibdir. Rusiyanın Qafqazda təsir imkanları azalan dövrdə bizim NATO ilə daha intensiv əlaqələrimiz olub və bu, yüksələn xətt boyu inkişaf edib. Lakin Rusiyanın regiondakı indiki nüfuzu 10-15 il əvvəllə müqayisə oluna bilməz, indi daha güclüdür. Rusiya NATO-nun bu regiondakı iştirakına dözümlü yanaşmır və münasibətini birmənalı şəkildə bildirib. Onun bu mövqeyi ətraf ölkələri daha ehtiyatlı davranmağa məcbur edir. NATO-nun Gürcüstandakı son təlimlərinə Rusiyanın sərt mövqeyi yaxın ayların hadisəsidir. Əlbəttə, Azərbaycanın NATO-ya inteqrasiyasının tərəfdarıyıq. Amma arzularla reallıq təəssüf ki, həmişə üst-üstə düşmür. Odur ki, arzu və istək kontekstində mövcud əməkdaşlıq səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Amma real durumu da nəzərə almamaq mümkün deyil. Oxumağa davam et

“İnsan məscidə girəndə siyasəti, partiyanı, ideyanı unutmalıdır”

“İnsan məscidə girəndə siyasəti, partiyanı, ideyanı unutmalıdır”

“Söhbət seçki sisteminin təkmilləşdirilməsindən daha çox vətəndaş cəmiyyətinin seçki prosesinə təsiri mexanizmlərindən getsə yaxşıdır”. “Vətəndaş cəmiyyəti” jurnalına müsahibə.

 –  Azərbaycanda vətəndaş cəmiyyəti son 20 ildə hansı inkişaf mərhələlərini kecib?

–  Azərbaycanda müstəqil təşəbbüs qrupları, dərnək və birliklər kimi ictimai təşkilatlanmanın ilk rüşeymləri Sovet İttifaqının sonu və müstəqilliyin ilk illərinə təsadüf edir. Bu birliklər kommunist ölkələrində – Mərkəzi-Şərqi Avropada və Sovet İttifaqında partiya nomenklaturasına aidiyyatı olmayan müxalif düşüncəli ziyalıların öz fikirlərini ifadə etməsinə şərait yaradan geniş ictimai forumlara ehtiyacdan yaranırdı. Belə bir vəziyyətdə yenicə yaranmaqda olan vətəndaş cəmiyyətləri kommunist elitaları kimi güclü şəbəkələrə malik olmadan özləri-özlərini fondlaşdırırdılar. Məhz həmin qeyri-formal şəbəkələr kommunist repressiyalarına qarşı mübarizə aparır və demokratik prinsipləri inkişaf etdirməyə çalışırdı. Oxumağa davam et