İbrahimbəyovun qorxulu kinosu

 

İbrahimbəyovun qorxulu kinosu

Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik elədiyi dönəm müsahibələrin birində sələflərini cürbəcür intriqalarla Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov kimi dünya çaplı sənətkarların arasını vurmaqda ittiham eləmişdi. O vaxtdan təkzib edilməyən bu ittiham düzdürsə, güman etmək olar ki, mədəniyyətimizin başqa sahələrində də bu cür siyasət aparılıb.

Avtokrat idarəetmə metoduna xas bu cür siyasətlərin məqsədi aydındı: ayrı-ayrı nüfuz sahiblərinin birləşib güc mərkəzinə çevrilməsinə imkan verilməməlidi. Rüstəm İbrahimbəyovun başçılıq elədiyi təşkilatla eyni adda ikinci Kinematoqrafçılar İttifaqının yaradılması xəbərini oxuyanda yadıma Vəzirovun həmin sözləri düşdü. Heç nə dəyişməyib! Demək, yenə sənətkarlar üz-üzə qoyulur. Oxumağa davam et

Rüstəm İbrahimbəyovla müsahibə

“Sistem yeni mərhələyə qədəm qoyur”

 

Rüstəm İbrahimbəyov : “Bu mərhələnin mahiyyəti xalqın əlində qalan sərvətləri ələ keçirməkdən ibarətdir”

– Rüstəm müəllim, müstəqillik dövrünü nəzərə almasaq, Azərbaycan tarixinin hansı dönəmi sizə doğmadır? Məsələn, 60-80-ci illərin Bakısı ilə indiki Bakını müqayisə etsək, şəhərin mənəvi ab-havası, insanların davranışları, üz ifadələri arasında fərq varmı?

– Deyəndə ki, Bakı həyatının ən maraqlı dövrü 60-70-ci illər idi, mənim sözlərimi düzgün qəbul eləmirlər. Ona görə maraqlı deyildi ki, həmin dövrdə burda azərbaycanlılardan savayı ayrı millətlər də yaşayırdı. Təbii, bu amil də vardı. Çünki hər şeyin xəlitəsi yaxşıdır. Bir metalın tərkibində bir qədər başqa metaldan da olmalıdır. Təmiz olanda – ermənilərə oxşamağa başlayır. Ermənilər mono millətdir, buna görə də çox məsələdə uduzurlar.

XX əsrin əvvəlində Bakıda azərbaycanlıların sayı çox az idi. O vaxtkı statistikanı götürsək, bəlkə də əhalinin 25 faizi azərbaycanlı idi. Bu isə, əlbəttə, böyük faciəydi. Oxumağa davam et

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Şair Ramiz Rövşənlə söhbətimiz tək şəxsiyyət azadlığı məsələlərilə deyil, həm də vətəndaşlıq problemlərilə bağlıdır. O, bizim verdiyimiz bir çox başqa suallara isə özünün “Azərbaycansayağı hannibalizm və ya hakimiyyət süfrəsi” essesi ilə cavab verdi.

Sual: Səhv etmirəmsə, əsərləriniz 60-cı illərin ortalarından nəşr olunur. Onların arasında kommunizmi tərənnüm edən bir şer və ya misraya rast gəlmirik. Bəlkə çap olunmayanlar arasında belələri var?

R.Rövşən: Əvvəla onu deyim ki, mənim ilk şerlərim hələ orta məktəbdə oxuyanda, təxminən 50-ci illərin sonları çap olunub. Yazdığım ilk şerin tarixçəsi də bir az qəribədi: müəllimə ana dilindən evdə 10 müxtəlif ismə aid cümlə yazmağı tapşırmışdı. Həmin isimlərə yazdığım o cümlələr özümdən xəbərsiz qafiyələnmişdi və nəsə şerə oxşar bir şey alınmışdı. O şeri müəlliməyə göstərdim, çox bəyəndi. Sonra “Pioner” qəzetinə göndərdi və mənim ilk şerim belə çap olundu. Əgər o 10 ismin arasında “kommunist” və ya “Lenin” sözü olsaydı mən onu da şerdə işlədəcəkdim. Xoşbəxtlikdən, bu məsələdə tale məni görünür lap əvvəldən qoruyub. Mən partiyaya, Leninə şer yazanları ittiham etmirəm. Çünki o vaxt ideologiya o cür idi. Amma hər şeyi dövrün adına bağlamaq da düz deyil. Lenindən, partiyadan yazmağa o vaxt heç kəsi məcbur etməyiblər. Bir də ki, bütün dövrlərdə yazıçının, şairin elə bir haqqı var ki, bunu onun əlindən almaq mümkün deyil: bu, yazmamaq haqqıdır. Əgər yalan yazmaq lazımdısa, yazma! Oxumağa davam et

Bekar(a) ömür

SALMA SHAW AS DEMON OF LUST, SYNETIC THEATER,  “DANTE”

Bekar(a) ömür

                      “Yaddaş ləpirləri” silsiləsindən

“Əgər hər şey gömülməyə məhkumdursa və nəhayət, Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il mənasız və məqsədsiz bir halda günəşin ətrafına dolanacaqsa, əcəba, beyin mərkəzləri və qırışları, görmə və danışma qabiliyyəti, xüsusi hisslər nə üçünmüş?”
Anton Çexov, “6 saylı palata”

Bu yaxınlarda Rüstəm İbrahimbəyovun “İbrus” teatrında nümayişi elan olunan “Köçəri” filminə birlikdə baxmağa adam axtarırdım. Hayladıqlarımsa getmək istəmirdilər. Çoxsaylı bəhanələrin ən abırlısı “Bekarsan eyy..” idi. “Facebook”dakı yaxınların və zəng edib dilə tutduğum dostların sayı filmin başlamasına qalan dəqiqələrin sayına çatanda ayağa qalxdım. Yeddiyə 15 dəqiqə qalmış kələ-kötür və qaranlıq küçəylə yaxınlıqdakı teatra yollandım. Ovqatım təlx olmuşdu. Oxumağa davam et