Gülzadə Abdulovanın “Qarabağın sənət irsi” tarixi-etnoqrafk monoqrafyasını vərəqləyəndə uşaq vaxtı Tovuz nənəmlə arteziana su gətirməyə getməyimizi xatırladım. Seyidli kəndinin Molla məhləsindəki arteziana yolumuz Gülzadə xanımgilin darvazaları önündən keçirdi, yəqin o səbəbdən. Nənəm suyu babam dəmirçi Salmanın qayırdığı səhəngdə gətirirdi.
Növbəti kitabı bloqumun “Adamlar və kitablar” bölümündəki yazılardan tərtib etmək fikrindəydim. Bu silsilədən olan yazıların bir qismi roman qəhrəmanı olası adamlardan bəhs etdiyi kimi, o biri qisim yazılar da elə o cür insanları əsər personajına çevirən kitablardan danışır.
Toplayıb bir yerə yığanda gördüm həm həcmi böyük çıxır, həm də məna, məqsəd, hədəf baxımdan iki fərqli kitab alınır. Kitablardan bir, adamlardan başqa kitab bağlamaq daha ağlabatan gəldi mənə. Odur ki, “Persona” və “Portret” adlı iki ayrı kitab ərsəyə gətirəsi oldum.
“Persona”ya kitablar haqda yazıları daxil elədim. Yazıların yalnız kitablar haqda olması onların ədəbi tənqid ruhunda təhlil edilməsi anlamına gəlməməlidir. Ədəbi tənqidçi deyiləm. Yalnız ən çox bəyəndiyim kitablardan yazmışam da deyə bilmərəm. Ona qalsa, gərək indiyədək onlarla sevimli kitabdan yazmış olaydım. Burada bəyəndiklərimlə yanaşı, sadəcə mənə yazı mövzusu vermiş kitablardan da söz açmışam. Yəni nə vaxtsa qələm çalmaq istədiyim mövzuya təkan vermişlərdən.
“Əsl mədəni adam tək qalanda da özüylə mədəni davranan kəsdir”.
Bu sözü atamdan eşitmişəm. Təxminən belə ifadə eləmişdi fikrini. Dayımla söhbətində qulağım çalmışdı. Nərd oynaya-oynaya maraqlı söhbətlər edərdilər. Uşaq vaxtlarım idi onda. İndi-indi anlayıram mənasını. Yəni adam arasında mədəni görünmək hələ mədəni adam olmağına dəlalət eləmir; mədəni adam tək sözündə, əməlində yox, fikrində, düşüncəsində, özüylə söhbətində də mədəni olandır!
Ötən ay evimizin qalıqları arasından dörd bir yandakı xarabalıqlara baxanda ən çox qonşu Ağca xalagilin uçuq evi diqqətimi çəkmişdi. Dağılmış pilləkəndə oturub yaşıl çəmənlik fonunda o evə tamaşa edirdim. Mənə nəyisə xatırladırdı. Yada sala bilmirdim.
Mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda publisist, yazıçı Vahid Qazinin yenicə nəşr olunmuş “Ruhlar şəhəri: yurd yazıları” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid kitab haqqında məlumat verərək bildirib ki, Ağdamla bağlı yazılanların olduqca böyük önəmi var: “Kitaba Vahid Qazinin “Ruhlar şəhəri” kitabındakı Ağdam yazıları və həmin silsilənin davamı olan esse, məqalə və qeydləri, başqa müəlliflərin yazı, məktub və rəyləri daxildir”.
Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun IV hissəsinə 2021-ci ildə yazdıqlarım daxildir.
İsveçin “P2” radio kanalında qulağım tanış bir hava aldı. Qürbət eldə doğma musiqinin doğurduğu hissdən danışmayım, özümlə qalsın.
Dinləyirəm, amma sonacan kəsdirə bilmirəm – Qara Qarayevin “İldırımlı yollarla” baletidir, ya Fikrət Əmirovun simfonik muğamlarından biri? Radioya səs verib xəyallara dalmışam. Birdən orkestr 100 faiz əminliklə tanıdığım musiqiyə keçdi. Bu ki Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasındakı rəqsdir! Beynim sanki yenidən oyandı. O bəstəkarlar öz əsərlərində Hacıbəyovun musiqisindən istifadə ediblərmi? Eşitməmişəm!
Baltik ölkələrinə səfəri hələ neçə il qabaq planlamışdım. İsveçin Karlshamn limanından Klaypedaya gəmi-bərə ilə üzüb üç ölkənin görməli yerlərini gəzib, ənənəmə sadiq qalaraq geniş bir fotoreportaj da yazmağı düşünmüşdüm.
Rəhman Bədəlovun “Легко ли быть азербайджанцем? Диалоги с самим собой” (“Azərbaycanlı olmaq asanmı? Öz-özümlə dialoqlar”) kitabını Azərbaycanda Maarifçi Hərəkatın 150 ildə keçdiyi yola, 100 il qabaq başlayıb hələ də bitməyən millətləşmə prosesinə, milli kimliyimizə baxış toplusu da, 85 yaşlı filosofun ömür müşahidələrindən fəlsəfi memuar da adlandırmaq olar.