Müəllifdən

bastasjo1

Xoş gördük

Tanışlıq üçün deyim ki, 1968-ci ilin Novruz sabahı cənnətməkan Qarabağın Ağdam şəhərində doğulmuşam. İbtidai təhsilimi onun 1 saylı məktəbində almışam. Sonra Bakı Dövlət Universitetində jurnalistlik oxudum.

“Ədalət”, “Azərbaycan” qəzetlərində, Prezident Aparatında işlədim.

Neçə-neçə ölkədə keçirilən konfranslarda iştirakçı olub, demokratiya problemləri mövzusunda məruzələr dinləyib, çıxışlar etdim. Rəhbəri olduğum “İnam” Plüralizm Mərkəzinin çoxsaylı proqramları çərçivəsində Azərbaycanın şəhər və kəndlərində vətəndaş cəmiyyətinin gəlişməsi üçün minlərlə insanı əhatə edən layihələrdə təşkilatçı oldum.

Kuba, Özbəkistan, Belarus kimi azadlıqların total boğulduğu ölkələrdə ictimai-siyasi fəallar, dissidenrlər üçün beynəlxalq yardim proqramlarinda iştirak etdim.

Azərbaycan, Qırğızıstan, Belarus, Gürcüstan, Ukrayna və başqa ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidə missiyalarının tərkibində təşkilatçılarından, iştirakçılarından oldum.

“III Sektor”, “Svobodnaya volya”, “Toplum” jurnallarına redaktorluq elədim.

“Ruhlar şəhəri”, “Yaddaş ləpirləri: demokratiya yazıları”, “Çamayra. Kuba dəftəri”“Çöl Qala””Etiraz haqqı. Azadlıq hekayətləri”, ”Persona””İtmiş yaddaşın şifrəsi”, ”Qarabağ aynasında Azərbaycan”“Danışım, gör məni. Müsahibələr”, ”Yol. Səyahət yazıları”, rusca “ЧАМАЙРА. Кубинская тетрадь”“Озоновые люди”, “Бейсбол на шахматной доске”, isveçcə “Hyresgäster” (“Çöl Qala” “Kirayəşinlər” adi ilə nəşr olunub) adlı kitabların müəllifiyəm.

Azərbaycan və İsveç Yazıçılar Birliyinin  üzvü olmuşam, amma özümü yazıçı saymıram. Sadəcə hərdən yazılar yazır, könül qeydləri edirəm.

İndi İsveçdə yaşayıram.

Bloqumda  yazılar əsasən Azərbaycan türkcəsindədir. Eyni zamanda rus, ingilis və İsveç dillərində ayrıca bölmələr də var. Burada Ukrayna, latış, polyak, türk dillərinə çevrilmiş yazılarla da tanış olmaq mümkündür.

Müəllifdən” üçün 6 cavab

  1. Mən sizin “Ruhlar şəhəri”ni oxuyandan sonra yatmış beynimde sanki bir “partlayış” baş verdi.Oyandım… Ay Allah… necə vaxtdı o gözel yurdumdan, o can dermanı tapılan şeherimden necə olub ki ayrı düşmüşəm??Necə olubki o yerlerin xiffetini cekdiyimi, darıxdığımı , icin-icin yandığımı hiss elememişem.. “Ruhlar şəhəri İcimde qor kimi gözeren yanğının alovlandıran bir vasite oldu..Ağdama getmek isteyende, darıxanda, ayrılıqdan bezənde “Ruhlar şəhəri” ni əlimə alıram… ve oluram başqa bir mekkanda… Sağ olun Vahid müellim…

Azer üçün bir cavab yazın Cavabı ləğv et