“Nizami farsca yazıb, onda milli şairimiz deyil? “

mkm 1

Vahid Qazi: “Qısa siyahı”dakı əsərlərin heç birini oxumamışam”

Modern.az MKM-in “onluğ”unda yer almış son  müəllifi təqdim edir. Budəfəki müsahib “Çamayra. Kuba dəftəri” əsəri ilə “qısa siyahı”ya düşən Vahid Qazidir.

– MKM-də üçlüyə düşmək şanslarınız nə qədərdir? Hansı yazarları qalib adına daha real namizəd hesab edirsiz?

– Öz fikrim bir yana, xeyli sayda ciddi ədəbiyyat adamının rəyi kitabımın bu müsabiqədə babat bir yer tuta biləcəyinə məndə inam yaradıb. Namizədlər arasında şəxsən tanıdıqlarım var. Təəssüf ki, heç birinin əsərini oxuya bilməmişəm. Ona görə də bir söz deyə bilmərəm.

– Ekspertlərin tərtib etdiyi siyahı sizi qane edir?

– Ekspertlər ölkənin ciddi ədəbiyyat biliciləridirlər. Müasir təfəkkürə malikdirlər. Müsabiqədən kənarda qaldıqları üçün etiraz edənlərə verdikləri cavablar ekspertlərin yüksək səviyyəsini bir daha ortalığa qoydu. Onlar mənim kitabımı seçməsəydilər, belə barələrində fikrim dəyişməzdi. Onlara etimadım olduğundan siyahılarına da etibar edirəm.

– Qarşısında “milli” sözü olan müsabiqədə rus dilli əsərlərin iştirakına necə baxırsız?

– “Milli” sözünü çoxumuz səhv anlayırıq. Elə bilirik ki, bu, yalnız Azərbaycanın türk dili arealı çərçivəsində olanlardır. Bəs burada yaşayıb başqa dildə danışanlar, yazanlar Azərbaycanın milli arealından xaricdədirlər? Nizami farsca yazıb, onda milli şairimiz deyil? Fikrimcə, müsabiqənin adı Milli Kitab Müsabiqəsidirsə, burda janrından asılı olmadan Azərbaycana aidiyyatı olan hər bir kitab iştirak edə və bu müsabiqəyə ölkədə yaşayan hər bir xalqın dilində kitab təqdim oluna bilər. Əks təqdirdə ya müsabiqənin adı dəyişilməlidir, ya da başqa yönlü müsabiqələr keçirilməlidir. Məsələn, Milli Roman Müsabiqəsi, yaxud Azərbaycandilli Kitab Müsabiqəsi və s.

– Sizcə, MKM-ə kitabın yox, elektron versiyaların təqdim olunması müsabiqənin ciddiliyinə zərər vurmur ki?

– Bəlkə əsər hələ nəşr olunmayıb, əlyazma şəklindədir. Fikrimcə, bunun elə bir fərqi yoxdur.

– Müsabiqənin qaydalarında nəyi dəyişmək istərdiz?

– Bilmirəm nəyi dəyişmək yaxşı olardı, amma istərdim ki, bizdə bir millət olaraq, seçki mədəniyyəti formalaşsın. Seçki qaydalarını, seçim mexanizmini bilə-bilə, seçən adamları tanıya-tanıya iştirak edib sonra dəbbələmək ümumi inamsızlıq yaradır. Bu hal siyasi statuslu seçkilərdən tutmuş ədəbiyyat müsabiqələrinədək hamısına aiddir.

Hər yazı müəllifi üçün bala anasına əziz olan qədər doğmadır. Heç balasını çirkin bilən ana görmüsünüzmü? Hər yazıçıya da yazdığı əsər bala kimi göyçək görünür. Amma əsl qiyməti ekspertlər verir. Odur ki, ekspertlərə inanıb əsər təqdim edilirsə, onların rəyinə də hörmət olunmalıdır.

Elmin Nuri

 11.04.13

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma