Janrsız söz

MKM

Vahid Qazidən Aznews.az-ın köşə yazısına cavab

28.03.13

Bu gün “Azadlıq Radiosu”nda Milli Kitab Müsabiqəsiylə (MKM) bağlı debat olacaq. Bu debatdan öncə Aznews.az-da Əziz Rzazadənin “MKM-in inkviziyası kitabımı tonqalda yandırdı” adlı köşə yazısında müsabiqəyə bəzi iradlarını bildirib.

Yazıda adı hallanan, MKM-in “onluğu”nda təmsil olunan “Camayra. Kuba dəftəri” kitabının müəllifi Vahid Qazi fikirlərini bölüşüb: “Əziz Rzazadə ilk “onluğ”a düşən mənim “Çamayra. Kuba dəftəri” kitabıma etirazını bildirib. Onun və bəzi başqa dostların fikirləri budur ki, bu kitabda yazılanlar publisistikadır və bədii əsər hesab etmək olmaz. Bir-iki kəlmə müsabiqə və bu fikirlər haqda söz demək istəyirəm: Əvvəla bildirim ki, mən yazıçı adına bir an belə iddia etmərəm, qəbahətim olar, çünki bu sözün mənasını, məsuliyyətini yaxşı bilirəm. Bir də onu bilirəm ki, bu müsabiqənin adı Milli Kitab Müsabiqəsidir və kitabımı ədəbiyyat sahəsində professionallığına şübhə etmədiyim ekspertlər seçiblər, demək kitab müsabiqənin şərtlərinə uyğun olub. Ekspertlər də, kitabımı müsabiqəyə təqdim edən naşirim, “MHS-Poliqraf” nəşriyyatının direktoru Vasif Qurbanzade də sağ olsunlar.

Əziz bəy kitaba ön söz yazmış Rüstəm İbrahimbəyovdan sitat gətirir. Mənim üçün Əziz bəyin fikirləriylə yanaşı Azərbaycan ədəbiyyatının patriarxlarından olan Rüstəm müəllimin də yazdıqları çox dəyərlidir. O, kitabı bədii əsər hesab edərək belə yazır: “Vahid Qazinin Kuba dəftərini oxuyarkən mən, müəllifin Azadlıq adasında başına gələnləri təsvir edə-edə, real insanlardan, onların ölkədəki ümumi siyasi ab-hava ilə bağlı həyatları və problemlərindən danışa-danışa çox güclü bədii təhkiyədən istifadə etdiyini və bu bədii təhkiyənin onun özünü hekayətin baş qəhrəmanına çevirdiyini görüb sevindim. Elə buna görədir ki, yazıçının hiss və fikirlər dünyasına qərq olan oxucu onun füsunkar Çamayranın intim xidmət təklifindən imtinasını öz əxlaqi qələbəsi sayır. Nümunə kimi bir çox digər emosional epizodları da misal çəkmək olar. Amma məncə, ən əsas məsələ, ümumilikdə bütün əsərin gözəl bədii nəsr nümunəsi olmasıdır.”

Daha sonra V. Qazi qeyd edir: “Təsəvvür edin, mən heç Kubada olmamışam və orada yazılanlar bir təxəyyül məhsuludur. Müəllif isə əsərin qəhrəmanını birinci şəxsin təkində dilləndirir, yəni özünü əsərin qəhrəmanı yerinə qoyur. Onda necə, bu bədii əsər olurmu?

Mənim üçün əsas janr deyil, sözdür! Onu hansı qəlibdə təqdim eləmək isə axırıncı məsələdir”.

Bahar Rüstəmli
Aznews.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma