Partlamayan minaların serenadası

      Bosniyanın çoxsaylı qəbirstanlıqlarından biridir. Oktyabr, 1997

Partlamayan minaların serenadası

(“Yaddaş ləpirləri” silsiləsindən)

Qarabağ yenə dillərdədi.

Hər yerdə ondan danışırlar: Moskvada, Vaşinqtonda, “Parisdə, Təbrizdə, həyətimizdə”. Nəyə görəsə “Qarabağ” sözünü xorla eşidəndə təlaşlanıram. Bir dəfə meydana çıxıb xorla “Qarabağ!!!” qışqırdıq, faktiki itirdik. İndi bu “mahnını” beynəlxalq xor oxuyur. Təlaşım da onu birdəfəlik itirmək səbəbindəndir. Oxumağa davam et

Kerolayn Koks, Yelena Bonner və genosid debatları

sakharov bonner

Kerolayn Koks, Yelena Bonner

və genosid debatları

                        “Yaddaş ləpirləri” silsiləsindən

Xocalı qırğınının 18-ci ildönümü və ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qəbul olunan məlum qətnamə ilə bağlı bir ay öncə yazdığım “Şahmat taxtasında beysbol oyunu”ndan sonra soyqırımı mövzusuna belə tezliklə qayıdacağımı düşünmürdüm. Oxumağa davam et

Şahmat taxtasında beysbol

gencside

Şahmat taxtasında beysbol

Genosid düşüncələri

(“Yaddaş ləpirləri” silsiləsindən)

On yaşlı oğlum məktəbdə kağızdan düzəltdiyi ucu şiş, gövdəsi yoğun “qanadlı raketi” bağışlayıb məni 23 fevral “kişilər günü” münasibətilə təbrik elədi. Üstünə Azərbaycan bayrağı çəkilmiş raketin aşağısındakı uzun nərdivan onun nəhəngliyindən xəbər verirdi. Özü də sovetin SS-20 uzaqvuran raketinə oxşayırdı. Urandan alınan o zəhrimarı da əlavə eləyəndə buna atom bombası deyirlər… Oxumağa davam et