Lavrovun dəfnə çələngi

Image result for лавровый венок в риме

Lavrovun dəfnə çələngi

Özümə yüz kərə demişəm gündəm söhbətlərinə qoşulmayım, olmur. Səbəbi sadədi, çox vaxt gündəmin “materialı”nı, yəni nədən hazırlandığını, nə məqsəd güddüyünü anışdıra bilmirəm. Elə ustalıqla gündəm düzəldirlər ki, heç mətbuat professorları da baş açmaz hansı “kitayski”di, hansı “orijinal”.

Saytlarda oxudum ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir söz deyib:

“Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil”.

Onun bu açıqlaması neçə gündü gündəmdədi. Mən də düşdüm gündəm “tələ”sinə. Qoşuldum Lavrov haray-qışqırığı salanlara, atdım özümü gündəmin gur yerinə, feysbukda belə yazdım:

“Lavr” bizim dildə dəfnə ağacı deməkdi. Lazım gəlsə, Lavrovlara dəfnə budaqlarından çələng də hörərik. O biri ”lazım”a baxmayın, bu ”lazım”a həmişə hazırıq…”

Sonra da yazdığıma məəttəl qaldım. Yahu, bu Lavrov təzə nə deyib ki, özümüzə belə əl qatırıq? Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bizim bələkdəkilərdən savayı hansı kəsimiz bilmir ki?!

Qarabağ 25 ildi bizim daxili yox, xarici işimizdi!

“Müdrik”, “uzaqgörən”, “balanslı” siyasətimizlə onu dünya məsələsinə çevirmədikmi!? Daxili işimiz olsaydı, çoxdan həll edərdik. Daxili işlərimizin öhdəsindən özümüz yaxşı gələrik.

Məsələn, heykələ söz yazana elə cəza verərik, qıraqdan baxan deyər bəs adam öldürüb. Feysbukda-yutubda “sarsaq-sarsaq şeylər yazan, yayanlar”ı tutub atarıq qoduqluğa. Kim nə deyəcək bizə? Söz azadlığı daxili işimizdi.

Ölkəiçi daxili işlərimiz öz yerində, çöldə də saysız-hesabsız “daxili işlərimiz” var. Amerikanın, Avropanın dağılmasına ürəyimiz ağrıyar, Gürcüstanın kilsələrində qazın olmamasına öz dərdimiz kimi yanarıq və sairə.

Göydə ulduzlar yola getmir, kosmosda peykimiz var, barışdırar, yoluna qoyarıq. Ciddi deyirəm!

Sözümün canı nədi? Dünyanın lap o başında nəyi desən daxili işimiz sa%d0%bb%d0%b0%d0%b2%d1%80%d0%be%d0%b2yarıq – Qarabağdan savayı!

Qarabağ bizim xarici işimizdi!

“Лавровый венок – хомут для головы” məsəlini bu axşam dostlarla birləşib bir təhər dilimizə çevirdik. Belə alındı: “Dəfnə çələngi başa boyunduruqdu”.

“Lavr”dan – dəfnədən tək zəfər çələngi yox, lazım gəlsə, boyunduruq da qayırırlar, anladım ki, Lavrov həm də bunu deyir.

…Saxtasıyla əslini ayırd etməyi öyrənim, qoşulacam gündəm söhbətlərinə!

Vahid Qazi

17 yanvar 2017

Dərc olunub: Bizimyol.info, Tezadlar.az, Qaynarinfo.az, Pressday.az, Moderator.az, Medianews.az , Novator.az, Xudaferin.eu, Xitab.az,  Vipmedia.info, Bastainfo.com, Azadlıq radiosu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma