Təzə aldığım xeyli kitabin içində Aqşin Yeniseyin “Tarix və tale” romanı üz qabığında dərc olunmuş “Heç kim həmişəlik ölə bilməyəcək” cümləsiylə diqqətimi çəkdi. Dərhal da yaddaşımda İnqmar Berqmanın “Pıçıltılar və çığırtılar” filminin qəhrəmanı Aqnesin “Ölmüşəm, amma yata bilmirəm” mürgülü sözlərini oyatdı. Niyəsini bilmədim.
…Bizim bölgəyə sülh axırıncı erməni sərhəddən yola salınanda gələcək. Qarabağ münaqişəsi 1988-ci ildə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası ilə başlayıb, ermənilər Azərbaycandan çıxarılanda bitəcək.
Ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq yazar kimi belə fikirləri dilə gətirmək asan deyil. Erməni faşizmi qohum-əqrəbamı, dost-tanışımı qətlə yetirsə də, nəslimi qaçqın ömrü yaşamağa məcbur etsə də, nənəmin, babalarımın qəbir yerini şumlasa da, şəhərimi Xirosima görkəminə salsa da, bunu yazmağı özümə rəva bilməməliyəm. Amma yazı-pozu adamının bir missiyası da həqiqətin məhrəm yerlərinə çəkilmiş örtüyü götürmək, əsl üzünü göstərməkdir. Həqiqət isə budur: Qarabağda erməninin qalması sülh üçün təhdiddir, növbəti münaqişəyə zəmindir – dünyada bu qədər dövlətin Qarabağda müharibə ocağının sönməsini istəməməsi bu həqiqətin çılpaq üzüdür! Ermənistanda azərbaycanlı qalmadığı kimi Azərbaycanda da erməni qalmır – yalnız başabaş dəyişim qalıcı sülhün təminatı ola bilər!