100.000-ci

100.000-ci

Yaxud simsar oxucu üçün könül qeydləri

Bloquma giriş sayı 100.000-ni ötdü.

Bu səhər gözüm alanda əvvəl rəqəmlər mənə böyük gəldi, sonra yadıma düşdü ki, müasir internet çağında 100.000 ziyarət sayı elə də çox deyil. Adam var, tək TikTokda bir paylaşımına 1 milyon baxış olur. Mən isə Feysbukdan başqa heç bir sosail şəbəkədə fəal  deyiləm, odur ki, bu rəqəm məndən ötrü kifayət qədər böyükdür. Əsasən esse, məqalələrdən ibarət şəxsi saytların ziyarətçisi az olur, axı, həm də.

116 ölkədən 54.267 nəfər 100.016 dəfə giriş edib.

Oxumağa davam et

Könül Nuriyeva “Çöl Qala”dan yazır

Cəmiyyətin “Qala”nın içinə həbs etdiyi bədii obrazlar

Vahid Qazinin “Çöl Qala” povesti haqda

“Böyük ideallar haqqında bir ömür boyu düşünmək lazımdırmı?” sualını bir-birinə verən iki insan təsəvvür edin. Bir-biriylə bu mövzuda danışan, danışa bilən, yaza bilən insanla rastlaşdınızmı?  Əgər, rastlaşdınızsa onda siz bu kitabı dərindən anlayacaqsınız. Axı, müəllif onu “öz dünyasını qurmağa çalışanların hekayəti” adlandırıb. Adamı maraq bürüyür: görəsən, mən öz dünyamı qura bildim? Görəsən, mənim yazışdığım insanla kitabın qəhrəmanlarının toxunduğu mövzular harda çarpazlaşır, harda toqquşur, harda harmoniya yaradır?

Oxumağa davam et

Feysbukda qalan yaddaş ləpirlərim

Feysbukda qalan yaddaş ləpirlərim

Ş ə k i l l i   x a t i r ə l ə r   t o p l u s u

Ön söz

Feysbuk səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli xatirə yazım var. Neçə ildir statuslarla, fotolarla bölüşürəm onları. Xatirə yazıları sosial şəbəkədə maraqla oxunan paylaşımlardandır. İtib batmasın deyə bir yerə yığıb ayrıca fayllarda saxlayırdım. Virtual dünya oxucusunun diqqətini çəkirsə, düşündüm, kitabsevərlərə də maraqlı gələr.

Oxumağa davam et

Facebookda qalan yaddaş ləpirlərim. IV hissə

Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun IV hissəsinə 2021-ci ildə yazdıqlarım daxildir.

Facebookda qalan yaddaş ləpirlərim. IV hissə

Oxumağa davam et

Facebookda qalan yaddaş ləpirlərim. II hissə

Facebook səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli uşaqlıq, gənclik xatirələrim var. Bu xatirələri neçə ildir yazdığım statuslarla, fotolarla bölüşmüşəm. Xatirə yazıları sosial şəbəkədə ən çox diqqət çəkən paylaşımlarındandır. İtib batmasın deyə onları bir yerə yığdım, yüngül əl gəzdirdim, ayrıca fayllarda saxladım. Bu gün bir hissəsini bloqumda dərc etməyə qərar verdim. “Facebookda qalan yaddaş ləpirlərim” adlı xatirələr toplusunun II hissəsinə 2018-2019-cu illərdə yazdıqlarım daxildir.

Oxumağa davam et

Tənhalıq dövrünün adamları

col-qala-isvec

Tənhalıq dövrünün adamları

“Hyresgäster” (“Çöl Qala”) povestinin Stokholm təqdimatında dediklərim

Çoxdandı bu qədər adamla bir yerdə görüşməmişdim. Sonuncu belə görüş Bakıda, “Akademkitab” mağazasında “Çamayra. Kuba dəftəri” kitabımın təqdimatında olmuşdu.

İndi İsveçin dörd bir yanından dostlar gəlib. Neçə yüz kilometr yol qət etmisiniz. Çox sağ olun!

İsveçcə “Hyresgäster”, yəni “Kirayənişinlər” adıyla nəşr olunan “Çöl Qala” barədə adətən iki cür adamın sualı olur – onu oxuyanın, bir də oxumayanın. Oxuyanların suallarına görüşümüzün müzakirə, sual-cavab bölümündə toxunacam. İndi, icazənizlə, oxumayanların sualından danışım. Oxumağa davam et