
Cəmiyyətin “Qala”nın içinə həbs etdiyi bədii obrazlar
Vahid Qazinin “Çöl Qala” povesti haqda
“Böyük ideallar haqqında bir ömür boyu düşünmək lazımdırmı?” sualını bir-birinə verən iki insan təsəvvür edin. Bir-biriylə bu mövzuda danışan, danışa bilən, yaza bilən insanla rastlaşdınızmı? Əgər, rastlaşdınızsa onda siz bu kitabı dərindən anlayacaqsınız. Axı, müəllif onu “öz dünyasını qurmağa çalışanların hekayəti” adlandırıb. Adamı maraq bürüyür: görəsən, mən öz dünyamı qura bildim? Görəsən, mənim yazışdığım insanla kitabın qəhrəmanlarının toxunduğu mövzular harda çarpazlaşır, harda toqquşur, harda harmoniya yaradır?
