
Yaddaşı silinən şəhər
23 iyul 1993-cü ildən 30 il keçir
İki il yarım qabaq “Güvən mənə, inanım sənə” yazısında demişdim: Azərbaycanın ən böyük dərdi dövlətlə vətəndaş arasında qarşılıqlı inamın, etimadın olmamasıdır. İndi də problemlərimizin qaynağını sovetin bu mirasında görürəm. “Dövlət vətəndaşına arxalanmalı, onunla açıq dialoqda olmalıdır… Güclü dövlət, azad cəmiyyət və firavan həyat yalnız dövlətlə vətəndaşın qarşılıqlı etimadı yarananda, onlar bir-birinə güvəndiyi zaman qurulacaq. Güvən mənə, inanım sənə, dövlətim!” yazmışdım.
23 iyul doğulub böyüdüyüm Ağdamın işğal günü kimi hopub içimə. 30 il əvvəlki o məşum gündən çox yazmışam, bir də təkrar dönmürəm. Bu gün yazacağım başqadır.