Rifaha çatmaq həm də bərabərliyə nail olmaqdırmı?!

Rifaha çatmaq həm də bərabərliyə nail olmaqdırmı?!

Dostum Səadət Kəriminin “Ədəbiyyat” qəzetində dərc olunmuş “Əməkçi ədəbiyyatının əhəmiyyəti və ya yeni sinif mübahisəsi” məqaləsi cəmiyyətlərdə sosial təbəqələr arasındakı münasibətlərin ədəbiyyatda təzahürü mövzusunda maraqlı araşdırma yazısıdır. İstər Sovet, istərsə də İsveç ədəbiyyatında siniflərarası mübarizə fonunda insan obrazları yaratmış yazıçıların əsərlərindən nümunələrlə yazını daha da zənginləşdirib.

Oxumağa davam et

Vahid Qazinin “Çöl Qala” əsəri haqqında qeydlər

Real aləmdən çöldə qalanlar

Vahid Qazinin “Çöl Qala” əsəri haqqında qeydlər

İlk dəfə idi, belə bir əsər oxumağım. Povest, demək olar ki, dialoqlar üzərində qurulsa da, burada canlı ünsiyyət yox dərəcəsindədir, məktublardan ibarətdir. Ədəbiyyatda buna epistolyar janr deyirlər. Əsərin qəhrəmanlarının söhbətləri müasir çağın gəldiyi son nöqtədə – sosial şəbəkədə baş tutur. Povest hadisələrdən çox obrazların şəxsi dünyagörüş paylaşımları ilə zəngindir.

Oxumağa davam et

Əzimə Ağalarova “Çöl Qala”dan yazır

Azima Agalarova Vahid Qazi (2)

Aşkın ötəsində

Vahid Qazinin “Çöl Qala” əsəri haqqında düşüncələrim

Onu düz bir il bundan qabaq tanıdım, feysbukdan. Onda mənim Stokholmda “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsərimin təqdimatı keçirilirdi. Stokholmdan çox uzaqda yaşamasına baxmayaraq, gələcəyini söylədi. Aciğı inanmadım, çünkü Avropada min kilometrdən artıq yol qət etməyin nə demək olduğunu, elə Avropada yaşayanlar bilər, amma gəldi.

Çox narahat idim, sanki üstümdə ağır bir yük vardı, çox utanırdım, ona əziyyət verdiyimi düşünürdüm. Zaman keçdi, bu insanı tanıdıqca, ona bələd olduqca, keçirdiyim hisslər məni tərk etdi…

Bakıda “Çöl Qala” kitabının çıxdığını biləndə həmən dostlara zəng vurub aldırdım, amma kitabın gəlib çıxmasına səbrim çatmadı. Yazıb özündən əsərin elektron variantını istədim.

Axşam oxumağa başladım, ilk səhifələrindən əsər məni özünə kilitlədi – yazarın dediyi kimi bir nəfəsə oxudum.

Dan yeri söküləndə, gecə yerini gündüzə verəndə mən də əsəri bitirdim, əsirliyindən qurtuldum. Neynəyim ki, rəssamın və rejissor xanımın taleyinə biganə qala bilmədim. ”Çöl Qala”nı təhlil etməyi qətiyyən düşünmürəm, onsuz da oxuyan bilir. Axı, məni özünə əsir edən bir əsəri neçə təhlil edim? Bildiyimiz aşk bumu? Oxumağa davam et