“İtmiş yaddaşın şifrəsi: İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri” kitabının təqdimatı

Vahid Qazinin  yeni kitabının təqdimatından REPORTAJ

Oktyabrın 29-da yazıçı-publisist Vahid Qazi ziyalı camesini ətrafına toplamışdı.

Adalet.az xəbər verir ki, V. Qazi növbəti kitabını – “İtmiş yaddaşın şifrəsi: İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri”ni oxucularına təqdim elədi. “Əjdaha” nəşriyyatının çap etdiyi “İtmiş yaddaşın şifrəsi: İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri”adlı kitabının görüş-təqdimatı “Misra Book Kafe”də baş tutdu. Olduqca səmimi və maraqlı ortamda keçən tədbirin aparıcısı yazıçı, şair, publisist Aqşin Yenisey idi.

Oxumağa davam et

“Ruhlar şəhəri: yurd yazıları”nın təqdimatı olub

“Ruhlar şəhəri: yurd yazıları”nın təqdimatı olub

Mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda publisist, yazıçı Vahid Qazinin yenicə nəşr olunmuş “Ruhlar şəhəri: yurd yazıları” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid kitab haqqında məlumat verərək bildirib ki, Ağdamla bağlı yazılanların olduqca böyük önəmi var: “Kitaba Vahid Qazinin “Ruhlar şəhəri” kitabındakı Ağdam yazıları və həmin silsilənin davamı olan esse, məqalə və qeydləri, başqa müəlliflərin yazı, məktub və rəyləri daxildir”.

Oxumağa davam et

“Çöl Qala” Stokholmda təqdim olundu

 

59334879_10155930526366126_555906636552601600_n

“Çöl Qala” Stokholmda təqdim olundu

Ötən şənbə İsveçin paytaxtı Stokholmda azərbaycanlı yazar Vahid Qazinin “Çöl Qala” povestinin təqdimat və imza mərasimi keçirilib. Oxumağa davam et

“Çöl Qala” oxuculara təqdim olundu – FOTO

panorama 3

Qız Qalasında Çöl Qala

İsveçdə yaşayan yazıçı-jurnalist Vahid Qazinin “Çöl Qala” adlı povestinin təqdimatı olub. May ayının 7-də İçərişəhərdə “Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə baş tutan “Qız Qalasında Çöl Qala” adlı təqdimatı V.Qazinin dostları keçiriblər. Oxumağa davam et