PERSONA. Kitablar haqqında kitab

PERSONA. Kitablar haqqında kitab

Müəllifdən

Növbəti kitabı bloqumun “Adamlar və kitablar” bölümündəki yazılardan tərtib etmək fikrindəydim. Bu silsilədən olan yazıların bir qismi roman qəhrəmanı olası adamlardan bəhs etdiyi kimi, o biri qisim yazılar da elə o cür insanları əsər personajına çevirən kitablardan danışır.

Toplayıb bir yerə yığanda gördüm həm həcmi böyük çıxır, həm də məna, məqsəd, hədəf baxımdan iki fərqli kitab alınır. Kitablardan bir, adamlardan başqa kitab bağlamaq daha ağlabatan gəldi mənə. Odur ki, “Persona” və “Portret” adlı iki ayrı kitab ərsəyə gətirəsi oldum.

“Persona”ya kitablar haqda yazıları daxil elədim. Yazıların yalnız kitablar haqda olması onların ədəbi tənqid ruhunda təhlil edilməsi anlamına gəlməməlidir. Ədəbi tənqidçi deyiləm. Yalnız ən çox bəyəndiyim kitablardan yazmışam da deyə bilmərəm. Ona qalsa, gərək indiyədək onlarla sevimli kitabdan yazmış olaydım. Burada bəyəndiklərimlə yanaşı, sadəcə mənə yazı mövzusu vermiş kitablardan da söz açmışam. Yəni nə vaxtsa qələm çalmaq istədiyim mövzuya təkan vermişlərdən.

İÇİNDƏKİLƏR

Salam, Gülsarı! İsveç bukinistində görüş

Təməldən bir də qurulmaq. “Ağ zanbaqlar ölkəsi” üzərində xəyal gəzintisi

Zəmanələr və talelər toplusu. Çingiz Hüseynovun memuarı

Qırıq talelərin pazl tablosu. Svetlana Aleksiyeviç və “Sekond hənd zamanı” kitabı

2 + 2 = 5. Corc Oruellin “1984” romanı

Hökmdarın hüzurunda olmaq. “Sənət əbədidir, ömür amanat” kitabı

Vəzirovun tamamlanmış yarımçıq portreti. “Parterin ilk sıralarında” memuarı

Taundan qaçan kimi qaçırlar məndən”. Aydın Hacıyevin “Hər şeyi anlamaq, amma bağışlamamaq” kitabındakı kommunist rəhbər və milyonçu qızı

Tənhalıq dövrünün adamları. “Çöl Qala”nın Stokholm təqdimatında dediklərim

Aşılası aşılmazlar. Ağalar Məmmədovun “Aşma”sı

Azərbaycanlı olmaq asanmı? Rəhman Bədəlovun kitabı

İntibah təməlçiləri. Meri Abramsonun “Dantedən Albertiyə” kitabından qaynaqlanan cümhuriyyəçi düşüncələr

Qarabağ aynasında Azərbaycan. Ə.Ağaoğlunun “Xatirələr”, Y.V.Çəmənzəminlinin “Studentlər”, M.Vəzirin “Gövhər Ağa Cavanşir” kitabları üstündə Qarabağ düşüncəsi

Çəmənzəminlinin ”Studentlər”i

Rusiya sindromu və Yalama döyüşü. Arif Əliyevin ”Yalama” kitab

Qarabağı pulla almaq. M.Vəzirin “Ağabəyim ağa Cavanşir” kitabından doğan yazı

“Cəhənnəm” filmi. V. Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı” kitabı haqda

Səfəvi səfillər. Güntay Gəncalpın “Səfəvilər” kitabı

İntim dildə yaza bilmək. Rasim Qaracanın “Qarabağ Dekameronu”

Varis Diriye, Opra Uinfri və bizim Bircə. Bircənin avtobioqrafik romanı

Qaranlığın işığı. İlkin Rüstəmzadənin “Həbsxana gündəliyi”

Xəzərdən Baltikə. Mahir Həmzəyevin kitabı haqda düşündüklərim

Gözləri buraxmırdı onu. Rafiq Əliyevin “Gözlərin buraxmır məni” kitabından boy verən xatirə

Etnoqrafiya tariximiz və anamın əl işləri. G. Abdulovanın kitabından doğan xatirələr

Düşərgədən düşərgəyə. Günel Mövlud və onun “Düşərgə”si haqda

Fəlsəfi dildə sevgi romanı. Aqşin Yeniseyin “Tarix və tale” romanı haqda

Kitabı buradan YÜKLƏYİN:

:

PERSONA. Kitablar haqqında kitab” üçün bir cavab

  1. Geri bildiriş: Düşərgədən düşərgəyə. Günel Mövludun “Düşərgə”si haqda | Vahid Qazinin bloqu

Bir şərh yazın