İtmiş yaddaşın şifrəsi. İncəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri

Müəllifdən

“Əsl mədəni adam tək qalanda da özüylə mədəni davranan kəsdir”.

Bu sözü atamdan eşitmişəm. Təxminən belə ifadə eləmişdi fikrini. Dayımla söhbətində qulağım çalmışdı. Nərd oynaya-oynaya maraqlı söhbətlər edərdilər. Uşaq vaxtlarım idi onda. İndi-indi anlayıram mənasını. Yəni adam arasında mədəni görünmək hələ mədəni adam olmağına dəlalət eləmir; mədəni adam tək sözündə, əməlində yox, fikrində, düşüncəsində, özüylə söhbətində də mədəni olandır!

… Tarix müəllimim Asif Əsədov “mədəni xalq” ifadəsini yanlış hesab edirdi. “Dünyada mədəniyyətsiz xalq yoxdur! Afrika cəngəlliklərindəki qəbilələrin də böyük mədəniyyəti var” deyirdi.

… Qədim yunan mifologiyasının ən ürəyimə yatan qəhrəmanları muzalardır – elm, incəsənət, poeziya tanrıçaları. Bir də onların anaları – yaddaş ilahəsi Mnemosina. Yəqin ona görə ki, yaddaşımın ən dərin qatında musiqi səslənir hələ də. Sübh çağı nənəmin divar radiosundan gələn aşıq havaları, evimizin alt qatında yaşayan kirayənişin tələbə qızların pianoda, skripkada çaldıqları klassik musiqilər. Bəzən lap körpəlik çağın belə yaddaşımda diri qalmasına təəccüb edirəm. Yaddaşın o yerlərini diri saxlayan, mələk kimi qoruyan, şifrəsini daim qulağıma pıçıldayan o muzalarıdır bəlkə?!

… Mədəniyyət, ədəbiyyat, incəsənət yazılarından kitab bağlamaq fikrinə düşəndə görəcəyim ilk iş onları toplamaq oldu. Toplayıb nəzərdən keçirdim. Gördüm bu yazılardan açılan yaddaş cığırı adamı ömrün yarım əsrlik o üzünədək aparır. Hər yazını oxuduqca yurda gedən cığırın Yurd qoxusunu sən də duyacaqsan, dostum oxucu. Hətta bizim olmadığını zənn etdiyin mədəniyyət nümunələrini, sənət adamlarını – bu kitabda bəhs etdiyim Bethoven, Ştraus, Berqman, Tarkovski, Fellini, Aytmatov, “Sonalar gölü”, ABBA kimi – öz ruhundan keçirəcəksən və görəcəksən ki, onlar da elə səninkidir. Üzeyir Hacıbəyov, Qara Qarayev, Aşıq Ədalət, Təbriz miniatürləri, Qarabağ xalıları, Ramiz Rövşən, Rüstəm İbrahimbəyov kimi. Çünki dünyanın bütün mədəniyyətləri bir bütöv bəşəri dəyərin rəngbərəng ilmələridir.

Son kərə bir də başdan oxuyanda fikir verdim ki, “Bekar(a) ömür”dən savayı bütün yazılar İsveçdə yazılıb. Qürbətdə qələmə alınsa da, hamısının üzü vətənədir, adamı yaddaş cığırı ilə ömrün erkən çağınacan aparırlar. Bir növ “itmiş yaddaşın şifrəsi” kimi…

İçindəkilər

Ön söz. Aqşin Yenisey “Həyatda yeri tapılmayanın kitabı”

“Sonalar gölü”nün sahili. Bir baletin tarixçəsi

Berqman, Tarkovski və Qotland adası. Berqmanın 100 illiyinə

“Le Concert”. Yaxud azadlıq duyğusunun səsli izahı

Köç qoxusu. “Köç” filminə baxa-baxa

Mənim filmim “Nostalgiya”

Fellininin Qarabağdan keçən “Yol”u. Bir də görəndə İsa Məsihə deyəcəm ki

Rəmiş. Sənət, zaman, tale üçbucağında

İtmiş yaddaşın kodu. Aşıq Ədalətin ölüm xəbərindən doğan yazı

Xəyalpərəstin həqiqət xəbərləri. Mədəniyyət siyasətimizi düşünərkən

İlkin xristianlığın Azərbaycanda beşiyi. Bizim olana sahib çıxaq

Bethovenin 250 illiyinə dəvət

Dəmiri isti-isti. Aram Xaçaturyanın Azərbaycan sayağı “Qayane” baleti

Xaçaturyanın qələbə süitası

Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı. Qara Qarayevə

Kontrabas adamlar. Çığırtılar içində pıçıltı

Etiraz şərqisi. Biz niyə protest mahnıları bəstələyə bilmirik?

Azadlıq, ya xoşbəxtlik. Skandinaviyalıların 10 ehkamdan ibarət əxlaq kodeksi

Yarımçıqlıq mərəzi.  “Namizədlər” silsiləsindən 5-ci yazı

Pavian diktaturası. Kopenhagen zooparkından reportaj

Əmmaməli gələcək. “Namizədlər” silsiləsindən 2-ci yazı

Milli kimlik harayı. 100 ildir bitməyən millətləşmə prosesi haqda

Ozon adamlar. Ziyalılıq nədir, ziyalı kimdir?

Dərkolunmaz Rusiya? Rusiyaya öz ədəbiyyatından, kinosundan baxış

Atatürkün balıqçı meyxanəsindəki şəkilləri

Stokholmdan Ağdama. ABBA qrupunun 50 yaşına

Şuşadan yaza bilmək. “Qobustan” İncəsənət Toplusu üçün

Bekar(a) ömür. Vaşinqton pantomim teatrında

İbrahimbəyovun qorxulu kinosu. İkinci Kinematoqrafçılar İttifaqı haqda

Etiraz – ləyaqətin bir başqa adı

Etnoqrafiya tariximiz və anamın əl işləri

Novruz – Tanrı qapısı açılan gün

Salam, Gülsarı! İsveç bukinistində görüş

Anamın məktubları. “Kitab və dəniz” ədəbiyyat festivalında dediklərim

”Nobel”dən urvatlı ”Qızıl qələm”. Yaradıcılıq azadlığı haqda

Günəş kitablar. İsveç kitabxanasından payız qeydləri

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti. Göteborq kitab

sərgisindən reportaj

Ramiz Rövşəni qınayanlara

Daş yuxumdakı Mirzə Fətəli. Əkrəm Əylisliyə

Şair şeirini yalnız rəhbər qarşısındamı deməlidir?

“Azərbaycan dilində yazılan əsəri dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən”

Dilimizi uçurumdan qoruyan Tərtüməçi Tehran Vəliyevin xatirəsinə

Qan Turalıya məktub. Bir dəyər “cəfakeşi” barədə

”Müsabiqələr ədəbiyyat üçün əlavə dopinqdir”

Haramıstan. Milli Kitab Mükafatı barədə

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

Ədəbiyyatın şəhəri, kəndi

Ağalar Məmmədovun məktubları. “Aşma” kitabı haqda “Aşılası aşılmazlar”

Tənhalıq dövrünün adamları. “Çöl Qala”nın Stokholm təqdimatında dediklərim

Kitabı buradan YÜKLƏYİN:

Bir şərh yazın