“Çöl Qala” Stokholmda təqdim olundu

 

59334879_10155930526366126_555906636552601600_n

“Çöl Qala” Stokholmda təqdim olundu

Ötən şənbə İsveçin paytaxtı Stokholmda azərbaycanlı yazar Vahid Qazinin “Çöl Qala” povestinin təqdimat və imza mərasimi keçirilib.

“Çöl Qala” İsveçdə “Kirayənişinlər” (“Hyresgäster”) adı ilə işıq üzü görüb. “Diktonius Text” nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umea Universitetinin dosenti Səadat Kərimi çevirib.

Təqdimat mərasimi İsveç Azərbaycan Federasiyasının təşkilatçılığı və Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin (SAMM) informasiya dəstəyi ilə Sollentuna kitabxanasında keçirilib. Mərasimdə İsveçin müxtəlif şəhərlərindən ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirdə Vahid Qazi əsərin yazılma səbəblərindən, Səadət Kərimi İsveç dilinə tərcümənin özəlliklərindən danışıblar.

Filoloq, sosioloq Arif Rəhimoğlu əsəri sosial-psixoloji aspektdən təhlil edib.

İsveç ədəbi mühitində ekspert kimi tanınan Əlirza Ərdəbili Vahid Qazinin yaradıcılığından, onun İsveç Yazıçılar Birliyinə ilk azərbaycanlı yazar kimi üzvlüyə qəbulundan söz açıb.

Mərasimdə həmçinin İsveçdə yaşayan ziyalılar çıxış ediblər, oxucular əsər haqda rəylərini bölüşüblər.

İsveç teatrının aktrisası Kate Kristina Roxenhall müəlliflə birgə kitabdan parçalar səsləndirib. İsveç televiziyasının “Talant” müsabiqəsinin qalibi İbrahim Nəsrullayev Müslim Maqomayevin “Azərbaycan” mahnısını ifa edib.

“Çöl Qala” kitab şəklində ilk dəfə 2016-cı ildə Bakıda nəşr olunub. Epistolyar janrda qələmə alınmış povestdə əslən Şuşanın Çölqala məhəlləsindən olan Rəssamın virtual aləmdə bir qadınla yazışmalarlarından, insanın real həyatdan tədricən virtual dünyaya keçid prosesindən bəhs olunur.

“Çöl Qala” Azərbaycan türkcəsindən İsveç dilinə çevrilmiş ilk bədii əsərdir. 1973-cü ildə çapdan çıxmış Qurban Səidin “Əli və Nino”su İsveç dilinə ingilis, 2000-ci ildə Çingiz Abdullayevin “Qaranlıq simfoniyası” romanı isə rus dilindən tərcümə olunmuşdu.

Vahid Qazi hazırda İsveçdə yaşayır. O, “Çöl Qala”dan başqa “Ruhlar şəhəri”, “Yaddaş ləpirləri: demokratiya yazıları”, “Çamayra. Kuba dəftəri” kitablarının müəllifidir. İndiyədək Vahid Qazinin daha iki kitabı xarici dildə – rusca çap olunub: “Озоновые люди” və “Бейсбол на шахматной доске”. Novator.az 

P.S. SAMM-ın təqdimat mərasimindən hazırladığı video proqrama burada baxmaq olar: https://www.youtube.com/watch?v=UM-X-XkZWnM&feature=youtu.be&fbclid=IwAR2wpjgUalLaUvIY4xbC46-q0R112Kbhgj3w2hl8_QKqAVzDJs6tGEv-fkU

59295183_1319308971550246_3738080466306072576_n

59360075_2324610251197030_7914741277525016576_n

59475212_1322452611235882_8996616910590181376_n

59811771_1322452391235904_3591913980374810624_n

59379731_10219501998485452_5191850772001718272_n

59482285_2345838702315419_2105668413341827072_n

59875400_1322454534569023_2130211711897042944_n

59990850_10155930526411126_9134991849105129472_n

59418616_1322452591235884_7420366958089994240_n

col qala isvec

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma