Acalovun əcəli
(Aydın Acalova həsr olunur)
Aydın Acalovla çox situasiyalarda bir yerdə olmuşam: dinc yürüşdə, icazəsiz mitinqdə, xarici səfərdə, qatarda, süfrə başında və s. Xoşbəxt olması üçün qatar kupesindəki balaca süfrəyə sığacaq qədər səmimi ünsiyyət bəs idi. Gör Azərbaycan boyda yerin xoşbəxtliyi neylərdi onu…
Buludlar cürbəcürdü: yaxından keçəni var, bir anda yağıb boşalır; özü üçün axanı var, kölgəsiz filan. Biri də var – yerin-göyün nəmini çəkən uzaq mənzilli buludlar. Xalqın qəmini çəkənlər də belədi, yolun uzağıdı qismətləri.
Yadımda xoş sürprizləriylə qalacaq. Sonuncu sürprizi xoş olmadı amma.
Allah özünü rəhmətə qovuşdursun, istəklərini mənzil başına çatdırsın!