Həyatdakı ”Vətəndaş A”lar

Həyatdakı ”Vətəndaş A”lar

Vətəndaş – cahil düşüncənin, arxaik ənənələrin, zorakılığın, haqsızlığın Qanun, Ədalət, Haqq üzərində hakim olduğu cəmiyyətdə etirazçı-tənqidçi-maarifçi mövqe tutan, əməl sərgiləyən şəxsdir.

Vətəndaşlıq – yaxanı kənara çəkmənin tam əksi olaraq toplum, yeri gəlsə, bəşər qarşısında insanın məsuliyyət, cavabdehlik duyğusudur!

Hamı “Vətəndaş A” serialından danışır deyə maraqlı gəldi, mən də baxdım. Uğurlu aktyor oyunları – xüsusən Almaz, Hacı Əhməd obrazlarını canlandıranlar – öz yerində, fikrimcə, filmin tamaşaçı rəğbəti qazanmasına səbəb aktual mövzusudur. Süjeti reallıqlar üzərində qurulan bütün filmlər bəyənilir.

Adama qəribə gələn bu deyil!

Oxumağa davam et

Nostalgiya

Nostalgiya

Ötən ay evimizin qalıqları arasından dörd bir yandakı xarabalıqlara baxanda ən çox qonşu Ağca xalagilin uçuq evi diqqətimi çəkmişdi. Dağılmış pilləkəndə oturub yaşıl çəmənlik fonunda o evə tamaşa edirdim. Mənə nəyisə xatırladırdı. Yada sala bilmirdim.

Oxumağa davam et

Yurd yerindən sürreal reportaj

Yurd yerindən sürreal reportaj

O gün telejurnalist Səadət Məmmədova məni evimizə qonaq apardı. Qəribə səslənir, bilirəm, amma doğru sözümdür, evimizdə onun qonağı oldum.

Dedi sən samovar qaynada-qaynada evinizdən, küçənizdən, şəhərinizdən danış, biz çəkək.

Oxumağa davam et

Vüsalə Məmmədovanın “Cəhənnəm” filmi

6 avqust 2011 Wien Garden (3)

Vüsalə Məmmədovanın “Cəhənnəm” filmi

(Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı” kitabı haqda)

“Yekəpər erməni cibindən çıxartdığı süngü bıçağı ilə stolun üstündə inildəyən qızın paltarlarını bir az da yuxarı dartıb sinəsini cırdı. Artıq qızın yenicə yumurlanmış döşləri onun ovcunda idi. Yekəpər qızın döşlərini var gücü ilə sıxır, sıxırdı… “Yox, yaxşıdır. Xoşuma gəlir!” – deyən erməni əlindəki süngü bıçağı ilə ovcundakı döşləri dibindən kəsdi… Aylar, illər, onilliklər keçəcəkdi, amma yeniyetmə qızın çığırtısı bu zirzəmidəki insanların qulağından heç vaxt getməyəcəkdi… Qızcığaz bağırırdı. O artıq atasını da köməyə çağırmır, sadəcə bağırırdı. Onun çığırtıları içində güclə eşidiləcək “Allah” nidası hiss olunurdu. O da ağrıdan qırıq-qırıq… tam eşidilmirdi… Bəlkə də heç allahı çağırmırdı… Yekəpər erməni onun yenicə kəsilmiş döşlərini əlinə alıb stoldan kənara çəkildi. Qızcığaz stolun üstündə döşsüz sinəsindən yapışıb, ulayırdı… Yekəpər erməni qəhqəhə ilə ovcundakı döşü atıb-tutduqdan sonra onu göyə vızıldatdı. Qızın döşləri bayaqdan ermənilərin əlindən çıxmağa çalışan, hönkürən kişinin üzünə çırpılıb, ayağı altına düşdü. Atanın sifəti qana bulaşmışdı… Ən dəhşətlisi isə o idi ki, girovların arasında hələ dörd yeniyetmə qız var idi. Bu o demək idi ki, hələ dörd ata hönkürəcək, dörd ana bayılacaq, dörd övlad stolun üstündə çığırıb ulayacaVusavelnin_kitabiq və səkkiz kəsilmiş döş göydə fırlanıb uçuşacaq, qanını havalanmış girovların üzünə sıçradacaqdı… Hələ uzun illər sonra da girovluqdan qurtulan insanların yuxusunda göydə qadın döşləri uçuşacaq, atalar hönkürəcəkdi…”

Bu cümlələr Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı” kitabındandı. Orada belə ürək dağlayan səhnələr çoxdu. Kitabın qəhrəmanları bədii obrazlar deyil, qorxunc işgəncələr yaşamış real insanlardı. Girovluqda olanların başına açılan müsibətlər haqda çox eşitmişəm. Azad edilənləri Ağdamda görmüşəm, onların halından, yaşadıqlarından xəbərim vardı. Oxumağa davam et