Tale əkizləri

Tale əkizləri

Vaqif Mustafazadə və Yan Yohansson

Bu yazı həm azərbaycanca, həm də İsveç dilində dərc olunacaq. Qəsdim caz-muğamın banisi, bəstəkar, pianoçu Vaqif Mustafazadəni İsveç əhlinə, onun tale əkizi – isveçli cazmen, bəstəkar, aranjimançı Yan Yohanssonu bizim musiqisevərlərə tanıtmaqdır.

Oxumağa davam et

Kontrabas adamlar və ya “Çığırtılar içində pıçıltı”

kontrabas

Kontrabas adamlar

və ya “Çığırtılar içində pıçıltı”

O gün israilli cazmen Avişay Kohenin triosu Malmö simfonik orkestriylə əla bir konsert verdi. Açığı konsertə trioda yer alan Elçin Şirinova görə getmişdim. Getməyə dəyərmiş, Elçini tanıdım, çıxışına valeh oldum. Bəlkə də bu heyranlığın qaynağı qərib ölkədə bir yurddaşın uğurundan fəxarət duyğusu yaşamaq idi, bilmirəm. Oxumağa davam et