Boris Yeltsin: Görünənin görünməyən üzü

Görünənin görünməyən üzü

Yaxud Boris Yeltsinlə görüşü xatırladan “Satqınlar”

2004-cü ilin sentyabr ayında yazıçı dostumuz Fəxri Uğurlunun toyuna yığışmışdıq. Tanıdığım qələm əhlinin çoxu gəlmişdi.

Dostlarla zarafatlaşıb dilxoşluq eləməkdən zövq alan vaxtlarım idi. Toyun axırına yaxın dostlarla havamızı dəyişib yenə sarayın ikinci mərtəbəsinə qalxırdıq. Ayağımı sonuncu pilləyə qoyanda qarşımda şair Qabili gördüm. Xumarlanan iri gözləri, dağınıq saçı, üzündəki ifadə, yerişi – tanımayanda da deyərdi ki, şairdir.

Umud Mirzəyev qolundan yapışıb yola salırdı. Qaçırılası mənzərə deyildi: “Umud, bu kimdir? Səməd Vurğun?”

Elə həyəcanla dedim ki, Qabil məəttəl qaldı. Umud əlini boğazına çəkdi, yəni mən ölüm, qoy yola salım. Rəhmətlik Qabil duruxmuşdu: “Nə Səməd Vurğun, əəə! İndiyə Səməd Vurğun qalar? Mənəm, şair Qabil!”.

Üzümə heyrətlə baxdı, sonra Umuda çevrilib “Bu kimdir belə, məni tanımır?” dedi…

Zarafatım alındı, zala keçdim…

Oxumağa davam et